Ermənistan da Putinin həbsiylə bağlı hüquqa malik oldu .....                        1 milyona yaxın azərbaycanlı etnik təmizlənməyə məruz qalıb - XİN .....                        Böyük Britaniya hərbiçilərimiz üçün təlim keçib .....                        Türkiyədə zəlzələdən təsirlənən 1.3 milyon seçici səs verə bilməyəcək .....                        Ukraynada döyüşən azərbaycanlı hərbiçi vəfat etdi .....                        Sabahın hava proqnozu .....                        Fransada 457 etirazçı həbsə məhkum edildi .....                        İstanbulda 2 nəfərin ölümüylə nəticələnən yanğın baş verib .....                        İlham Əliyev misirli həmkarıyla telefon danışığı aparıb .....                       
Tarix : 1-02-2023, 23:26
Avroviziya seçimlərində haqsızlıq - Eldar Qasımov ittiham edildi


Avroviziya seçimlərində haqsızlıq - Eldar Qasımov ittiham edildi

Bu il Böyük Britaniyada keçiriləcək Avroviziya mahnı müsabiqəsində Azərbaycanı təmsil etmək üçün nümayəndə seçimlərində haqsızlığa yol verildiyi iddia olunur. Seçimlərdə iştirak etmiş Rauf Kingsley ləqəbli ifaçı şəxsi instaqram hesabında bununla bağlı müraciət ünvanlayıb. Gənc müğənni iddia edir ki, münsiflər heyətinin üzvü Eldar Qasımov və onun meneceri Omar Abdulkarim müsabiqəyə qatılan sənətçilərin mahnılarını dəyərləndirməyib. Onun sözlərinə görə, müsabiqənin yekununda Omar Abdulkarimin meneceri olduğu "Mamagama" qrupu qalib seçilib. "Bir neçə gün əvvəl qrupu dağıdıb, xarici vətəndaş olan qrup üzvünü kənarlaşdırıb, bir gecə ilə qondarma qrup yaradaraq Avroviziyaya göndərməyi planlayıblar" - müğənni paylaşımında qeyd edib. İddiada adı hallanan "Mamagama" qrupunun üzvü Safael Mişiyev açıqlamasında müsabiqəyə hələ seçilmədiklərini, digər seçim iştirakçıları kimi gözlədiklərini bildirib: "Biz hələ heç yerə getməmişik, seçilməmişik, cavab gözləyirik. Kim seçiləcəksə, uğurlar olsun". S.Mişiyev təmsil etdiyi musiqi qrupunun dağıdılaraq, yenidən yaradılması ilə bağlı iddialara da cavab verib: "Roman xaricdə işləyir, işi atıb bura çox vaxt gələ bilmir. Qrup isə dağılmayıb". Müğənni Eldar Qasımov və Omar Abdulkarimlə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verilmədi. Seçimləri təşkil edən İctimai televiziyadan isə deyilənlərin yalnış olduğu, iddialar barədə rəsmi açıqlama veriləcəyi bildirilib. Qeyd edək ki, ötən il müsabiqədə Ukrayna qələbə qazansa da, müharibə səbəbindən yarışın Britaniyada keçirilməsinə qərar verilib. Mayın 9-u və 11-də Avroviziya mahnı müsabiqəsinin yarımfinal mərhələsi keçiriləcək. Mayın 13-də isə final baş tutacaq.




Paylaş



Bölmə: Mədəniyyət / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!