Bakıda ağac park edilmiş maşınların üzərinə düşdü .....                        “AnewZ” Vardanyan haqda film çəkdi .....                        Elbəyi Kərimli həbsdə vəfat etdi .....                        Moskvada təyyarə qəzaya uğradı .....                        Kürdə batan şəxsin meyiti tapıldı .....                        İtkin balıqçıların axtarışı davam etdirilir - VİDEO .....                        Azərbaycanla Tailand arasında siyasi məsləhətləşmə olub .....                        Telefonda gizlədilmiş qızıl külçələr aşkarlanıb .....                        Türkiyə Rusiyadan təzminat tələb edəcək? .....                       
Tarix : 3-08-2022, 09:04
Ankara və Bakı hazırlığı başa çatdırdı

Ankara və Bakı hazırlığı başa çatdırdı

Türkiyə və Azərbaycan sadələşdirilmiş gömrük dəhlizinin yaradılmasının son mərhələsindədir. Bunu Türkiyənin ticarət naziri Mehmet Muş Türkiyə, Özbəkistan və Azərbaycan xarici işlər, ticarət və nəqliyyat nazirlərinin Daşkənddə keçirilən üçtərəfli görüşündə deyib:
"Biz bu layihənin Azərbaycanla pilot rejimində reallaşdırılmasına başlamaq üçün texniki baza yaradırıq. Türkiyə Özbəkistanla da analoji gömrük dəhlizini həyata keçirməyə hazırdır".
Mehmet Muşun sözlərinə görə, Türkiyə, Azərbaycan və Özbəkistanın ümumi ÜDM-si 1 trilyon dollara çatır, 3 ölkənin əhalisinin sayı isə 130 milyon nəfərdir ki, bu da böyük potensialın göstəricisidir. Azərbaycan və Özbəkistanla imzalanmış güzəştli ticarət sazişləri Türkiyənin bu potensialın reallaşdırılmasına verdiyi önəmi göstərir.
"İnanıram ki, bu sazişlərin əhatə dairəsinin genişlənməsi ilə dövlətlərarası münasibətlərin yeni dövrü gələcək. Bundan əlavə, gömrükdə bürokratiyanın azaldılması istiqamətində tədbirlərin görülməsi ticarəti asanlaşdıracaq və ticarət dövriyyəsinə müsbət təsir göstərəcək".
Nazir qeyd edib ki, Ankara gömrük prosedurlarının sadələşdirilməsinə önəm verir. "Azərbaycan və Özbəkistan Türkiyənin Orta Asiya ilə ticarətində mühüm rol oynayır, Türkiyə isə öz növbəsində Azərbaycan və Özbəkistanın Avropa, Yaxın Şərq və Afrika ölkələri ilə ticarətində körpü rolunu oynayır".


Paylaş



Bölmə: Turan / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!