Araqçi İrandakı etirazlarda ölənlərin sayını açıqladı .....                        Araqçi İrandakı etirazlarda ölənlərin sayını açıqladı .....                        Suriyada kürdlərin nəzarət etdiyi ərazi 80% azalıb .....                        Kamran Əsədov HƏBS OLUNDU .....                        Ermənistan Azərbaycana baxıb hərəkət edir .....                        Bakı metrosuna İsveçrədən 300 vaqon alınır .....                        Zəhradan boşanma xəbərinə reaksiya: "Mədəniyyətiniz olsun!" .....                        Azərbaycanda hərbi xidmət əleyhinə cinayətlər azalıb .....                        Özünü Putinə oxşadan polis komissarı istintaqa çağırıldı .....                       
Tarix : 3-08-2022, 10:40
DİN-dən Aşura mərasimləri ilə bağlı müraciət

Daxili İşlər Nazirliyi (DİN) Aşura mərasimləri ilə bağlı vətəndaşlara müraciət edib.

Butov.az Publika.az-a istinadən xəbər verir ki, müraciətdə deyilir:

"Əziz həmvətənlər!

Cari il iyul ayının 30-dan başlamış Məhərrəm ayında, o cümlədən avqustun 8-nə təsadüf edən “Aşura” günündə dini mərasimlər “Dini etiqad azadlığı haqqında” Azərbaycanın qanununa müvafiq olaraq yalnız məscid, ziyarətgah və onlara aid ərazilərdə keçirilməlidir.

Mərasim iştirakçılarının təhlükəsizliyi, məscidlərə rahat gediş-gəlişi, dini ayinləri sərbəst və maneəsiz yerinə yetirmələri üçün bütün lazımi tədbirlər görülür.

Eyni zamanda diqqətə çatdırırıq ki, əhalinin epidemioloji salamatlığının təmin edilməsinin zəruriliyi baxımından mərasimlərin həm də sanitariya normalarına uyğun təşkil edilməsi tövsiyə olunur.

Piyadaların və yol hərəkətinin digər iştirakçılarının həyatına təhlükə yaradan, tıxaclara səbəb ola bilən hallara yol verilməməlidir.

İnsanların dini etiqad azadlığına dərin hörmətimizi ifadə edərək vətəndaşlarımızı bu müraciəti anlayışla qarşılamağa çağırır və həmçinin bildiririk ki, qeyd olunan tələb və tövsiyələr məhz hər bir şəxsin həyatının, sağlamlığının, hüquqlarının, azadlıqlarının, qanuni mənafelərinin və cəmiyyətin dinc həyatının qorunmasına xidmət edir".


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!