İranda matəm elan edildi .....                        Sərxoş sürücü ağır qəza törətdi .....                        Tramp İranda hərəkətə keçir .....                        İranda 38 polis öldürülüb .....                        Qara Qarayevə yeni vəzifə verildi .....                        Minaya düşən şəxsin son durumu AÇIQLANDI .....                        İran hökuməti dəyişikliyə hazırdır - Pezeşkian .....                        Venesuelanı ABŞ qoruyacaq .....                        Ukrayna Xəzərdə neft obyektinə ZƏRBƏ ENDİRDİ .....                       
Tarix : 2-10-2019, 13:09
Yanğından mühafizə üsullarına dair seminar-məşğələ keçirilib

Oktyabrın 2-də Mərkəzi Elmi Kitabxanada AMEA Rəyasət Heyəti aparatının İkinci xüsusi şöbəsinin təşkilatçılığı ilə "Yanğından mühafizə üsulları və onların həyata keçirilməsində müəssisə və təşkilatların üzərinə düşən vəzifələr" mövzusunda seminar-məşğələ keçirilib.
Tədbirdə AR Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin Təbliğat şöbəsinin baş mütəxəssisi Nizami Fərəcov, FHN-in 2-ci ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin rəis müavini, polkovnik Camal Zamanov, həmin qurumun əməkdaşı, mayor Vurğun Yusifli, AMEA-nın elmi müəssisə və təşkilatlarının ümumi işlər üzrə direktor müavinləri, MM qərargah rəisləri və yanğınsöndürmə manqaların üzvləri iştirak ediblər.
İclası İkinci xüsusi şöbənin rəisi Eldar Quliyev açaraq mülki müdafiəyə dair seminar, məşğələ və digər tədbirlərin "Mülki Müdafiə haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" ölkə başçısının 18 aprel 1998-ci il tarixli Fərmanı, Nazirlər Kabinetinin "Mülki müdafiənin təmin edilməsi barədə" 1998-ci il 25 sentyabr tarixli 193 nömrəli Qərarı, FHN-in tövsiyələri və akademiyanın Tədbirlər Planına əsasən təşkil olunduğunu diqqətə çatdırıb. Qeyd edib ki, cari ildə tanınmış alimlər mütəmadi seminarlara dəvət olunaraq "Nüvə energetikası və təhlükəsizlik problemləri", "Son vaxtlar Azərbaycan ərazisində baş verən endogen və ekzogen proseslər", "Yaralanmalar, növləri, yaralanmalar zamanı ilkin yardım və sarğı qoyma qaydaları" və digər mövzularda akademiya əməkdaşlarını maarifləndiriblər.
Seminarın mövzusuna toxunan şöbə rəisi AMEA-nın elmi müəssisə və təşkilatlarının təxliyyə planlarının hazırlandığını, ildə bir dəfə olmaqla yanğınsöndürmə balonlarının yeniləndiyini və yanğın şitləri ilə təmin edildiklərini söyləyib. E.Quliyev akademiya əməkdaşlarının fövqəladə hadisələr zamanı davranış qaydaları ilə maarifləndirilməsi işlərinin mütəmadi davam etdiriləcəyini bildirib.
Tədbirdə çıxış edən N.Fərəcov yanğın hadisələrinin cəmi 5 faizinin təbii fəlakətlərdən baş verdiyini, digər hallarda isə insanların ehtiyatsızlığı və təhlükəsizlik qaydalarının pozulmasından yarandığını deyib. O, 2018-ci ildə 2210 yanğın hadisəsinin qeydə alındığını, nəticədə 83 nəfərin öldüyünü, 168 nəfərin isə xəsarət aldığını diqqətə çatdırıb. Qeyd edib ki, yanğınlar başlıca olaraq yaşayış sektorunda, nəqliyyat vasitələrinin istismarı zamanı, eləcə də sosial məişət və mədəniyyət sektorunda meydana gəlib.
FHN rəsmisi elektrik cihazlarının quraşdırılması və istismarı, o cümlədən qaz təsərrüfatından istifadə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət olunmasını tövsiyə edib. Bundan əlavə, elmi tədqiqat müəssisələrində maarifləndirmə işlərinin aparılmasının, yanğın cihazlarının mütəmadi yoxlanılmasının zəruriliyini vurğulayıb.
Məşğələdə C.Zamanov çıxış edərək yanğınla bağlı çağırışların əksəriyyətinin məişət tullantıları və quru otlar olan ərazilərdə qeydə alındığını söyləyib. O, Bakının 12 inzibati ərazisində tullantıların vaxtında yığışdırılması və quru otların təmizlənməsi istiqamətində yerli icra orqanları ilə əməkdaşlıq etdiklərini diqqətə çatdırıb.
Çıxışlardan sonra mövzu ətrafında müzakirələr aparılıb, həmçinin zəlzələ, torpaq sürüşməsi, dəm qazı, məişətdə yanğın hadisələri zamanı davranış qaydalarına həsr olunan videoçarxlar nümayiş etdirilib.
İclasda sentyabr ayında keçirilmiş Rəhbər Heyətin MM məşqləri və Mülki müdafiə qüvvələrinin xəbərdarlıq və toplanış məşqləri haqqında MM qərargah rəislərinin məlumatları da dinlənilib.
Sonda bir sıra cari məsələlər müzakirə olunub.
Yanğından mühafizə üsullarına dair seminar-məşğələ keçirilib
Yanğından mühafizə üsullarına dair seminar-məşğələ keçirilib


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!