"Ukrayna, biz səninləyək” - Avropadan dəstək .....                        Ağ Evə necə gəldi, necə getdi... - FOTO .....                        Azərbaycanda Ramazan ayı başladı .....                        Zelenski Amerikaya təşəkkür etdi .....                        Makrondan Tramp-Zelenski davasına reaksiya .....                        Zelenski-Tramp görüşü yarımçıq başa çatdı .....                        TASS-ın müxbiri Ağ Evdən qovuldu .....                        Trampdan Zelenskiyə sərt sözlər: "Mənə hörmət etmirsən" .....                        Zelenski atəşkəsə qarşı çıxdı .....                       
Tarix : 26-02-2024, 19:22
Macarıstan Azərbaycanla bağlı AŞPA-ya müraciət etdi


Macarıstan Azərbaycanla bağlı AŞPA-ya müraciət etdi

Fevralın 22-də Macarıstan Milli Assambleyasının Avropa Şurası Parlament Assambleyasında (AŞPA) nümayəndə heyətinin rəhbəri Jolt Nemet AŞPA-nın sədri Teodoros Rusopulosa qurumun qış sessiyası zamanı Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin ratifikasiya olunmamasına dair qəbul etdiyi 2527 (2004) saylı qətnamə ilə əlaqədar məktub ünvanlayıb.
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
Məktubda deyilir ki, Reykyavik Sammitində yenidən sadiqliyimizi bəyan etdiyimiz Avropa Şurasının Nizamnaməsinə uyğun olaraq, biz hamılıqla paylaşdığımız idealları və prinsipləri qorumaq və həyata keçirmək məqsədilə üzv dövlətlər arasında daha böyük birliyə nail olmağa çalışmalıyıq. Bu birlik və onun gələcək perspektivləri üzv dövlətlərlə və onlar arasında həyata keçirilən dialoq vasitəsilə güclənir. Təəssüf ki, bu gün nümayəndə heyətlərinin qurumdan xaric edilməsi, həmçinin onlarla dialoqun dayandırılması halları bizim birgə səylərimizə zərbə vurduğundan, Macarıstan nümayəndə heyəti adıçəkilən qətnamənin qəbulunda iştirak etməmək qərarına gəlmişdir. Fikrimizcə, bu üsula yalnız bütün mövcud vasitələr tükəndikdə və heç bir nəticə əldə olunmadıqda, son çarə kimi müraciət edilməlidir.
Qeyd olunur ki, bu qərarın qəbul olunması ilə son bir neçə ildə təşkilatla Nazirlər Komitəsi arasında yaradılmış konstruktiv qurumlararası dialoq və ümumi maraq doğuran mövzularda davamlı məsləhətləşmələrin aparılması təcrübəsi də sarsılmış, qurumun iki orqanı arasında inamsızlığın yaranmasına gətirib çıxarmışdır. Bu mənada, biz hesab edirik ki, Azərbaycan nümayəndə heyətinin qurumda iştirakı məsələsi təcili qaydada həll olunmalıdır. Biz əminik ki, aparılan son müzakirələr və Nazirlər Komitəsinin müvafiq qərarı da bu zərurəti əks etdirməkdədir.
Macarıstan nümayəndə heyətinin rəhbəri Jolt Nemet AŞPA sədrini siyasi qruplarla birgə qətiyyətli addımlar atmağa və Azərbaycan parlament nümayəndə heyətinin təcili surətdə Parlament Assambleyasının işinə geri qayıtmasına icazə verməyə çağırıb. Bunun artıq qurumun aprel ayında keçiriləcək sessiyasında baş verməsi arzuolunan hesab edilib. Nemet əminliyini bildirib ki, belə bir addımın atılması Azərbaycana Avropa Şurasının məruzəçilərini ölkəyə dəvət etməyə və onların səfərini təşkil etməyə şərait yaratmaqla yanaşı, həmçinin Parlament Assambleyasını ölkədə keçiriləcək növbəti parlament seçkilərini müşahidə etmək üçün dəvət etməyə də imkan verəcək.
Məktubun sonunda deyilir: “Qeyd olunanların fonunda, qış sessiyasında qəbul edilmiş 2527 (2024) saylı qətnaməyə bir daha etirazımızı ifadə edir, Azərbaycan nümayəndə heyətinin Parlament Assambleyasına geri qaytarılması istiqamətində davamlı səylər göstərmək məqsədilə şəxsən özümün və həmkarlarımın dəstəyini təklif edirəm”.


Paylaş



Bölmə: Xəbər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!