Müdafiə Nazirliyi vətəndaşlara daha bir müraciət etdi .....                        Xırdalanda yanğın oldu .....                        Boşandığı arvadının evini "sənə sürpriz edəcəyəm" deyib, yandırdı .....                        Nuri Şahin baş məşqçi təyin olundu .....                        Xalq artistinin ölümü ilə bağlı nekroloq .....                        Bakıda 20 avtobusun istiqaməti dəyişdirilir - Formula 1-ə görə .....                        Rusiyaya sanksiya tətbiq etməyə hazıram - Tramp .....                        Sulutəpə və Sumqayıta gedənlərə şad xəbər! - Avtobuslar bərpa edilir .....                        Polşada Baş nazirin maşınını oğurladılar .....                       
Tarix : 30-09-2014, 18:14

 

 

Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin növbəti birgə təlimlərinin Türkiyə Respublikasında keçirilməsi planlaşdırılır

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azərbaycan Hərbçi Jurnalistlər Birliyinə verilən xəbərə görə, sentyabrın 29-da N saylı hərbi hissədə Azərbaycan Respublikası Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov və ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Hərbi Hava Qüvvələrinin Şəxsi Heyətlə İş İdarəsinin rəisi briqada generalı Emin Ayık Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin təlimlərində iştirak edən şəxsi heyətlə görüşüblər.
Uçuş və texniki heyətlə keçirilən görüşdə birgə təlim-döyüş uçuşları zamanı praktiki tapşırıqlar, şərti hava döyüşləri imitasiya olunmaqla müxtəlif manevrlərin yerinə yetirilməsi və yer hədəflərinin məhv edilməsi məqsədilə icra olunan atışların ilkin təhlili aparılıb.
Qonaqlara helikopter pilotlarının hazırlanmasında istifadə olunan trinajorlar nümayiş etdirilib.

Sonra birgə təlimlərin keçirildiyi aerodromda qonaqlara təlimin gedişi barədə brifinq təqdim olunub və növbəti mərhələdə icra olunacaq təlim-məşq tapşırıqları geniş heyətdə müzakirə edilib.

Görüş zamanı Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin növbəti birgə təlimlərinin Türkiyə Respublikası ərazisində 2015-ci ilin mart ayında keçirilməsinin planlaşdırıldığı qeyd edilib.

Görüşlərdə Türkiyə Respublikası Silahlı Qüvvələrinin ölkəmizdəki hərbi attaşesi briqada generalı Hasan Nevzat Taşdeler də iştirak edib.

 



Paylaş



Bölmə: Xəbər / Turan / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!