Bakıda yeni çəkiləcək yollarla bağlı vacib xəbər .....                        Ağdamda qadın ev quşları üçün olan dərmandan zəhərləndi .....                        Netanyahu: İranla razılaşmada İsrailin maraqları nəzərə alınmalıdır .....                        Millimizin Millətlər Liqasındakı rəqibləri açıqlandı .....                        Ceyhun Bayramov Abbas Əraqçiyə təbrik məktubu ünvanlayıb .....                        ABŞ-də Azərbaycan vətəndaşı həbs edildi - Ağır cinayətlərdə ittiham olunur .....                        Qaradağda yaşayış binasında yanğın: Təxliyə olunanlar var .....                        Azərbaycanda zəlzələ olub .....                        Ağalar Vəliyev və Heydər Əsədov Sloveniya Respublikasına səfər edib .....                       
Tarix : 1-04-2021, 12:49
Badamdar sürüşmə sahəsində görüləcək işlər açıqlanıb
Badamdar sürüşmə sahəsində bu günə olan son vəziyyət açıqlanıb.

Butov.az-ın Trend-ə istinadən məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin "Azərinşaat" Layihə İnstitutunun Geoloji axtarış şöbəsinin rəisi Samir Vəliyev jurnalistlərə açıqlamasında bildirib ki, ərazidə geniş tədqiqat və layihələndirmə işlərinə yapon mütəxəssisləri ilə birlikdə 2018-ci ildən başlanılıb:

"Bu müddət ərzində sahədə sürüşmə bir neçə dəfə təkrar olduğundan layihədə daim müvafiq dəyişikliklər edilib. Dayanıqlılığı təmin etmək üçün ilkin mərhələdə yamacın üst hissəsində 11 ədəd fərdi yaşayış evlərinin arxasında məhəllədaxili yolun kənarında 3 ədəd, eni 3.5 metr, dərinliyi 30 metr olan drenaj quyularının qazılması və hər quyuda 21 ədəd olmaqla 40 mm uzunluğu 50 metr olan yelpikvari 2 səviyyədə horizontal suqəbuledicilərin qurulması nəzərdə tutulub".

O qeyd edib ki, layihədə ikinci mərhələdə evlərin qarşısında, həyətlərdən sonra yuxarı hissədən başlayaraq yamacda dəmir-beton terrasların yaradılması planlaşdırılıb:

"Üçüncü mərhələdə Badamdar – 20-ci sahə avtomobil yolunun sağ tərəfində (yamacın aşağı hissəsində) dəmir-beton svaylar üzrə monolit istinad divarının inşa edilməsi və yolun bərpası işləri həyata keçiriləcək".


Paylaş



Bölmə: Xəbər / Sosial / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!