Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
Tarix : 2-12-2015, 10:07
Mübariz Əhmədoğlu: Türkiyə uğrunda Qərbin başladığı mübarizənin yeni mərhələsini Rusiya uduza bilər


V.Putin qətiyyətli şəkildə R.T.Ərdoğanın üzr istəməsini tələb edir. R.T.Ərdoğan isə üzr istəməyəcəyini bildirdi. Vəziyyət ilk növbədə Türkiyə üçün neqativ nəticələrə gətirib çıxaracaqdır. Sonra isə Rusiya üçün problemlər yaranacaq. Türkiyə uğrunda Qərblə Rusiya mübarizəsinin yeni mərhələsinə başlanması ehtimal etmək olar. Bunu Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib. M.Əhmədoğlu bildirib ki, RF Türkiyə hərbçiləri üzərində ABŞ-ın güclü təsirindən xəbərdardır: "V.Putin bu mübarizə başlayan kimi Türkiyəni ABŞ-a uduzdu. Türkiyənin Rusiya ilə iqtisadi əlaqələri Türkiyə üçün yalnız iqtisadi məzmun daşıyır və yüksək əhəmiyyətlidir. Türkiyə ilə iqtisadi əlaqələr Rusiya üçün həm geosiyasi, həm də iqtisadi məzmuna malikdir. Qərbin Rusiyaya qarşı tətbiq etdiyi iqtisadi sanksiyaları yalnız Türkiyənin bu sanksiyaları dəstəkləməməsinin hesabına zəif effektli oldu. Türkiyə qərbin antiRusiya sanksiyalarını dəstəkləsə idi, indi tamam fərqli mənzərə yarana bilərdi". Politoloq qeyd edib ki, V.Putin və bütün Rusiya rəhbərliyi Türkiyə hökumətinə, hətta T.Ərdoğanın şəxsi ünvanına elə fikirlər səsləndiriblər ki, yaxın vaxtlarda Rusiyanın Türkiyə ilə münasibətləri normallaşması mümkünsüz görünür: "RF prezidenti V.Putin Türkiyə ilə bütün əlaqələri demək olar ki, tamamilə dayandıran sərəncam imzaladı.Türkiyə Rusiyanın atdığı addımlardan maliyyə itkisinə məruz qalacaqdır. Rusiya Türkiyə ilə vizasız rejimi də aradan qaldıra bilər. Amma Türkiyənin bu itkiləri doldurmağa yeri var. Aİ Türkiyəyə vizasız rejim tətbiq edə bilər. ABŞ və Aİ Türkiyənin Rusiyadan itirdiyi illik təxminən10 milyard dolları kompensasiya edə bilərlər. Rusiyanın itkiləri isə böyük ola bilər.

I. Hərbi-siyası vəziyyəti udan V.Putin diplomatik mübarizəyə girişə bilmədi. İlk əvvəldən uduzdu.
II. ABŞ Rusiyaya qarşı arzuladığı geniş və möhkəm koalisiyanı qura bilər. Türkiyənin Rusiyanın yanında olması bəzi Avropa dövlətlərini də iki fikirli etmişdir. Türkiyə ABŞ-ın anti-Rusiya planlarını dəstəklədiyi təqdirdə, Avropa dövlətlərinin böyük əksəriyyəti mövqelərini anti-Rusiya istiqamətində dəyişəcəklər. Yalnız Yunanıstan və Kiprin mövqeyi barədə dəqiq söz demək mümkün deyil.
III. Soyuq müharibə hərbi elementlərin aktivliyi ilə daha intensiv formada başlaya bilər. Bu isə Rusiyanı çökdürəcəkdir. Rusiyanın çökməsinin müddəti SSRİ-nin çökməsi müddətindən xeyli az ola bilər. İndi hər şey Putinin özündə güc tapıb Türkiyə uğrunda Qərbin başladığı yeni mübarizənin uda bilməsindədir".

M.Əhmədoğlu deyib ki, Rusiya Türkiyə ilə münasibətlərdə son vaxtlar baş verənlərə yenidən baxsa, özü də daxil olmaqla böyük əksəriyyət üçün faydalı addım atmış olar.


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!