İran diplomatları sığınacaq istəyirlər .....                        “İlham Əliyevin XIII Qlobal Bakı Forumundakı çıxışı sülh arzusunda olan dünya üçün “yol xəritəsidir” .....                        Yunanıstan səfirliyini Bakıya köçürdü .....                        İsrail “Hizbullah”ın daha bir ofisini vurdu .....                        ABŞ-də sinaqoqa terror hücumu edildi .....                        Minaya düşən çobanla bağlı RƏSMİ AÇIQLAMA .....                        İsrail Tehranda “Bəsic” postlarını bombaladı .....                        Baş katibə Atatürk mükafatı verildi .....                        Ağ Ev həmin xəbəri təkzib etdi .....                       
Tarix : 15-11-2016, 12:26
Yanan bina ilə bağlı əlavə şahid ifadə verdi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ötən il mayın 19-da Binəqədidə baş verən yanğına səbəb olmaqda təqsirləndirilən Miryusif Mahmudov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Butov.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, proses şahidlərin ifadələri ilə davam etdirilib.

M.Mahmudovun vəkili İlhamə Həsənova deyib ki, onların vəsatəti əsasında çağırılan əlavə şahidlər dindirilsin.

Dövlət ittihamçısı bildirib ki, əsas şahidlər və zərərçəkənlərin dindirilməsi başa çatandan sonra əlavə şahidlərin dindirilməsinə baxıla bilər.

Prokuror vəsatətə münasibət bildirərək deyib ki, əlavə şahidlərin çağırılmasına ehtiyac yoxdur: "Əsas şahidlərin ifadələri kifayət edir. O şəxslər Miryusif Mahmudovun işçiləridir, hansı məzmunda ifadə verəcəkləri indidən bəllidir".

Məhkəmə kollegiyası vəsatəti təmin edib.

Əlavə şahid Mansur Hüseynov deyib ki, "Global Construction"da baş mühəndis işləyib: "Bizim şirkət şifariş qəbul edərkən direktor İlqar Vəliyev görüşlər keçirib, razılaşdırırdı. Mən inşaat rəhbərim Toğrul Məmmədovdan tapşırıq alırdım. Təsisçi Miryusif Mahmudov bu işlərə müdaxilə etmirdi. Poliuretan məhsulun hansı formada vurulması ilə bağlı qayda yoxdur. Bəzi binalarda karkaz qurulurdu, bəzilərində yox".

Hakim bildirib ki, iş üzrə dindirilməyən bir şəxs qalıb, o da xaricdədir: "Həmin şəxsin istintaqa ifadəsini elan edərik".


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!