Prezident yeni qaz kəmərinin önəmindən danışdı .....                        Bu kəmər Naxçıvanın təbii qaz ehtiyacını 30 il qarşılayacaq .....                        Türkiyə ilə Azərbaycan nəhəng layihələr həyata keçirir .....                        İlham Əliyev Azərbaycan qadınlarını təbrik etdi .....                        Prezidentlər İqdır-Naxçıvan qaz kəmərinin açılışında .....                        Azərbaycanda 75 min ailəyə ayda 470 manat yardım verilir .....                        Qubadlının Zilanlı kəndində 193 ev tikilir .....                        Kreml Rusiya-Ukrayna-ABŞ danışıqları üçün ən yaxşı yeri açıqladı .....                        Bu yolda hərəkət 2 aylıq məhdudlaşdırılır .....                       
Tarix : 20-02-2020, 13:09
 MEK-də “MRY bazasında muğam, xalçaçılıq, keçə sənəti” adlı təqdimat keçirilib
Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında (MEK) “MRY bazasında muğam, xalçaçılıq, keçə sənəti” adlı təqdimat keçirilib.
Butov.az-a verilən məlumata görə, tədbiri MEK-in direktoru Leyla İmanova giriş sözü ilə açaraq, kitabxananın Milli Rəqəmsal Yaddaş (MRY) bazası layihəsinin əhəmiyyətini vurğulayıb. L.İmanova MRY bazasına əsasən Azərbaycanın qədim mədəniyyətini, tarixini, etnoqrafiyasını, arxeologiyasını, dövlətçiliyini, qanunvericiliyini, demoqrafik və statistik durumunu əks etdirən sənədlər yerləşdirildiyini bildirib və bu istiqamətdə kitabxananın bütün strukturları arasında mövcud əməkdaşlığı yüksək qiymətləndirib.
İnformasiya resurslarına nəzarət və əlaqələndirmə şöbəsinin rəhbəri Günel Əhədova şöbənin əməkdaşları tərəfindən MRY bazasına seçilmiş sənədlərin korrektə, redaktə edildiyini, biblioqrafik qeydlər, annotasiya, açar sözlərinin düzgün və dolğun seçilməsi, dünya oxucusuna əlçatan olması üçün bir neçə xarici dildə verilməsi kimi əhəmiyyətli işləri həyata keçirdiklərini diqqətə çatdırıb.
Şöbənin əməkdaşları Dürdanə Ağayeva və Alidə Həsənli “MRY bazasında muğam, xalçaçılıq, keçə sənəti” adlı təqdimatla çıxış ediblər. Təqdimatda MRY bazasında öz əksini tapan muğam, keçəçilik və xalçaçılıq sənətinə aid mənbələrdən bəhs olunub. Alidə Həsənli hazırda MEK-də keçə sənətinə aid “Keçə”, “Keçədən hazırlanmış oyuncaqlar” adlarında bir neçə elektron resursun olduğunu bildirib. Həmçinin MRY məlumat bazasında, Azərbaycan xalçaçılıq sənətinə aid kitablar arasında “Azərbaycan xalçaları”, “Azərbaycan xalçaları-Qarabağ qrupu”, “Qarabağ bölgəsinin xalçaçılıq tarixi”, “Naxçıvan xalçaları”, “Azərbaycan xalçaları-Təbriz qrupu”, “Azərbaycan xalçaları-İrəvan qrupu” adlı sənədlər haqqında qısa məlumat verib. Bundan əlavə, 2018-ci ildə Bakıda “Keçə sənətində kəsişmə nöqtələri” mövzusunda III Beynəlxalq “Türk dünyasının ortaq dili ‒ naxışlar” simpoziumuna MEK-in media dəstəyi göstərdiyini diqqətə çatdırıb.
D.Ağayeva Azərbaycan xalqının qədim və zəngin tarixinin, mədəni irsinin mühüm hissəsi olan muğamlar haqqında danışaraq muğamın ölkədə və dünyada təbliği məqsədilə dövlət tərəfindən həyata keçirilən irimiqyaslı tədbirlərdən biri olan, martın 7-si 2018-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında “Muğam aləmi” V Beynəlxalq Muğam Festivalı çərçivəsində keçirilən “Azərbaycanda muğam elmi: reallıqlar və perspektivlər” mövzusunda beynəlxalq elmi simpoziumu diqqətə çatdırıb. MEK-də muğam haqqında mühafizə olunan sənədlərin hər birinin MRY bazasına daxil olunduğunu vurğulayıb. Təqdimatçı həmin kitablar sırasında “Azərbaycan muğamşünaslığı”, “Muğam ensiklopediyası”, Fəxrəddin Əlinin “Azərbaycan Muğamı Miniatürlərdə”, Arif Məlikovun "Şərq muğamları", Möhbəddin Səmədin “İslam Rzayev”, Mustafa Çəmənlinin “Xan Şuşinski”, Kamran Nəzirlinin “Zülfü Adıgözəlov” kitablarını təqdim edib.
Sonra Kitabxana-xidmət şöbəsinin rəhbəri Aygün Səfərova kitabxananın bütün şöbələrinə MRY bazası ilə bağlı sıx əməkdaşlıq üçün təşəkkürünü bildirib, tədbirin hazırlanmasında iştirak edən əməkdaşların təqdimatının uğurlu keçdiyini bildirib.
Sonda mövzu ilə bağlı müzakirə və təkliflər səsləndirilib.
 MEK-də “MRY bazasında muğam, xalçaçılıq, keçə sənəti” adlı təqdimat keçirilib
 MEK-də “MRY bazasında muğam, xalçaçılıq, keçə sənəti” adlı təqdimat keçirilib
 MEK-də “MRY bazasında muğam, xalçaçılıq, keçə sənəti” adlı təqdimat keçirilib
 MEK-də “MRY bazasında muğam, xalçaçılıq, keçə sənəti” adlı təqdimat keçirilib


Paylaş



Bölmə: Mədəniyyət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!