Yollarda görünüş 300 metrədək məhdudlaşacaq .....                        İranın yeni hədəfi - İsrailin elektrik stansiyaları .....                        Hakan Fidan Suriyaya getdi - Zelenski və Əl Şaraa ilə görüşəcək .....                        F-15-in polkovnik pilotu xilas edildi - Tramp .....                        Toğanalı–Kəlbəcər–İstisu yolunda qar uçqunu - Hərəkət məhdudlaşdırıldı .....                        Qusarda sel aparan şəxsin meyiti tapıldı .....                        Bəzi bölgələrə qar yağır .....                        Bakı yolları yenilənəcək - AAYDA .....                        İran səmasında gərginlik: ABŞ-nin 3 döyüş təyyarəsi vuruldu .....                       
Tarix : 30-03-2022, 23:17
“Qardaşlığın Zəfəri” kitabı Türkiyə - Azərbaycan birliyinə həsr olunub


Tarix üzrə fəlsəfə doktoru, yazıçı publisist Hacı Nərimanoğlunun “Qardaşlığın Zəfəri” kitabı nəşr olunub.
Türkiyə Prezident Administrasiyasının təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun rəhbəri Prof. Dr. Aygün Attarın “İki liderin, iki dövlətin bənzərsiz qardaşlığı” adlı Ön sözü və Türkiyənin Azərbaycandakı keçmiş fövqəladə və səlahiyyətli səfiri Hulusi Kılıçın məsləhətçiliyi ilə çıxan kitab 44 günlük savaşla xalqımıza qələbə sevinci, şərəf, qürur yaşadan Ordumuza, Şəhid və Qazilərimizə, bu möhtəşəm zəfərin qazanılmasında, tarixi ədalətin bərpa olunmasında müstəsna xidmətləri olmuş Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Türkiyə Cümhuriyyəti Prezidenti Rəcəb Tayyib Ərdoğanın qardaşlıq münasibətlərinə həsr olunub.
Vətən müharibəsində müzəffər ordumuzun misilsiz qəhrəmanlığı sayəsində işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgələrində aparılan geniş miqyaslı tikinti, quruculuq işləri, mənfur düşmənin murdar ayaq izlərinin itirilməsi, məhv edilmiş mülki, sosial obyekt və infrastruk-turlarının yenidən dirçəlişinə Türkiyənin dəstəyi, dövlət başçıları və xanımlarının Qarabağ, Şərqi Zəngəzur regionuna səfərləri, tarixi “Şuşa Bəyannaməsi”nin siyasi, hərbi, ictimai-mənəvi əhəmiyyyəti kitabda sənədlər, foto-informasiya materialları, analitik təhlillərlə qələmə alınıb. Müəllifin eyni soykökə, dil və dinə mənsub iki ölkənin, xalqın tarixin müxtəlif dövrlərində sınaqdan çıxmış qardaşlığına dair elmi-publisistik araşdırmaları, Vətən müharibəsinin ilk günündən başlayaraq yazdığı, KİV-də yayılan hərbi-vətənpərvərlik motivli məqalələrinin bir hissəsi də kitaba daxil edilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə "Zəngəzur" Cəmiyyətləri İctimai Birliyinin həyata keçirdiyi “Şərqi Zəngəzura qayıdışa mənəvi dəstək” layihəsi çərçivəsində “Füyuzat” nəşriyyatında rəngli formatda çapdan çıxan kitabın nüsxələri respublikamızın təhsil, mədəniyyət obyektlərinə, kitabxanalara, yerli icra strukturlarına, iki ölkənin QHT və KİV-ə paylanacaq.


Paylaş



Bölmə: Turan / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!