İmamoğlu barəsində "casusluq işi" üzrə ittiham aktı hazırlanıb .....                        Bakıda saxlanılan Rusiya vətəndaşı barədə qərar verilib .....                        Bakıda saxlanılan Rusiya vətəndaşı barədə qərar verilib .....                        Ermənistanın Baş naziri: "Sülh hər kəsə lazımdır" .....                        Paşinyan: "Ermənistan və Azərbaycan münaqişə dövrünü geridə qoyublar" .....                        Hazırda Ermənistanla ticari münasibətlərimizi artırırıq .....                        Bakıda soyuq havada küçədə qalanlara necə dəstək göstərilir? .....                        Bu mükafatı almaq mənim üçün böyük şərəfdir - Prezident .....                        Prokurorluq qardaşı uşaqlarını baltalayan əminin ölümünü araşdırır .....                       
Tarix : 7-12-2015, 12:45
Ərdoğan-Putin qarşıdurması və Azərbaycan üçün çox yaxşı xəbər



Türkiyə baş nazirinin Azərbaycana səfəri bu ölkəylə enerji sahəsində və siyasi əməkdaşlıqda böyük dəyişikliyin göstəricisi ola bilər.

Virtualaz.org xəbər verir ki, bu barədə “Middle East Eye” saytında dərc edilmiş məqalədə deyilir.

Nəşr yazır ki, Əhməd Davudoğlunun ikigünlük səfərinin məqsədi Türkiyənin xarici və enerji siyasətində yeni istiqamətlərin xəritəsini hazırlamaq idi. Belə ki, Türkiyə Rusiyanın «Su-24» bombardmançısını vurandan sonra Moskvayla Ankara arasında bu tezliklə yaxınlaşma mümkün görünmür.

Davudoğlu və prezident İlham Əliyev dekabrın 3-də elan etdilər ki, Trans-Anadolu Kəməri (TANAP) layihəsi üzrə işlər sürətlənəcək.

“Bu, Azərbaycan üçün çox yaxşı xəbərdir. Elə də mehriban olmayan qonşularla əhatələnmiş bu ölkə daima enerji ixracı üçün yeni marşrutlar axtarır. TANAP-ın sürətləndirilməsi də sürpriz qərar deyil. Rusiya ilə mübahisə yaranandan Türkiyə Azərbaycandan əsas enerji tərəfdaşı kimi yararlanmaq, Rusiyadan aldığı enerjinin bir hissəsini Azərbaycanın hesabına təmin etmək istəyir. AKP hökuməti üçün bu, ciddi siyasət dəyişikliyidir və erkən baş verdi. Düzdür, hələlik Rusiyanın enerji təchizatını dayandıracağı barədə fikir səslənməyib. AKP-yə yaxın bəzi mənbələr bunun heç vaxt baş verməyəcəyini deyir, ancaq onu da etiraf edirlər ki, Türkiyə alternativ axtarmalıdır” məqalədə bildirilir.

Müəllif bu baxımdan Türkiyənin Azərbaycan və digər ölkələrin timsalında enerji mənbəyi axtarmasını ehtiyatlı qərar adlandırır. Bu nöqteyi-nəzərdən Davudoğlunun Bakıdakı çıxışı da xeyli ölçülü-biçili idi. Ancaq mesaj aydındır. Geriyə yol yoxdur: “Elə təəssürat yaranır ki, Moskvayla sıx enerji tərəfdaşlığı sona çatır, bu da daha çox prezidentlər Putin və Ərdoğanın şəxsi ədavətinə dayanır».

Məqalədə deyilir ki, Azərbaycan Türkiyə ilə münasibətlərin yaxınlaşmasına şövqlə yanaşır, ancaq bu yaxınlaşma Qafqazda, Dağlıq Qarabağ münaqişəsində yeni gərginliklərə yol aça və Rusiya ilə münasibətlər də çətinləşə bilər. “Ola da bilsin, Rusiyanı Türkiyənin enerji təminatından kənarlaşdırmaq məsələsində Türkiyə və Azərbaycan yalnız xəbərdarlıq çıxışları edirlər, açıqladıqları planlar heç də qəti deyil. Ancaq yenə də Türkiyənin region və enerji ilə bağlı siyasətinin alternativi görünməkdədir. Hələlik, nə Rusiya, nə də Türkiyə geri çəkilmək əhvalında deyillər”-nəşr yazır


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!