Paşinyana qarşı impiçment başladıldı .....                        Laçın aeroportu nə vaxt açılacaq? - Ərdoğanın səfəri gözlənilir .....                        15 yaşlı yeniyetmə Tərtər çayında boğuldu .....                        Bakıda məşhur restoran sökülür .....                        Azərbaycanda distant təhsil tanınacaq .....                        Lerikdə 62 yaşlı turist dərəyə yıxıldı - FHN əməkdaşları köməyə gəldi .....                        Putin və Tramp bir-birlərini təbrik etdilər .....                        Bu dərmanları pulsuz alacağıq .....                        PKK qurultay keçirdi - Tarixi qərar verildi .....                       
Tarix : 18-03-2025, 17:26
3 ölkədən Bakı-İrəvan danışıqlarına reaksiya


3 ölkədən Bakı-İrəvan danışıqlarına reaksiya

Azərbaycan və Ermənistan sülh sazişi layihəsinin mətni ilə bağlı danışıqlar prosesini yekunlaşdırıb. Xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, yaxın günlərdə Ermənistan tərəfi iki açıq maddə üzrə Azərbaycan tərəfinin təkliflərini qəbul etdiyini əlaqə kanalları vasitəsilə çatdırıb.
Məlumatı Ermənistan XİN də təsdiq edib. İrəvan sülh sazişinin imzalanması üçün tarix və məkanı müzakirə etməyə hazır olduğunu bəyan edib.
Eyni zamanda, ATƏT-in köhnəlmiş və qeyri-funksional Minsk Qrupunun və aidiyyəti strukturların rəsmi şəkildə ləğv olunmasının zəruriliyi vurğulanıb.
Rəsmi Bakı sazişin imzalanması üçün Ermənistan konstitusiyasının dəyişməsinin labüd olduğunu bildirib.
Bir çox xarici dövlət sülh sazişi ilə bağlı açıqlamara reaksiya verməyə davam edir.
Böyük Britaniya Azərbaycanla Ermənistan arasında aparılan sülh danışıqlarının müsbət başa çatmasını alqışlayır. bunu Böyük Britaniya Parlamentindəki çıxışında krallığın xarici işlər naziri Devid Lemmi deyib. Devid Lemmi tərəfləri sülh razılaşmasını mümkün qədər tez bir zamanda imzalamağa çağırıb.
Misir Ərəb Respublikası Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülh sazişi layihəsi üzrə aparılan danışıqların başa çatmasını alqışlayıb. Bu barədə Misirin Azərbaycandakı səfirliyinin sosial media platformasındakı paylaşımında bildirilib. Qeyd edilib ki, bu addım iki ölkə arasındakı münaqişəyə son qoymağa, Cənubi Qafqaz regionunda sülhü bərqərar etməyə və bölgənin daha sabit və təhlükəsiz gələcəyə doğru irəliləməsinə töhfə verəcək. “Bu addım son illərdə hər iki ölkənin göstərdiyi səylərin bir nəticəsidir. Misir dost ölkələr arasında sülh sazişinin ən qısa zamanda imzalanmasını ümid edir və hər iki tərəf üçün mümkün olan ən yaxşı fürsətlərin yaranmasını arzulayır”, - məlumatda qeyd edilib.
Yaponiya Azərbaycan və Ermənistan arasında sülh sazişinin tezliklə imzalanacağına ümid edir. Bunu Yaponiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Kitamura Tosihiro bugünkü açıqlamasında bildirib. "Yaponiya Ermənistan və Azərbaycanın sülh sazişinin mətni üzrə razılaşma ilə bağlı verdiyi bəyanatları alqışlayır. İki ölkə arasındakı münaqişənin həlli Cənubi Qafqazda sülh və sabitlik üçün həlledici əhəmiyyət daşıyır", - o qeyd edib.


Paylaş



Bölmə: Xəbər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!