Sağ qalan 7 sərnişin Bakıya gətirildi .....                        Öldüyü deyilən Mahirin atası: "Sağ olduğunu bu gün öyrəndik" .....                        Kimliyi müəyyənləşənlərin sayı 10-a çatdı - 4-ü Azərbaycan vətəndaşıdır .....                        Rusiya Azərbaycana təzminat ödəməli olacaq .....                        Təyyarə qəzasında həlak olanlardan biri futbolçudur - RƏSMİ .....                        İnsanların faciəli surətdə həlak olmaları xəbərindən sarsıldım - Çin lideri .....                        Rusiyada hava limanlarının fəaliyyəti məhdudlaşdırıldı .....                        Elfaq Nağıyev anıldı .....                        İlahə HƏBİB Yazır: Camaat nə deyər?! .....                       
Tarix : 30-11-2015, 12:02
Azərbaycanda 217 şəxs adı qadağan edilib - TAM SİYAHI




Nazirlər Kabineti yanında Terminologiya Komissiyasında hazırlanmış Azərbaycan dilində şəxs adları lüğətinə daxil edilməyən adlar açıqlanıb. Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova APA-ya deyib ki, yeni şəxs adları lüğəti hazırlanarkən Nazirlər Kabinetinin 12 may 2011-ci il 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları” rəhbər tutulub. Onun sözlərinə görə, həmin Qaydaların 1.4-cü bəndində qeyd olunub ki, uşağın mənafeyinə xələl gətirə biləcək, habelə şəxsin cinsinə uyğun gəlməyən və ya gülünc adın verilməsinə yol verilmir. Sədr müavini bildirib ki, Azərbaycan dilində şəxs adları lüğətinə Ədliyyə Nazirliyində saxlanılan, indiyə qədər şəxs adları ilə bağlı çap olunan lüğətlərdəki seçmə, daha yaxşı adlar daxil edilib. S. Sadıqova əlavə edib ki, lüğət çap olunandan dərhal sonra “ASAN xidmət” mərkəzlərinə göndəriləcək. Sədr müavini qeyd edib ki, şəxs adları lüğətinə 5000-ə yaxın ad daxil edilib. S. Sadıqova Terminologiya Komissiyasında hazırlanmış Azərbaycan dilində şəxs adları lüğətinə daxil edilməyən 217 adı da açıqlayıb.


Həmin adlar bunlardır:

Ansambl, Alak, Boran, Bədil, Bircan, Bəzək, Əbabil, Əyar, Əyyar, Əbi, Əda, Əcəb, Əbiş, Əhya, Ələs, Əlim, Əmanət, Ərəb, Ərçə, Əyalət, Əyal, Ətir, Dəxil, Dalğın, Dilənçi, Dəfinə, Cicigül, Cərulla, Cığa, Cazibə, Carçı, Camo, Canrübə, Canəssa, Cılğız, Çervon, Çələng, Düymə, Fağır, Fərmayiş, Faiz, Fakir, Fani, Fatı, Fəti, Gerçək, Gorus, Güldan, Gülməşəkər, Hambal, Haqq, Həddad, Həkkak, Həmdəm, Həmzat, Xadim, Xeyirxah, Xınalı, Xülqi, İstək, İşıqlı, Ehsan, Katib, Kazbek, Keştazlı, Kiçik, Kimyagər, Kişmiş, Kobar, Kosa, Kotal, Qocaman, Quşdan, Limonad, Portağal, Şüşəbənd, İstəkan, Türmə, Tutma, Kolxoz, Sovxoz, Komsomol, Traktor, Mayor, Meyvə, Məmiş, Mutu, Nahaq, Nakam, Narbuğda, Narkom, Naynay, Naznay, Nazsəhər, Nənə, Nəşə, Nənəş, Nuh, Nuhu, Nurbuğda, Nurmeyvə, Nurnar, Nuruş, Oxçu, Oktaedr, Oktaş, Oktürk, Okuş, Ordu, Ovçu, Padar, Padər, Pakay, Paksoy, Palavand, Pambıq, Parlaq, Payız, Paynaz, Payzər, Pekşən, Pektürk, Peykər, Pişnamaz, Prikaz, Pullu, Pulluzər, Rakit, Rayət, Raykom, Rəftar, Rəğbət, Rəyasət, Ruzbeh, Saat, Saatzər, Sabah, Salamat, Salavat, Saniyə, Saylı, Sədr, Səməni, Səndəlxatun, Səngər, Sərxoş, Səviyyə, Səyahət, Sınaq, Sırğa, Sırğagül, Sofu, Solğun, Sonamö, Soraq, Sovet, Soyuz, Şəkil, Şənlik, Şərqli, Şubay, Şura, Tafta, Talış, Tanıq, Tanrıqulu, Taray, Tarif, Tarzən, Tayfun, Teley, Telıx, Tello, Teloş, Telşan, Təbib, Təbiət, Təbrik, Təhsil, Təqdim, Təqdir, Tənha, Təpər, Tərəqqi, Təşəkkül, Təşəkkür, Təzə, Tiflis, Tiflisə, Tila, Tinə, Toylu, Tövsiyyə, Tufan, Tumar, Tükən, Uçqun, Ufaq, Urvat, Usta, Ustad, Utku, Uyar, Üqba, Ümeyya, Ünvan, Vilan, Vladlen, Vlas, Volodya, Yaraşıq, Yelizar, Yolçu, Yonca, Yüzbaşı, Zalikə, Zemkom.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!