Xankəndidə qalan erməni sakin həyat yoldaşıyla abidəni ziyarət etdi
Qarabağı tərk etməyib Xankəndidə qalan erməni sakin Sarkis Qalstyan həyat yoldaşı ilə “Biz və bizim dağlar” abidəsinin yanında gəzintiyə çıxıb. Qarabağın erməni sakinlərinin gəzintisini əks etdirən video şənbə günü Ermənistan mətbuatının diqqətini çəkib. Qonşu ölkənin KİV-ləri videonun azərbaycanlılar tərəfindən çəkildiyini ehtimal edirlər. Xatırladaq ki, bir müddət öncə Sarkis Qalstyanın Xankəndinin komendantı təyin edildiyi barədə şayiələr yayılmışdı. Qeyd edək ki, bu yaxınlarda sosial şəbəkələrdə “Biz və bizim dağlar” abidəsinin söküldüyünə dair saxta şəkillər yayılmışdı. Bu video “Biz və bizim dağlar”ın hazırda da öz yerində olduğunu təsdiqləyir. Adıçəkilən abidə Xankəndinin girişində - şəhərin şimal hissəsində yerləşir. Abidə 1967-ci ildə ucaldılıb.
Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib. Bu barədə onun dostları məlumat yayıblar. O, ağır xəstəlikdən əziyyət çəkirmiş. Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb. 2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır. Allah rəhmət etsin!