Bakı Təhsil İdarəsində yeni müavinlər - Kollektivə təqdim olundular .....                        Ərdoğan konsulluğa hücumdan danışdı .....                        Baş nazir hökumət üzvlərini topladı - Nefti müzakirə etdilər .....                        Daha bir ölkə İrana qarşı müharibəyə qoşulmağa hazırdır .....                        Mərkəzi Bankın departament rəhbəri işdən çıxdı .....                        İran ABŞ ilə bütün danışıqları dayandırıb .....                        Hava küləkli olacaq - XƏBƏRDARLIQ .....                        Azərbaycanda bu qanun dəyişdi .....                        Rusiya İrana kəşfiyyat dəstəyi verib? – İDDİA .....                       
11-08-2025, 15:34
Xocalının Xanyurdu kəndinə 62 nəfər qayıtdı


Xocalının Xanyurdu kəndinə 62 nəfər qayıtdı - FOTO

Xocalı rayonunun Xanyurdu kəndinə 19 ailə – ümumilikdə 62 nəfərin köçürülməsi başa çatıb.Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, köç prosesi çərçivəsində ailələrə tam təmir olunmuş mənzillərin açarları təqdim edilib. Tədbirdə çıxış edən Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsin icraçı direktorunun müavini Mahmud Əfəndiyev bildirib ki, işğaldan sonra təmir və bərpa aparılan kənddə sakinlərin rahat yaşayışı üçün bütün zəruri infrastruktur yaradılıb. Elektrik, qaz, içməli su, rabitə xətləri çəkilib, yol infrastrukturu yenilənib. Yaxın vaxtlarda məktəb binası, uşaq bağçası, tibb məntəqəsi və digər sosial obyektlər istifadəyə veriləcək. Köçürülmə zamanı sakinlər doğma yurdlarına qayıtdıqları üçün dövlət rəhbərliyinə minnətdarlıq ifadə ediblər. “İllərdir həsrətini çəkdiyimiz torpaqlara qovuşmaq bizim üçün böyük xoşbəxtlikdir. Burada bizim üçün hər bir şərait yaradılıb,” – deyə keçmiş məcburi köçkünlər bildiriblər. Qeyd edək ki, Xanyurdu kəndinə köçürülmə “Böyük Qayıdış” proqramı çərçivəsində həyata keçirilir. Xanyurdu kəndinə bundan əvvəl 33 ailə (122 nəfə







r) köçürülüb.
10-08-2025, 16:51
TƏBRİK EDİRİK!

TƏBRİK EDİRİK!
Bu gün şairə İmarət Hətəmqızının doğum günüdür. Onun poeziyası incə duyğuları və milli-mənəvi dəyərlərə bağlılığı ilə seçilir. İmarət Hətəmqızı yaradıcılığında sevgi, vətənpərvərlik və insan talelərinə həssas yanaşma var. Onun şeirləri təkcə sözün gözəlliyi ilə deyil, həm də daşıdığı mənəvi yük və səmimiyyəti ilə yadda qalır. Doğum günü münasibətilə İmarət xanımı səmimi qəlbdən təbrik edir, ona xoş günlər, firavan həyat və yaradıcılığında yeni-yeni uğurlar arzulayırıq.
8-08-2025, 16:39
TƏBRİK EDİRİK!


TƏBRİK EDİRİK!

Bu gün Zəngəzur mahalının Qafan rayonunun təsübkeş, xeyirxah, qayğıkeş və ziyalı nümayəndələrindən biri olan hörmətli Cavanşir müəllımin doğum ğünüdür. Xatırladaq ki, Cavanşir Vəliyev duz 75 il əvvəl Gödəkli kəndində dünyaya göz açmış və istər kəndliləri, istərsə də qafanlılar arasında böyük hörmət qazanmaqla yanaşı şərəfli bir ömür yolu keçmişdir. Hazırda da çox strateji bir sahəyə rəhbərlik edərək xalqımızın xidmətində layiqincə calişmaqdadır. Cavanşir müəllimi yubiley yaşı münasibəti ilə təbrik edərək ona uzun ömür, cansağlığı və işlərində uğurlar arzulayırıq.
Hörmətli Cavanşir müəllim, bilin ki, uzun illər göstərdiyiniz zəhmət, nümunəvi insani keyfiyyətləriniz və el-obamız üçün etdikləriniz hər zaman yüksək qiymətləndirilir. Sizə bir daha uzun ömür, ailə səadəti və fəaliyyətinizdə yeni uğurlar arzulayırıq.
Hörmətlə: Qafan Rayon İcması
5-08-2025, 20:16
Bu nekroloqu  oxumaq çox ağır idi..


Bu nekroloqu oxumaq çox ağır idi...

Mədəniyyət Nazirliyinin səhifəsindən oxudum. Azərbaycanın mədəni ictimaiyyətinə ağır itki üz vermişdir. Müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı, tanınmış dramaturq, tənqidçi və ədəbiyyatşünas, ictimai-siyasi xadim, filologiya elmləri doktoru professor Elçin İlyas oğlu Əfəndiyev 2025-ci il avqustun 3-də ömrünün 83-cü ilində vəfat etmişdir. Bu nekroloqu oxumaq çox ağır idi.
Hələ məktəbli ikən Elçin-i oxuyurdum. Amma İlyas Əfəndiyevin oğlu olduğunu bilmirdim. Nədən bu müəllif soyadsızdır? Bir gün müəllimə sual vermişdim ki, niyə Elçin? Müəllimim mənə həm verdiyim sualın cavabını, həm də müəllif haqqında bilmədiyim çox geniş məlumatlar vermişdi.
Artıq təsəvvürümdə yaranan obrazı haqqında düşünürdüm ki, görəsən İlyas müəllimə oxşayırmı? İlyas müəllimin çöhrəsindəki nur Elçində də var? İlyas müəllimdən anamın kitabxanasından ilk dəfə “Sarıköynəklə Valehin nağılı”nı oxumuşdum Şəkidə. Sonra kənd kitabxanamızdan müəllifin bütün kitablarını götürüb oxudum. Bizim qonşu Qızılcıq kəndində Əfəndilər soy kökündən İdris babanı tanıyırdım. Azarlayanda uşaqları aparardılar əlin çəkərdi, başlarına. Əlini əsgərə gedənlərin çiyinlərnə qoyar, xeyir-dua verərdi. Ruhu şad olsun!

İlk dəfə Elçin müəllimi görəndə simasında elə o nuru, duruşunda əfəndiliyi gördüm. Alicənablığı, səmimiyyəti, incə təbəssümü ilə yaddaşımda əbədiləşən hörmətli Elçin müəllim, ruhunuz şad olsun! Çox vaxt elə əsərlərinin premyeralarında görüşürdük. Tamaşa öncəsi gərginliyini hiss edərdim. Tamaşa bitəndən sonra təmkinlə səhnəyə qalxardı. Bir-bir aktyorlara öz xoş sözlərini, təşəkkürünü bildirərdi. Əsərlərinin qəhrəmanlarını oynayan aktrisalar Hüsniyyə xanıma, Zülfiyyə xanıma söylədiyi xoş sözlər qulaqlarımda cingildədi. Sizi həmişə Akademik Milli Dram Teatrının lojasında görəndə İlyas müəllim gəlib keçərdi gözümün önündən. Nekroloqunuzu oxuyub, susdum. Elə bil ildırım çaxmışdı. Bu halı sevimli şairimiz Bəxtiyar Vahabzadə dünyasını dəyişəndə yaşamışdım. Hələ də inanmıram. İnanmaq istəmədiyim xəbər oldu, bu acı xəbər də. Axı Siz göy adamı idiniz?! Göy adamları həmişə vardılar. Siz varsınız, yerdə, göydə, qəlblərdə! Xalqımızın qəlblərdə həmişə var olacaq ELÇİNi!
Ruhunuza ehtiramla: Azadə NOVRUZOVA
4-08-2025, 13:38
Qərbi Azərbaycandan deportasiyanın mənəvi-psixoloji aspektləri müzakirə edilib


Qərbi Azərbaycandan deportasiyanın mənəvi-psixoloji aspektləri müzakirə edilib

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Müvəkkil Hüquq Mərkəzi” İctimai Birliyi tərəfindən həyata keçirilən “Qərbi azərbaycanlıların yurd həsrəti: Salyana deportasiya” layihəsi çərçivəsində SES TV-də növbəti veriliş yayımlanıb.
Verilişin aparıcısı “Müvəkkil Hüquq Mərkəzi” İctimai Birliyinin sədri, tanınmış hüquqşünas Səməd Vəkilov, qonağı isə Qərbi Azərbaycan İcması və İrəvan şəhər İcmasının sədri professor Fəridə Səfiyeva olub.
Verilişdə 1948–1953-cü illərdə Qərbi Azərbaycandan (indiki Ermənistan ərazisindən) azərbaycanlıların deportasiyası və onun mənəvi-psixoloji nəticələri ətrafında müzakirələr aparılıb.
Səməd Vəkilov qeyd edib ki, Qərbi Azərbaycan böyük bir coğrafiyanı əhatə edir və deportasiya zamanı əhalinin dağlıq ərazilərdən Kür-Araz ovalığına köçürülməsi rəsmi sənədlərdə pambıqçılıqla əlaqələndirilsə də, bu, faktiki olaraq zorla yerindən etmə hadisəsi olub:
"Təəssüf ki, iqlimə uyğunlaşa bilməyən və həyatını itirən soydaşlarımızın sayını hələ də tam müəyyən edə bilməmişik. Onları şəhid hesab etmək olar."
Fəridə Səfiyeva isə bildirib ki, deportasiyanın məqsədi Ermənistan ərazisində monoetnik bir dövlət formalaşdırmaq olub:
"İnsanlar ağır şəraitdə, zorla qatarlara doldurularaq köçürülürdü. Bu, dövlət siyasəti idi və məqsəd türksüz Ermənistan yaratmaq idi."
4-08-2025, 13:23
VI Yay Düşərgəsinin açılış mərasimi keçirilib.


Xankəndidə Diaspor Gənclərinin VI Yay Düşərgəsinin açılış mərasimi keçirilib.-FOTOLAR
Tədbirin açılış mərasimində çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov bildirib ki, 2023- ci ildə Azərbaycan ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror əməliyyatlarından sonra Xankəndi şəhəri və ətraf yaşayış məntəqələri düşmən işğalından azad edildi. İşğaldan sonra Azərbaycan dövləti tərəfindən işğaldan azad olunmuş ərazilərdə geniş miqyaslı tikinti bərpa işlərinə başlandı. Həyata keçirilmiş tikinti və bərpa işləri nəticəsində hazırda Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarının ərazisində 15 minə yaxın əhali yaşayır. Bu şəxslər doğma ata-baba torpaqlarına qayıdan keçmiş məcburi köçkünlər həm də bu ərazilərdə fəaliyyət göstərən dövlət və özəl qurumlarda çalışanlar və onların ailə üzvləridir.
Hazırda Ağdərə rayonunun Suqovuşan, Həsənriz və Talış kəndlərinə eləcə də Xocalı şəhəri və rayonun Balllca , Təzəbinə, Xanyurdu kəndlərinə keçmiş məcburi köçkünlərin bir qisminin qayıdışı təmin edilib və bu kəndlərə həyat yenidən qayıdıb. İşlər köç planına uyğun olaraq mərhələli şəkildə icra edilməkdədir.

Bundan başqa 2025- ci ilin köç planına əsasən 18 yaşayış məntəqəsinə, o cümlədən Xocalı rayonunun 11 kəndinə,( Ballıca, Xanyurdu, Təzəbinə, Daşbulaq ,Badara,Seyidbəyli,Xanabad,Şuşakənd, Almalı,Mehdibəyli və Çanaqçı) Ağdərə rayonunun 7 kəndinə (Həsənriz, Vəngli, Kolatağ, Çıldıran, Heyvalı, Çapar və Aşağı Oratağ) əhalinin köçü ilə bağlı təmir-bərpa işləri aparılacaq. Bu kəndlər üzrə əhalinin köçü ilə bağlı müvafiq işlərə artıq başlanıb. Nəticədə qeyd olunan kəndlər üzrə 6 min 400-ə yaxın keçmiş məcburi köçkünün məskunlaşması təmin edilib. Hazırda növbəti illər üçün bu və digər yaşayış məntəqələri üzrə köç planın tərtib olunması və bunla bağlı aidiyyətı istiqamətlərdə müvafiq işlər aparılır.

Tədbirdə çıxış edən digər natiqlər bildirib ki,, Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş Diaspor Gənclərinin VI Yay Düşərgəsi avqustun 9-dək davam edəcək. Tədbirə dünyanın 61 ölkəsindən 128 azərbaycanlı və Azərbaycana dost münasibəti bəsləyən xalqların gəncləri qatılıblar.
Düşərgənin proqramı olduqca zəngindir. İştirakçılar dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən diaspor siyasəti barədə müfəssəl məlumat alacaq, rəsmi şəxslər və diplomatlarla, müxtəlif sahələr üzrə ekspertlərlə, şəhid ailələrinin üzvləri və qəhrəman qazilərimizlə görüşəcək, Qarabağla daha yaxından tanış olacaq, Ana dili dərslərində, əyləncəli proqramlarda və intellektual oyunlarda iştirak edəcəklər.

Qeyd edək ki, Diaspor Gənclərinin Yay Düşərgəsi layihəsi həm ölkə daxilində, həm də diaspor arasında böyük marağa səbəb olub və nüfuz qazanıb. Yay düşərgələrinə ildən-ilə daha böyük maraq göstərilməsi bunun bariz nümunəsidir.
Bu günə kimi düşərgələr Şəki, Şamaxı, Şuşa, Naxçıvan və Laçın şəhərlərində baş tutub. Düşərgələrin təşkilat komitəsinə hər il 60-dan çox ölkədən ümumilikdə 3 mindən artıq müraciət edilib və müraciətçilərin 700-dən çoxu yay düşərgələrinin iştirakçısı olub.









31-07-2025, 19:17
“Yurd həsrətli şəhidimiz Elşən Süleymanov”


Səməd Vəkilov yazır: “Yurd həsrətli şəhidimiz Elşən Süleymanov”

Azərbaycan Respublikası Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Müvəkkil Hüquq Mərkəzinin “Qərbi azərbaycanlıların yurd həsrəti: Salyana deportasiya” adlı layihə çərçivəsində araşdırmalarımız doğma yurdlarından çıxarılmış ailələrin qəribə taleləri ilə rastlaşırıq. Belə talelərdən biri də şəhid Elşən Süleymanovun taleyidir.

Süleymanov Elşən Ziyəddin oğlu 2 iyul 1973- cü ildə Salyan rayonu Yolüstü kəndində anadan olmuşdur. 1980/1988-ci illərdə Yolüstü kənd tam orta məktəbində təhsil almış həmin ili (1988-ci ildə) Salyan rayonu 104 nömrəli Peşə məktəbinə Mexanik ixtisası üzrə təhsilini davam etdirmiş, 21 iyun 1991-ci ildə təhsil müəssisəsindən mexaniklik üzrə diplomunu almışdır. 1992-ci ildə Salyan RHK-dan Bakı şəhərinə hərbi xidmətə yollanmış, xidmətin bitirməsinə 3 ay qalmış könüllü olaraq cəbhəyə yollanmışdır. 7 fevral 1993- cü ildə Ağdərədə itkin düşüb. İtkin düşdükdən 5 il sonra şəhidlik statusu almışdır.Bu şəhidimizin nisgilli taleyi haqqında qısa rəsmi məlumatlardır. Şəhid Elşən Süleymanovun doğulub böyüdüyü ailənin taleyinə baxdıqda isə kədər və qürurun bir yerdə ifadə olunduğu hissləri yaşamalı olursan. Atası Süleymanov Ziyəddin Abdulla oğlu 1941-ci ildə Qərbi Azərbaycanın Vedibasar mahalının Böyük Vedi kəndində dünyaya gəlib. Anası Süleymanova Hava Cabbar qızı 1946-cı ildə Dərələyəz mahalının Cul kəndində dünyaya gəlib.Hər ikisi ailəsi ilə birlikdə türk düşməni İ.Stalinin qərarı ilə 1950-ci ildə öz doğma yurdlarından deportasiya edilərək əvvəlcə Əli Bayramlıya oradan isə Salyan rayonuna köçməli olublar. 1968-ci ildə onlar ailə quraraq talelərini birləşdiriblər. Bu izdivacdan onların 4 qızları Cəvahir, Gülşən, Gülsarə, Gülüm adında qızları, Elşən və Rövşən adlı oğlanları olub. Daimi yurd həsrəti ilə yaşayan süleymanovlar ailəsində böyüyən Elşənin vətənpərvər ruhda böyüməsi təbii idi. O könüllü olaraq vətəni müdafiə etməyə getdi və bir ailənin oğlu olmaqdan xalqın oğluna çevrildi. Məhz belə övladları hesabına vətənəmiz qalibbiyəti yaşaya bildi. Şəhidlər ölməz vətən bölünməz! Ruhun şad olsun şəhidim!
30-07-2025, 16:47
Doğma yurdlarına dönmüş uşaqlara və ailələrə sosial- psixoloji dəstək göstərilib


Doğma yurdlarına dönmüş uşaqlara və ailələrə sosial- psixoloji dəstək göstərilib


“İnci” Məcburi köçkün qadınlar İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Doğma yurdlarına dönmüş ailələrlə sosial-psixoloji iş” layihəsi uğurla başa çatmışdır.
Layihənin əsas məqsədi Böyük Qayıdış proqramı nəticəsində doğma yurdlarına dönmüş ailələrə, uşaqlara sosial, psixoloji dəstək göstərməkdən ibarətdir.

Layihə çərçivəsində başlanması ilə bağlı məlumatlandlrma işlərinin həyata keçirilməsi, layihə komandasının formalaşması, dövlət orqanları və maraqlı tərəflərin iştirakı ilə müzakirələrin təşkil olunması işi həyata keçirilmişdir. Layihənin icra planına uyğun olaraq 18 iyul və 21 iyul 2025- ci il tarixlərində Cəbrayıl şəhərində və Füzuli şəhərində doğma yurdlarına dönmüş ailələrlə sosial-psixoloji iş, sosiallaşma, yeni mühitə uyğunlaşmaya dair qrup görüşlərı, psixoloji məşğələlər, konsultasiyalar keçirilmişdir. Görüşlərdə uşaqlar, onların valideynləri iştirak etmiş və interaktiv müzakirələr aparılacaqdır. Görüşlərdə doğma yurdlarına dönmüş ailələrin, sosial psixoloji adaptasiya, yeni şəraitə uyğunlaşma məsələsi uşaqların asudə vaxtlarının təşkili prosedurları ilə bağlı məlumat verilmiş və onların müxtəlif təlim və seminarlara cəlb edilməsi, öz istəklərinə uyğun bacarıqlarının inkişaf etdirilməsi ilə məşğul olmaları müəyyənləşdirilmişdir.

22 iyul 2025- ci il tarixində isə görüşlərdə fəallıq edən, əldə etdiyi bacarıqları öz həmyaşıdları arasında bölüşə biləcək yeniyetmə və gənclərin iştirakı ilə “Doğma yurdlarına dönmüş ailələr və uşaqların sosial- psixoloji inkişafı və emosional dəstək” mövzusunda Yay Məktəbi təşkil olunmuşdur. Cəbrayıl şəhərində təşkil olunmuş 1 günlük Yay Məktəbi üzrə tədbirdə 20 uşaq, yeniyetmə və gənc iştirak etmişdir. Təlimçi-psixoloq Vüsalə Əmiraslanlı tərəfindən doğma yurdlarına dönmüş uşaq və gənclərə sosial-psixoloji vəziyyəti( qiymətləndirmə), psixololoji sağlamlığın qorunması, sağlam psixoloji mühit- sağlam mənəvi inkişaf, sosial və emosional bacarıqlarını inkişaf etdirilməsi, sosial inteqrasiya, yeni şəraitə uyğunlaşma dönəmi olan uşaqlar və yeniyetmələrin adaptasiyası, ailə - icma əlaqələri mövzusunda təqdimatlar edilib, müzakirələr aparılmışdır.



29-07-2025, 20:22
Salyana deportasiya” layihəsi çərçivəsində növbəti veriliş yayımlandı


“Qərbi azərbaycanlıların yurd həsrəti: Salyana deportasiya” layihəsi çərçivəsində növbəti veriliş yayımlandı

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Qərbi azərbaycanlıların yurd həsrəti: Salyana deportasiya” layihəsi çərçivəsində “Müvəkkil Hüquq Mərkəzi” İctimai Birliyi tərəfindən SES TV-də növbəti veriliş yayımlanıb.
Verlişin aparıcısı tanınmış hüquqşünas, “Müvəkkil Hüquq Mərkəzi” İctimai Birliyinin sədri Səməd Vəkilov, qonağı isə Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədi İlham İsmayılov olub. Veriliş zamanı deportasiya olunmuş qərbi azərbaycanlıların acı taleyindən, tarixi yurd yerlərinə qayıdış arzularından və bu istiqamətdə görülən işlərdən bəhs olunub. İlham İsmayılov qeyd edib:
“Bizim ilk tanışlığımız Mollalının araşdırması ilə bağlı olmuşdu. Mən ata-baba yurdum haqqında ilk dəfə Qərbi Azərbaycan İcmasının toplantısında eşitdim. Sevindirici haldır ki, Prezidentimizin rəhbərliyi altında Qərbi Azərbaycana qayıdış Konsepsiyası bu gün dövlət səviyyəsində prioritet istiqamət kimi qəbul olunub. Bir çox QHT-lər də Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə bu istiqamətdə fəaliyyət göstərir. Bu, yalnız Qərbi Azərbaycan əsilli insanların deyil, ümummilli məsələdir.”
Verilişdə həmçinin qeyd olunub ki, deportasiya olunanların əksəriyyəti artıq həyatda olmasa da, onların övladları və nəvələri ata-baba torpaqlarına qayıdış ümidini yaşadırlar.
29-07-2025, 06:01
Səməd Vəkilov:  "Zəngibasar həsrətli Əkbər Əliyev"

Səməd Vəkilov:"Zəngibasar həsrətli Əkbər Əliyev"

"Müvəkkil Hüquq Mərkəzi" İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Qərbi azərbaycanlıların yurd həsrəti: Salyana deportasiya" layihəsi çərçivəsində Salyan rayonu Yeni Uluxanlı kənd sakinləri ilə görüşüb.

Bu barədə QHT.az saytına layihənin rəhbəri tədqiatçı-hüquqşünas S.Vəkilov məlumat verib. O bildirib ki, Yeni Uluxanlı kəndi əsasən Qərbi Azərbaycanın Zəngibasar mahalından İ.Stalinin qərarı ilə öz doğma yurdlarından deportasiya edilmiş Azərbaycan türkləridir. Belə şəxslərdən biri də Əliyev Əkbər Adil oğludur. O, 18 may 1941-ci ildə Qərbi Azərbaycanın dilbər güşəsi olan Zəngibasar mahalının Zəngibasar kəndində anadan olub. İlk ibtidai orta təhsilini Zəngibasarda alıb. Sonra 1949-cu ildə öz doğma yurdlarını məcburi olaraq tərk etmək məcburiyyətində buraxılaraq Azərbaycana Papanin (Əli Bayramlı) rayonuna I saylı Şirvan Pambıqçılıq sovxozunun 3-cü şöbəsinə köç ediblər.

Əkbər Əliyev: "Biz gələndə burada Vedibasar mahalının Vedi kəndindən 6-7 ailə məskunlaşmışdır. Tədricən 1949-cu ildən 1952-ci ilədək köçürülmə davam etmişdir. Biz 1949-cu oktyabr ayında bir vaqonda 11 ailə olmaqla ev əşyaları və heyvanlarla bir vaqonda Azərbaycana gəldik. Biz gələndə kəndin yolu yox idi. İşıq yalnız 1955-ci ildə çəkildi. İbtidai məktəb 4-cü sinifə qədər idi. Sonra 7 illik məktəb oldu".
Əkbər Əliyev o günlərdən danışarkən dərin ah çəkir. Atam Kərimov Adil Əli oğlu 1941-ci ilin mən doğulandan 6 ay sonra dünyasını dəyişib.Ailə başçısı kimi anam Xədicə Kərimova qeyd edilmişdir. Anam Kərimova Xədicə Cabbar qızı əslən İrəvan şəhərindən idi. O,1903-cü ildə İrəvan şəhirində doğlub. İndiki Ararat stadionu anam babam Cabbar kişinin bağ sahəsi olub. Əkbər kişi digər ailə üzvləri haqqında məlumat verir. Onun bacı-qardaşları hamısı Zəngibasarda doğulsa da yurd həsrəti ilə Salyanda dünyasını dəyişiblər.

Əliyeva Sara Adil qızı (1927-2014-cü il)
Kərimova Xanımzər Adil qızı (1932-2016-cı il)
Əliyeva Məryəm Adil qızı(1938-2021)
Əliyev Yaqub Adil oğlu (1930-1993)

Əkbər Əliyevin oğlu Zülfüqar I Qarabağ müharibəsinin iştirakçısı onun adını daşıyan Əkbər adlı nəvəsi isə 2024-cü tədris ilində ildə 550 bal toplayaraq Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Beynəlxalq münasibətlər fakültəsinə qəbul olmuşdur. Diplomat olmaq, siyasətlə məşqul olmaq onun uşaqlıqdan arzusudur. O, siyasət, tarix, coğrafiya ilə yaxından maraqlanır.Əsasən Qərbi Azərbaycan İcmasının tədbirlərində fəal iştirak edir, Qafan Rayon Gənclər Şurası ilə əməkdaşlıq edir. Qərbi Azərbaycanla bağlı bütün layihələrdə iştirak etməyə çalışır və onları dəstəkləyir, babasının məcburi çıxarıldığı Qərbi Azərbaycan torpaqlarına qayıtmaq uğrunda mübarizə aparmaq və doğma yurda qayıtmaq ən böyük arzusudur.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!