Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
Tarix : 11-12-2020, 20:30
Zəfər paradının ayaq səsləri!


10 Dekabr 2020. Azərbaycanın tarixdə ilk Zəfər paradını qeyd etdiyi şanlı gün...

Məncə, Azərbaycan xalqı bu müqəddəs tarixi heç vaxt unutmayacaq. İliklərimizə qədər Zəfəri hiss etdiyimiz bu səhərin günəşi də bir başqa doğmuşdu sanki. Təbiət bütünlüklə dil açıb Zəfərin mübarək Azərbaycan deyə hayqırırdı.

Bu gün elə bir gün idi ki, 2783 igidin ruhu Qarabağdan boylanıb bizlərə gülümsəyirdi. Biz də gülümsəyirdik. Ancaq qürur, minnətdarlıq dolu göz yaşlarımızla gülümsəyirdik...

Bəlkə də, böyük Zəfərə gedən yolda yaşadığımız kədər, duyğu yüklü günlər bizi bu qədər qürurlu etmişdi. Odur ki, uzaq yoldan gələn atasını qarşılayan övladın sevinci ilə qalxıb hazırlaşdıq. Yenə bir yumruq olub narahat ruhların rahatlıq tapdığı o tarixi günə şahidlik etmək üçün kimimiz küçələrə axışdıq, kimimiz də ekran qarşısına əyləşdik. Bu dəfə məkanımız Azadlıq meydanı idi. İstər cismimizlə, istərsə də ruhumuzla Azadlıq meydanında bu gün bir az daha azad idik.

Bu gün Azadlıq meydanı da bir başqa məğrur idi. Çünki bu dəfə Müzəffər Ordunun ayaq səslərinə, cəngavər zabitlərin nəriltisinə şahidlik edirdi. Azərbaycan xalqı son bir ildə Azadlıq meydanına da yeni bir ruh verdi. İllər boyu qanlı tarixlərə şahidlik edən bu məkan ilk dəfə Zəfərlərə, coşğulara şahidlik edirdi. İndi Azadlıq meydanı da daha azaddır. Ona görə ki, bu gün bəlkə də, heç vaxt təkrarlanmayacaq, 100 ildə bir görülən Qələbənin tarixi yazılırdı.

Biz Azadlıq meydanında uyuyan ruhlarla salamlaşarkən uzaqdan qulağımıza xoş bir səs gəlirdi. Bu səs böyük Zəfərə inamla, vüqarla addımlayan Azərbaycan əsgərinin ayaq səsləri idi. Əslində bu səslərin sədası bizə lap əvvəldən – Qarabağdan gəlirdi. Dünən Qarabağı qarış-qarış düşməndən azad edən müzəffər əsgərin ayağı bu gün Xəzərin sahilində möhür vururdu. Qürurunu sözlərə sığışdıra bilmədiyimiz bu əziz gün bizim üçün özündə çox böyük anlamları ifadə edirdi. Odur ki, illər əvvəl də söz verildiyi kimi, Şuşaya sancılan o müqəddəs bayraq bu gün Azadlıq meydanında dalğalanmaq üzrə parada daxil olmuşdu. Bir neçə gün əvvəl Qarabağın ürəyi Şuşada dalğalanan Azərbaycan bayrağının Bakıda hərbi paradda göstərilməsi Azərbaycan xalqı üçün əsl Qələbə, əsl Zəfər günü idi. Sözsüz ki, dünyanın da gözü bu anlarda Azərbaycanın üzərində idi. Çünki Azərbaycan diplomatik çıxışlarında qeyd etdiyi bütün məqsədlərə çatmış və Zəfərini qeyd etmişdi. Hələ də heyrət içində olan dünya ölkələri yəqin ki, bu möhtəşəm paraddan sonra silkələnib özlərinə gəliblər.

Bu gün qalib ölkənin paytaxtı olan Bakı sevinirdi, qalib ölkənin Aranı, Cənubu, Şimalı, Qərbi, Şərqi, Qarabağı sevinirdi. Bu gün Azərbaycanın sevinci sərhədlərə sığmırdı. Bu gün Azərbaycan ona can, qan verən övladlarını bağrına basıb yenidən dirçəlirdi. Zəfərinə qədəm qoyurdu.

Bu gün təkcə Azərbaycan yox, ona qardaşı olan Türkiyə də sevinirdi. Sevincimizə sevinib, kədərimizə qəmlənən qardaşlarımız Zəfər günümüzdə də bizlərlə idi. Müharibə dövründə göstərdikləri hərtərəfli dəstəklə bərabər bu gün də bizlərə mənəvi dəstək idilər. Ona görə də, Azərbaycanın Qarabağda əldə etdiyi bu Qələbə 2783 mehmetçik ilə Bakıya gəlib, qardaşlarına dayaq olan Qazi Mustafa Kamal Atatürkün övladlarının - Türkiyənin də Qələbəsidir.

Biz bu günki Zəfər sevincimizi Qarabağın yalnız adını eşidərək böyüyən oğulların ürəyində daşıdığı Vətən sevgisinə, onu namus-qeyrət məsələsinə çevirib döyüşlərə atılan igidlərə borcluyuq. Neçə-neçə qəhrəman qardaşlarımızın qanı uğruna qazandığımız bu Zəfəri sonsuzadək qorumaq da bizim onlara sözümüz olsun. Rahat uyuyun qəlbi Qarabağla döyünüb, ruhu Qarabağda uyuyan igidlər...

İndi o ruhlarla bərabər Azərbaycan əbədi, ucalardan uca bir zirvəyə qalxır. O zirvə ki, ən böyük amalı Vətənlə başlayan oğulların qanı bahasına fəth edilib. Zəfərinə xoş gəlmisən, Vətən! Zəfərin mübarək, Azərbaycan!

Günel ABBAS


Paylaş



Bölmə: Ana seife / Siyasət / Bütöv Azərbaycançılar / Köşə / Manşet / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!