Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
Tarix : 6-11-2015, 11:10
Nazirlik bu adı qadağan etdi


Azərbaycanda qız uşağına məşhur cizgi filmi qəhrəmanının adınının verilməsinin qarşısı alınıb.

Butov.az anspress-ə istinadən xəbər verir ki, vətəndaş yeni doğulmuş körpəsinə məşhur "Sinbo" cizgi filmində Kiara adlı şir balasının adını vermək istəyib.

Nazirlər Kabineti yanında Terminalogiya Komissiyasından vətəndaşa bildirilib ki, bu adın qoyulması Ədliyyə Nazirliyinin vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidməti tərəfindən qadağan olunub. Uşağın valideynləri isə buna görə vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətini məhkəməyə verib. Ad müzakirə olunduqdan sonra müəyyən olunub ki, Kiara adı İrland mənşəli sözdür və cizgi filmində şir balasının adıdır. Bu ad mənşəcə Azərbaycan adlarına uyğun olmadığına və şəxs adları sistemində öz əksini tapmadığına görə, adın qoyulması qəti qadağandır.

Nazirlər Kabineti yanında Terminologiya Komissiyası məlumat verib ki, son 1 ay ərzində uşaqlarına qeyri-ənənəvi adlar qoymaq istəyən valideynlərə rast gəlinib. Valideynlərin qoymaq istədiyi adlar sırasında İngilis, Frunze, Nyuton, Qaliley və s. adlar var. Hansı ki, komissiya bu cür adların qoyulmasına qadağa qoyub. Məlumatda o da bildirilir ki, son vaxtlar dilimizə yad olan, əsasən alınma olan 200-ə yaxın ad ləğv olunub.

Hüquqşünas Tahir Əlirzayev bununla vətəndaşın hüquqlarının tamamilə pozulması olduğunu vurğulayıb:

"Ad və soyadların qoyulması valideynlərin hüququdur və bunu məhdudlaşdıran hal-hazırda qanunvericilik yoxdur. Adlarla bağlı qaydalar tövsiyyə xarakteri daşıyır və valideyn istədiyi adı övladına qoya bilər. Guya, Azərbaycanda bütün adlar yerli mənşəlidir ki? Adların 80% ərəb-fars mənşəlidir".

Bu ilin sentyabr ayında Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov adlarla bağlı tətbiq olunacaq yeni qaydaların Milli Elmlər Akademiyası tərəfindən Nazirlər Kabinetinə təqdim olunduğunu deyib.

Tövsiyə xarakterli həmin qaydalar ondan ibarətdir ki, iki-üç mərhələli mürəkkəb adların qoyulması məsləhət deyil, adların milli mənsubiyyəti olmalıdır. Sədrin sözlərinə görə, milli mənsubiyyətə uyğun olmayan adlar, məsələn, Vera, Zara, Hitler və s. kimi adların qoyulması məsləhət deyil.

Eyni adların müxtəlif cür yazılması məsələsi də tövsiyyələr arasında öz əksini tapıb. Məsələn, “Mehti” - “Mehdi”, "Müşvik" - "Müşfiq" kimi adlardan yalnız biri yazılacaq. Ümumiyyətlə, iki addan ibarət olan adlara da müəyyən məhdudiyyətlər qoyulub və mümkün qədər Allahverdi, İmamqulu kimi adların qoyulması tövsiyyə olunmur. Komitə sədri bildirmişdir ki, əslində, mürəkkəb adların qoyulması əvvəllərdə məsləhət deyildi, amma indi məsələ daha çox sərtləşdirilməlidir.

Nizami Cəfərov müsahibəsində soyad sonluğuna da toxunmuşdu. Onun sözlərinə görə, soyadlarının əksəriyyətinin sonluğunun "ov", "ova" ilə bitir. Bəzilərində isə "li", "zadə"-dir. Amma vahid soyad olsa, daha yaxşı olar.


Paylaş



Bölmə: Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!