Ağdama daha 92 ailə köçürülüb .....                        İran danışıqlardan imtina etdi .....                        Naxçıvanda avtomobillər toqquşdu, xəsarət alanlar var .....                        Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                        Qərib sənətkar .....                        Sürücülərin nəzərinə .....                        “Xankəndi” kitabı işıq üzü görüb .....                       
Tarix : 24-04-2025, 20:30
Beynəlxalq səyyahlar Xankəndidə - FOTO


Beynəlxalq səyyahlar Xankəndidə - FOTO

Dünyanın 30 ölkəsinin səyyah elitasında yer alan nüfuzlu beynəlxalq səyahətçilər, Qarabağa səfər çərçivəsində Xankəndi şəhərinə gəliblər.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə beynəlxalq səyahətçilər Füzuli və Şuşa şəhərini ziyarət etdikdən sonra Xankəndinə səfər ediblər. Qarabağ Universiteti ilə tanışlıqdan sonra Xankəndi şəhərində aparılan böyük tikinti quruculuq işləri ilə yaxından maraqlanıblar. Burda beynəlxalq səyyahlara məlumat verilib ki, hazırda Xankəndi şəhəri Konqres mərkəzi və Zəfər parkı tikilir. Mədəniyyət, Biznes mərkəzi, Prezidentin Xankəndi, Ağdərə və Xocalı üzrə Xüsusi nümayəndəliyinin inzibati binası, Zəfər muzeyi və şəhər stadionunda əsaslı təmir bərpa və yenidənqurma işləri həyata keçirilir. Ekskursiya zamanı səyyahlara Xankəndinin tarixi və turizm potensialı barədə də ətraflı məlumat verilib.
Xatırladaq ki, heyət 3 gün ərzində Qarabağ və Şərqi Zəngəzurda olacaq, aparılan bərpa və quruculuq işlərini, minatəmizləmə fəaliyyətini, Ermənistan tərəfindən işğal dövründə törədilmiş vəhşilikləri, dağıntıları öz gözləri ilə görəcəklər. Qeyd edək ki, Vətən müharibəsindən ötən 5 il ərzində dünyanın əsas beynəlxalq səyyah şəbəkələrinin – ETIC, MTP, TCC, NomadMania və əksəriyyəti bu klubların üzvləri olan Türkiyə Gəzginlər Klubu, Club-100 (İsveç), “Piki Reels” (Böyük Britaniya), “Vagaclub” (Norveç) klublarının geniş tərkibdə heyətlərinin 12 dəfə Qarabağ və Şərqi Zəngəzura səfərləri gerçəkləşib. Budəfəki səfər isə prosesin davamı olmaqla, beynəlxalq səyyahların azad edilmiş ərazilərə sayca 13-cü qrup səfəridir. ABŞ, Britaniya, Belçika, Almaniya, İsveçrə, Polşa, Niderland, Fransa, Braziliya, Mərakeş, Danimarka, Çili, Portuqaliya, Sierra Leone, Ruanda, Suriya, Hindistan, Serbiya, Yunanıstan, Albaniya, Türkiyə, Slovakiya, Sinqapur, İtaliya, İspaniya, İran, Kamerun, Çin, Avstraliya və Yeni Zelandiyanın səyyahları Qarabağda öz təəssüratlarını da bölüşüblər.







Paylaş



Bölmə: Xəbər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!