"Milli QHT Forumunda "Kəlağayı Bayramı" silsilə tədbirlərinə start verildi .....                        Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                       
Tarix : 2-10-2021, 20:03
Ukraynalı bloger azad olunan ərazilərindən geniş reportaj hazırlayıb


Azadlıq Radiosunun Ukrayna xidmətinin saytında Azərbaycanın işğaldan azad olunan əraziləri ilə bağlı geniş məqalə dərc edilib.
Ukraynalı tanınmış yazıçı, jurnalist və bloger Stanislav Aseevin müəllifi olduğu "Qarabağ Donbasda olmayacaq bir tarixdir" adlı məqalədə onun Bakı, Cəbrayıl, Ağdam, Şuşa, və Füzuli şəhərləri ilə bağlı təəssüratları yer alıb. AZƏRTAC-ın yaydığı həmin məqaləni təqdim edirik:
"Qarabağ Azərbaycandır!"
Azərbaycan bir il əvvəl - 2020-ci ilin payızında otuz ildən çox müddətdə işğal altında olan ərazilərə nəzarəti tez bir zamanda bərpa etməsi ilə dünyanı heyrətləndirdi. Bunun necə mümkün olduğu, əslində, Ukraynanın Donbas təcrübəsi üçün vacib amildir. Qarabağ müharibəsi mövzusunu daha dərindən araşdırmaqla bu münaqişənin Ukrayna münaqişəsindən qat-qat mürəkkəb olduğu aydın olur. Azərbaycanın işğaldan azad etdiyi Qarabağı öz məkanına nə qədər tez inteqrasiya etməsi Ukrayna üçün əla bir nümunədir. Ukraynanın bir qrup jurnalist heyəti ilə müharibənin ildönümü əlaqədar Bakıya uçuruq. Keçmiş Azərbaycan SSR-ni Azərbaycanın paytaxtında görəcəklərini ümid edənlər ciddi şəkildə yanılırlar, çünki burada sovet dönəmi gözlərinizin önündə getdikcə daha çox yox olur. Azərbaycanlılar üçün əsas suala cavab budur - Qarabağ. Yeri gəlmişkən, sözün həqiqi mənasında indi hər yerdə, Bakının hər addımda "Qarabağ Azərbaycandır!" yazısını görmək olar. Bu, hava limanında sizin görəcəyiniz ilk şüardır.
Uşaqlar eyni ifadəni qışqırır, ermənilərin yanmış texnikası fonunda milli bayraqlarla şəkillər çəkdirir və ya Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən insanların Şəhidlər xiyabanında məzarları önündə səssizcə dayanırlar.
Müasir Bakının mənzərəsi
Məmurlardan biri ilə danışıram. Deyir ki, vaxtilə Bakının küçələrində qoyunlar kəsilir və zibillər pəncərələrdən yerə atılırdı. İndi şəhərin mərkəzi mərmərlə örtülmüşdür, dəniz sahili Əmirliklərdən birinə daha çox bənzəyir və zibilləri yalnız zibil qutularında görmək olar. Şəhərdə sovetin “Volqa” və “Jiquli”si deyil, müxtəlif xarici markalı avtomobillərin şütüdüyü yeni yollar salınıb, həmçinin sovet memarlığına məxsus tikililərin əvəzinə müasir saraylar və binalar inşa olunub. Köhnə binalar sökülərkən sakinlər müvəqqəti mənzillərlə təmin olunurlar. Yeni bina tikildikdən sonra, onların hər biri dövlət vəsaiti hesabına tam təmirli yeni mənzillərlə təmin edilirlər.
Son on ildə Azərbaycanın iqtisadi inkişafı ona hərbi cəhətdən formalaşmağa, ordunu yenidən təchiz etməyə və Qarabağ uğrunda müharibəyə hazır olmağa imkan verdi.
Qarabağ birlik rəmzidir
Ancaq daha vacib olan başqa bir məsələ - mənəvi və psixoloji amil idi. İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan dağıdılmış ərazilərdə nəzarəti bərpa etdi. Ağdam, Cəbrayıl şəhərlərində və onların ətrafında bir ev belə qalmayıb. Buralar infrastrukturu məhv edilən boş səhra və dağlardır. Hətta burada demək olar ki, bitki yoxdur, üzüm bağları, çiçək açan bağlar məhv edilib, yalnız kilometrlərlə minalanmış ərazilər.
İşğalın davam etdiyi otuz il ərzində azərbaycanlıların milli şüurda Qarabağın unudulacağını və ondan imtina ediləcəyini düşünənlər yanıldılar. Azərbaycanlılar Qarabağı bir an belə unutmadılar. Qarabağı həmin illərdə boya-başa çatmış gənc nəsil işğaldan azad etdi. Qarabağ indi birlik rəmzinə çevrilib.
Şəhidlər xiyabanı
Azərbaycanda ilk dəfə olanlar üçün Qarabağ Şəhidlər xiyabanından başlayır - Bakıda ikisi var. İndi bu xiyabanlar təkcə müharibə haqqında deyil, həm də Qələbə rəmzi haqqında bir hekayədir. Şəhid hərbçilərin portretləri təkcə xiyabanların məzar daşlarına deyil, həm də bütün Azərbaycandakı reklam lövhələrinə və avtobus dayanacaqlarına yerləşdirilib. Bu qəhrəmanlar müqəddəslərdir, onların xatirəsi əhalinin bütün təbəqələri – uşaqdan böyüyə qədər hər kəs tərəfindən sevgi və hörmətlə anılır.
Azərbaycanda şəhidlərin xatirəsinə sonsuz hörmət və ehtiramın daha bir nümunəsi: Ər-arvad olan İlham və Fərizə Şəhidlər xiyabanındakı qoşa məzarda uyuyurlar. Hər ikisi 1990-cı ilin Qanlı Yanvarında sovet tanklarının Bakıda dinc əhalinin üzərinə yeridildiyi zaman həlak olublar. İlham küçədə öldürülüb, Fərizə isə ərinin ölümünə dözə bilməyib intihar edib. Onların evləndikləri gün indi Azərbaycanda Sevgililər Günü kimi qeyd edilir.
Bakıda Şəhidlər xiyabanı, sadəcə, qəbiristanlıq deyil. Hakimiyyət orqanları oranı şəhər məkanına uyğunlaşdırıblar, yerli sakinlər və turistlərin axşam gəzintiləri olan ərazilərlə birləşdirilib.
Qənimətlər Parkı
İkinci Qarabağ müharibədəki Zəfərin milli həyata uyğunlaşdırılmasının başqa bir nümunəsi şəhərin mərkəzi hissələrindən birində - göydələnlərin düz yanında, sahilin yaxınlığında yerləşən Qənimətlər Parkıdır. Burada başqa bir iş mərkəzi və ya otel tikmək əvəzinə, Prezident İlham Əliyevin göstərişi ilə həmin ərazidə Qənimətlər Parkı salınıb. Parkda Ermənistan tərəfindən atılan və Şuşa yaxınlığında tapılan “İskəndər” raketlərinin qalıqları da daxil olmaqla, məhv edilmiş erməni texnikası açıq havada nümayiş olunur.
Biz orada olan gün parka gələnlərin 80 faizi uşaqlar idi. Onlar yandırılmış tankların qarşısından keçmədən öncə "Qarabağ Azərbaycandır!" deyə qışqırırdılar. Bakıda Şəhidlər xiyabanları ilə bərabər, bu park da müharibə və qələbə haqqında böyük bir hekayəyə çevrilib.
Diqqət, minalar!
Qarabağa səyahət İranla sərhəddən çox uzaq olmayan bir keçid məntəqəsindən başlayır: ANAMA Agentliyi tərəfindən ilk minatəmizləmə zonası.
Agentliyin nümayəndələri Ukraynanın nə ilə üzləşəcəyini izah edirlər: Qarabağın böyük hissəsi Ermənistanın təqdim etdiyi xəritələrə uyğun gəlməyən minalarla örtülmüşdür. Ona görə də Azərbaycan tərəfinin buradakı minaların sayı və onların təmizlənməsi üçün nə qədər vaxt lazım olduğu barədə dəqiq məlumatı yoxdur. Agentlik nümayəndələri bu il artıq zərərsizləşdirilmiş erməni mina və sursatlarını nümayiş etdirirlər. Lakin minalardan təmizlənmə üzərində davamlı işlərə və geri qaytarılmış ərazilərdə vətəndaşların məskunlaşmamasına baxmayaraq, təkcə son bir ildə təqribən 50 nəfər mina partlayışlarının qurbanı olub.
Başqa bir problem də var: burada xüsusi qoruyucu geyimdə işləyən bir nəfər çox vaxt 40 dərəcə istidə, gündə orta hesabla 25 kvadratmetr sahəni təmizləyir. ANAMA-nın mina axtarışında istifadə etdiyi xüsusi itlər prosesi əhəmiyyətli dərəcədə sürətləndirir. İtlər 20 santimetr dərinlikdə minanın trotilinin qoxusuna reaksiya verməyə öyrədilib və gün ərzində təxminən bir kvadratkilometr ərazini yoxlayır ki, bu da insanlardan 40 dəfə daha səmərəli olur.
İnfrastruktur möcüzəsi. Füzuli hava limanı
Keçid məntəqəsindən sonra Qarabağın özü başlayır. Artıq burada bu torpaqların Azərbaycan üçün nə olduğu aydınlaşır: bir il ərzində kilometrlərlə mina və dağlıq ərazilərdən tutmuş dağılmış şəhərlərə qədər yeni elektrik xətləri çəkmək və onların bərpası işlərinə başlamaq mümkün olub. Bunun üçün ilk növbədə, logistika lazımdır, buna görə də yeni yollar gözümüzün önündə həyata keçirilən strateji bir layihədir. Cəbrayıla yeni yol çəkilir, Ermənistanın ona nəzarəti zamanı şəhər demək olar ki, tamamilə dağıdılıb. İndi şəhərin tamamilə yenidən bərpası üçün işlər aparılır.
Füzulidə səkkiz aya tikilən hava limanı Azərbaycanın Qarabağın infrastrukturunun bərpası sahəsində əldə etdiyi möhtəşəm nailiyyət sayıla bilər. Uçuş-enmə zolağı olan yeni postmodern üslub və yeni yol. Hava limanı 400 tona qədər çəkisi “Boeing 747” sinfinə aid təyyarələri qəbul edə biləcək. Hava limanının işçisi zarafatla deyir ki, Füzuli aeroportu Ukrayna istehsalı olan "Mriya” təyyarəsini qəbul edə bilməyəcək.
Şəhərin bərpası üçün xüsusi plan da var ki, bu da infrastruktur layihələrinə sərmayə qoymaq istəyən şirkətlər üçün 7 il vergi güzəştini təmin edir. Ancaq şəhərin bərpasından əvvəl yol və hava limanı tikildiyindən, əvvəlcə ətrafındakı logistika problemlərinin həll edilməsi planlaşdırılır.
“Zəfər Yolu”. Şuşa
Başqa bir əlamətdar hadisə isə Azərbaycan hərbçilərini Şuşa şəhərinə aparan "Zəfər Yolu"nun inşasıdır. Fakt budur ki, bu yolun 55 kilometri, minalar arasında dağlıq ərazinin son dərəcə çətin şəraitində sıfırdan tikilib və bir neçə kilometr yüksəklik fərqləri olan tamamilə yeni bir yoldur.
Bizi müşayiət edən şəxsin sözlərinə görə, bu yol Qarabağın tacı olan Şuşaya aparır. Şəhərin girişində Azərbaycanın keçid məntəqəsi var. Qala divarının digər tərəfində isə birgə Bəyanata görə 5 il ərzində burada dayanacaq rus sülhməramlıları var. Onlar erməni maşınlarının getdiyi yola nəzarət edirlər.
Şuşa dağlarda demək olar ki, alınmaz bir qaladır. Şəhər, əsasən buradakı infrastrukturu bərpa edən yerli əhali ilə birlikdə, müharibədən yenicə qurtarıb. Ancaq artıq Şuşada nümayəndə heyətləri üçün gözəl bir otel yaradılıb, məscid bərpa olunub. İkinci Qarabağ müharibəsinin başlanmasının ildönümü ilə bağlı şəhərdə parad keçirilib.
Azərbaycanda birbaşa döyüşlərin aparıldığı şəhərlərlə yanaşı, sırf "Ukrayna" tarixi də var: Gəncə şəhərindəki evlərin, mülki obyektlərin Ermənistan istiqamətindən atəşə tutulması. Azərbaycanlılar düşmənin müharibə cinayətlərini bütün dünyaya nümayiş etdirmək üçün o evləri, obyektləri əsaslı şəkildə bərpa etmirlər.
Ağdam - "Qafqazın Xirosiması"
Ağdam ayrıca hesabata layiq bir şəhərdir. Bura "Qafqazın Xirosiması" adlanır, çünki şəhər yerlə-yeksan edilib. Bir zamanlar 17 sənaye müəssisəsi, öz dram teatrı, güclü infrastrukturu var idi. Otuz il sonra şəhərdə yalnız yarıuçuq məscid qalıb. Amma bu, ermənilərin dini tolerantlığı üzündən baş verməyib. Əksinə, azad edilmiş ərazilərdəki Prezident nümayəndəsi bizə erməni işğalı dövründə məscidin mal-qara tövləsinə çevrildiyini əks etdirən fotonu göstərdi. Ermənilər məscidin divarlarına ədəbsiz sözlər yazmışdılar, indi azərbaycanlılar divarları ağ boya ilə rəngləyirlər. Ermənilər ərəbcə yazıları güllələrlə dağıdıblar. Buna görə də məscid yalnız taktiki əhəmiyyətinə görə dağıdılmayıb - minarələrindən bütün Ağdamın möhtəşəm mənzərəsi açılır.
Azərbaycanlılar etiraf edirlər ki, Ağdam döyüşmədən onlara verilməsəydi, şəhəri ələ keçirmək cəhdlərində itkiləri çox böyük olardı. Fakt budur ki, Ağdam Qarabağın ən çox minalanmış ərazisidir. Buradakı mina sahələri kilometrlərlə tikanlı məftillər və səngərlərlə kəsişdiyindən şəhər uğrunda döyüşlər həqiqətən də fəlakətli ola bilərdi. Burada yalnız mərkəzi yolda gəzə bilərsiniz, çünki ərazinin çox hissəsi hələ də sıx minalarla örtülüdür.
Sonda demək olar ki, yollar keçmiş şəhəri xatırladan yeganə əlamətdir: kəsişmələrində bu küçələrin bir vaxtlar ağaclarla, dükanlarla necə örtüldüyünü, burada həyatın necə çiçəkləndiyini təsəvvür etmək olar. Azərbaycanlılar deyirlər ki, ermənilər otuz il ərzində bu ərazilərdə heç bir evi belə bərpa etməyiblər. Bu, ilk növbədə, Ermənistanın işğalçı olduğunu göstərir.
Amma Azərbaycanın Ağdamı bərpa etmək üçün möhtəşəm bir planı var. Prezidentin nümayəndəsi deyir ki, yeni tikiləcək şəhərin təməlini dövlət başçısı İlham Əliyev şəxsən özü qoyub.
Xüsusilə, bu plan ən yaxşı vaxtlarda burada 37 min insanın yaşamasına baxmayaraq, yüz min əhalisi olan bir şəhərin tikilməsini nəzərdə tutur. Ağdamda 10 min tələbə üçün müasir universitet korpusu, sənaye parkı, bir neçə dairəvi yol və ətrafında genişmiqyaslı yaşıllıq zolağı salınmalıdır. Layihənin dəyəri 10 milyard dollardır. Ancaq ən böyük problem pul deyil, minalardır.
Səlahiyyətlilərin şəhərə insanları necə cəlb etməyi planlaşdırdıqlarını soruşduqda, Prezidentin nümayəndəsi dedi ki, indi əhali keçid məntəqəsinə gəlir və şəhərə buraxmalarını xahiş edirlər. Onlar hətta çadırlarda belə yaşamağa hazırdırlar. Əlbəttə ki, bunlar əsasən yaşlı nəslin nümayəndələridir. Amma minlərlə azərbaycanlı gənc də Ağdamda yaşayacağı günləri səbirsizliklə gözləyir.
Diqqətimi daha bir məqam çəkdi - tamamilə dağıdılmış Ağdamda, xarabalıqlar fonunda demək olar ki, hər addımda nar ağacları çiçək açmışdı. Azərbaycanlılar üçün bu, bir rəmzdir, illər sonra bütün Qarabağ da çiçəklənəcək.


Paylaş



Bölmə: Mədəniyyət / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!