"Milli QHT Forumunda "Kəlağayı Bayramı" silsilə tədbirlərinə start verildi .....                        Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                       
Tarix : 13-08-2017, 01:24
Jurnalist kriteriyaları


Jurnalist kriteriyaları

Jurnalistikanı digər peşələrdən fərqləndirən çox xüsusiyyət var. Əvvəla, yaxşı jurnalist olmaq təkcə, yazmaq qabiliyyəti tələb etmir. Əgər belə olsa idi, Lev Tolstoy, Ernest Heminquey, Cek London, Qabriel Qarsia Markes dünyanın ən yaxşı jurnalistləri olardılar. Adlarını çəkdiyim dahilər belə demək mümkünsə, söz sehrbazları, hər bir oxucunun qəlbinə yol tapmağı bacaran yazıçılar idi. Onların işi yazmaq idi. Öz fikirlərini, ictimaiyyətdə oyatmaq istədikləri arzu və istəkləri, təbliğat məqsədli fikirlərini kağız üzərinə köçürürdülər. İstəyən də həmin müəllifin kitabını alır və oxuyurdu.


Bu mənada jurnalistlər daha çətin bir peşə nümayəndələridirlər. Çünki onların işi konkret olaraq yazmaq yox, ictimaiyyətə informasiya çatdırmaqdır. Sadəcə qəzet-jurnal müxbirləri bunu yazmaq, televiziya-radio jurnalistləri isə efirdəki gündəlik çıxışları vasitəsilə edirlər. Amma əminliklə deyə bilərəm ki, yaxşı, sözün əsl mənasında oxucu üçün maraqlı və aktual məlumatı çatdırmaq üçün jurnalistin güclü müşahidə qabiliyyəti olmalıdır. O, çoxlarının görə bilmədiyini görməli, eşidilməyənləri eşitməlidir. Həm də düzgün nəticə çıxarmaq üçün baş verənlərə obyektiv, vicdanlı, qərəzsiz yanaşmalıdır. Eyni zamanda, jurnalist operativ olmalıdır. Daha “nə vaxt təb gələr, onda da yazaram” deməməlidir. Axı jurnalistika rəssamlıq və ya heykəltaraşlıq deyil. Nə təb, nə həvəs?! Bu saydıqlarım jurnalistikanın təməl prinsipləridir. Sözügedən sahəni seçən hər kəs bunlara əməl etməlidir. İkinci bir tərəfdən jurnalist ancaq real faktlara, konkret məlumatlara arxalanmalı, onu bir qədər genişləndirmək, əhatəli etmək şərtilə ictimaiyyətə çatdırmalıdır. Şübhəsiz, peşə məsuliyyətini dərk edən müxbir də yazdığını bir neçə dəfə oxumalı, fikirlərini saf-çürük etməlidir. O qədər olub ki, adi bir hərf səhvi, rəqəm ixtisarı nəticəsində aləm bir-birinə dəyib. Bilirsiniz nə vaxt? Min bir əziyyətlə qəzet əməkdaşları tərəfindən səhifələr hazırlanıb, qəzet nəşr olunub, səhəri gün oxucular tərəfindən alınıb oxunduqdan sonra. Yəni iş işdən keçdikdən sonra. Bu da birbaşa (ümumiyyətlə, hər cür səhv) həm müəllifin və ədəbi redaktorun məsuliyyətsizliyinə, qeyri-peşəkarlığına dəlalət edir, həm də həmin KİV-in ictimaiyyət qarşısındakı nüfuzunu aşağı salır. Buna səbəb olan başqa bir amil isə kifayət qədər peşəkarlığı olmayan əməkdaşın yerli-yersiz eyni sözün təkrarına yol verməsidir. Bu yaxınlarda mətbu orqanların birində belə bir cümləyə rast gəlmişdim: “Mükafatçılar kubok və medallarla mükafatlandırılıblar.” Elə bil söz qıddığıdır. Təkrar olunan sözün əvəzinə “təltif olunublar” olsa idi daha yaxşı olmazdımı? Əlbəttə, yaxşı olardı. Nəzərə almaq lazımdır ki, bu cür hallar oxucunu yorur və o, heç yazının sonuna çatmamış qəzeti qatlayıb bir qırağa qoyur. Xüsusilə, bu zamanda - yaşadığımız informasiya dövründə jurnalistlər bu cür neqativ hallara daha diqqətli olmalıdırlar. Unutmayaq ki, keçən əsrin ortalarından fərqli olaraq hazırda müxtəlif tirajlarla nəşr olunan kifayət qədər çox mətbu orqan var. Və bu günkü informasiya cəmiyyətində oxucu üçün məlumatı “Azərbaycan”dan və ya “Respublika”dan almaq elə də əhəmiyyətli deyil. Vacib olan verilmiş informasiyanın keyfiyyətli olması, hətta belə demək mümkünsə, əsl peşəkar qələmindən çıxmasıdır. Qəzetin satılıb-satılmaması isə redaksiya kollektivini narahat etməlidir. Başda redaktor olmaqla hər bir əməkdaş çalışmalıdır ki, ictimaiyyətin rəğbətini qazansın, o, öz yazıları ilə göstərməlidir ki, vətəndaşın məhz müvafiq KİV-in daimi oxucusuna çevrilməsi daha məqsədəuyğundur. Bu yerdə əməkdaşlıq etdiyim, Milli Olimpiya Komitəsinin (MOK) nəzdində fəaliyyət göstərən “Olimpiya dünyası” qəzetinin baş redaktoru Murad Fərzəliyevin bir sözü yadıma düşdü. O, 15 il əvvəl, 2001-ci ildə adı çəkilən qəzet təsis edilərkən demişdi: “Qazanılmış etimadı qoruyub saxlamağa çalışacağıq” (Bunu ilk dəfə onunla tanışlığımızda özü qeyd etmişdi). Murad müəllim sözünün üstündə durdu. Ətrafına peşəkar bir kollektiv topladı və tez bir zamanda etimadı doğruldub, oxucuların rəğbətini qazandı. Bunun nəticəsidir ki, hazırda həmin qəzet “Olimpiya dünyası - idmanın aynası” şüarı ilə həftədə iki dəfə öz oxucuları ilə, o cümlədən idmansevərlərlə görüşür. Diqqət yetirsək görərik ki, indi ölkəmizdə idmana bu dərəcədə maraq göstərən, öz səhifələrində idmançılarımızın uğurlarını mütəmadi olaraq işıqlandıran yeganə qəzet “Olimpiya dünyası”dır. Ümumiyyətlə, mətbu orqanların bir-birilə rəqabətdə olduğu bir vaxtda qəzet və jurnalın orijinal profilə sahib olması çox mühüm amildir. Məsələn, götürək elə Akif Aşırlının rəhbərlik etdiyi “Şərq” qəzetini. Bu qəzet digərlərindən fərqli olaraq öz səhifələrində kiçik həcmli, xəbər tipli yazılara daha çox yer verməklə oxucuların diqqət mərkəzindədir.

Adlarını çəkdiyim qəzetlərlə yanaşı, bu gün “Xalq qəzet”, “525-ci qəzet”, “Ədalət”, “Yeni təfəkkür”, “Bütöv Azərbaycan” kimi ictimai-siyasi qəzetlər də geniş oxucuya malikdirlər. Onlar özlərinə opponent mövqedə dayanan 1-2 “jurnalist” dən ibarət “kollektiv”lərə qarşı uğurla mübarizə apararaq xalqa xidmət edirlər. Bəzi “jurnalist”lər isə sadəcə “seçdikləri sahənin” “dördüncü hakimiyyət” nüfuzundan istifadə edərək guya əməkhaqqı qazanmaqla məşğuldurlar. Amma unudurlar ki, əmək olmayan yerdə nəinki əməkhaqqı, heç haqq da olmur. Məgər, hansısa KİV-də rast gəldiyin xəbəri olduğu kimi, heç bir istinad etmədən öz imzanla işlədiyin mətbu orqanda dərc eləmək düzgündürmü? Bəs vicdan, əməyə hörmət harda qaldı?

Dahi insan, Cəlil Məmmədquluzadə demişdir: “Qələmin müqəddəs borcu xalqa xidmət etməkdir”. Bu gün ölkə mediasının kapitanları sayılan Rəşad Məcid, Seyfəddin Hüseynli, Məzahir Süleymanzadə, Həsən Həsənov və başqaları bu kəlamı özlərinə şüar seçiblər. Tanınmış qələm sahiblərindən birinin dediyi kimi, həm də onlar daim növbəti nömrənin qayğısı ilə yaşayırlar. Çünki öz sahələrinə ürəkdən bağlıdırlar. Daha bəziləri kimi ancaq pul xətrinə yazı-pozu ilə məşğul olmurlar. Təbii ki, sevgi və həvəs olmayan yerdə heç bir uğurdan söhbət gedə bilməz. Mir Şahin Ağayev deyir ki, işimizin peşəkarı olaq. Düz 53 ildir idman jurnalistikasında usanmadan çalışan, əməkdar jurnalist Oqtay Bayramovun fikrincə, uğurun sirri peşəkarlıqdadır. Jurnalist həm də bir neçə əcnəbi dil bilməli, səlis nitqi, zəngin söz ehtiyatı olmaq üçün mütaliəylə məşğul olmalıdır. Xüsusilə, bu gün bütün dünyanın idman mərkəzi kimi tanınan Azərbaycanda bu çox vacibdir. Beynəlxalq jurnalistikaya gedən yolda isə mən deyərdim ki, xarici dil pasport vəzifəsini yerinə yetirir. Amma bunlardan daha vacibi də var - cəsarət. Jurnalist həqiqəti açıq-aşkar, olduğu kimi deməkdən çəkinməməlidir. Şəhid jurnalistlərimiz Çingiz Mustafayev, Salatın Əsgərova və başqaları kimi. Onlar şəhid olsalar da, dedikləri, göstərdikləri həqiqətlər yaşayır və yaşayacaq. Jurnalistin qələmi qüdrətli olmalıdır. Elə yazmaq lazımdır ki, onu silmək qeyri-mümkün olsun. Bunun üçün də ilk növbədə qələmi cəsərətlə əlində saxlamaq lazımdır. Daha qorxa-qorxa, əlin titrəyə-titrəyə, filankəsin qulağına çatsa necə olar düşüncəsi ilə, yox! Sadəcə həqiqət çərçivəsindən kənara çıxmamaq labüddür. Vəzifədən sui-istifadə edib yalan məlumatlar, sensesiya xarakterli yazılar yazmaq, kimlərisə şantaj etmək olmaz! Bu cür reket jurnalistlər mütləq günün birində iti qələmləri olan, təcrübəli jurnalistlər Rəşad Məcidlərin, İttifaq Mirzəbəylilərin hədəfinə tuş gələcəklər. Bax onda jurnalistikanın nə olduğunu başa düşəcəklər. Unutmayaq ki, həqiqi və qüvvətli sözün qarşısında heç bir qüvvə dayana bilməz. Düşmənlər də, özünü dost kimi təqdim edən mənfur xislətlilər də, top-tüfəng də...


Kənan Novruz


Paylaş



Bölmə: Tələbə sözü / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!