Daha bir ölkə öz vətəndaşlarını İrandan qaçmağa çağırdı .....                        Qəzada yaralanmış FHN əməkdaşı evə buraxıldı .....                        “TARİXÇEYİ-NÖVRƏS” ORXAN İSAYEVİN TƏQDİMATINDA .....                        Oxumadan "Prava" almaq istəyənlərə XƏBƏRDARLIQ .....                        Bayraktar: Normallaşma Ermənistanla əməkdaşlığı gücləndirəcək .....                        Azərbaycanda ticarət mərkəzində dava .....                        Nərimanovda yaşayış binasında yanğın .....                        Təcili İranı tərk edin! - ÇAĞIRIŞ .....                        Yardımlıda ATIŞMA: Nə baş verir? .....                       
Tarix : 17-04-2025, 16:57
Prezident iki yeni nazir müavini təyin etdi


Prezident iki yeni nazir müavini təyin etdi

Əmək və əhalinin sosial müdafiəsi nazirinə iki yeni müavin təyin edilib.
Müvafiq sərəncamlar Prezident İlham Əliyev tərəfindən imzalanıb.
Sərəncamlara əsasən, Anar Məhərrəm oğlu Bayramov və Rəşad Əzizağa oğlu Mustafayev müavin təyin ediliblər.
Anar Bayramov 1975-ci ildə anadan olub. Azərbaycan Tibb Universitetinin bakalavr, Azərbaycan Dövlət İqtisad Universitetinin magistratura pilləsini bitirib. 2003-cü ildən tibb üzrə fəlsəfə doktorudur.
1998-ci ildən “MediClub” klinikasında həkim, 2002-ci ildən “A-Group” Sığorta Şirkətinin baş tibbi eksperti, baş direktorun müavini, baş direktoru, Şirkətin İdarə Heyətinin sədri, 2021-ci ildən əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri vəzifələrində çalışıb.
Hazırkı vəzifəsinə qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri olub.
Rəşad Mustafayev 1978-ci ildə anadan olub.
1998-ci ildə Elm və Təhsil Mərkəzi Təfəkkür Universitetinin Hüquq fakültəsinin bakalavr, 2001-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin magistr, 2014-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının İnzibati idarəetmə fakültəsinin bakalavr, 2018-ci ildə İspaniyada Empreza Universitetinin Biznes məktəbinin MBA proqramı üzrə magistr pilləsini bitirib.
2000-2001-ci illərdə Dövlət Əmlakı Nazirliyinin Hüquq şöbəsində aparıcı məsləhətçi, 2001-2015-ci illərdə İqtisadiyyat Nazirliyinin Hüquq şöbəsində aparıcı məsləhətçi, baş məsləhətçi, sektor müdiri, müdir müavini, 2015-2023-cü illərdə “Cənub Qaz Dəhlizi” QSC-nin Baş direktorunun müavini, 2023-cü ildən hazırkı vəzifəsinə qədər “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Baş direktoru olub.



Paylaş



Bölmə: Xəbər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!