Vilayət Eyvazov sıra baxışı keçirdi - VİDEO .....                        Qanunsuz silah və partlayıcı maddələr əldə etməyə görə sanksiyalar dəyişdi .....                        İqtisadiyyat Nazirliyinin işçilərinin sayı artırıldı .....                        Nazirlik təlimlərlə bağlı məlumat yaydı - VİDEO .....                        TBMM-in iclası deputatların etirazına görə təxirə salındı .....                        YURDUMUZA BAHAR GƏLİR .....                        Xankəndi şəhərində Novruz bayramı qeyd olunur - .....                        Suqovuşan məscidindən yeni FOTOLAR .....                        Vardanyanın məhkəməsində kimlər ifadə verdi? - FOTO .....                       
Tarix : 15-03-2017, 11:14
İlham Əliyev: "Şollar kəməri əhalinin həyatının yaxşılaşdırılmasına xidmət edib"

Azərbaycan prezidenti İlham Əliyev bu gün Bakıda keçirilən "Su nəinki həyat mənbəyidir, hətta həyatın özüdür" devizi altında I Bakı Beynəlxalq Su Həftəsi çərçivəsində "Su ehtiyatları, hidrotexniki qurğular və ətraf mühit" mövzusundakı beynəlxalq elmi-praktiki konfransın iştirakçılarına məktub ünvanlayıb.
Butov.az "APA-Economics"ə istinafən xəbər verir ki, məktubu konfrans iştirakçılarına prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədov çatdırıb.

Məktubda deyilir: "Hörmətli konfrans iştirakçıları! Sizi səmimi qəlbdən salamlayır və konfransın işinə uğurlar arzu edirəm. Dünyanın 40-a yaxın ölkəsindən, beynəlxalq təşkilatlardan, işgüzar dairələrdən nümayəndələrin qatılması bu mötəbər tədbirə diqqət və marağın yüksək olduğunu göstərir. Konfrans qədim ənənələrə malik Azərbaycan xalqının milli bayramı olan və UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş Novruz bayramı ərəfəsinə təsadüf edir. Bu isə tədbirdə iştirak etmək üçün ölkəmizə gələn qonaqların Azərbaycanın milli mədəniyyət nümunələri ilə yaxından tanış olmasına imkan verir. Cari ildə dünyanın nadir su təchizatı qurğularından sayılan Şollar-Bakı Su Qurğuları Kompleksinin istismara verilməsinin 100 illiyi tamam olur. Kəmər Bakı şəhəri və Abşeron yarımadasının içməli su ilə təmin edən ilk iri infrastruktur layihəsi olaraq ötən dövr ərzində əhalinin həyatının yaxşılaşdırılmasına xidmət göstərib. Şollar-Bakı Su Qurğuları Kompleksinə daxil olan hidrotexniki qurğuların xüsusiyyətləri bu gün də mütəxəssislər tərəfindən öyrənilməkdədir. Bu baxımdan iştirakçısı olduğunuz konfransda müzakirə olunan mövzular təqdirəlayiqdir. İnanıram ki, konfrans çərçivəsində tanınmış alimlərin, mütəxəssislərin su ilə əlaqəli beynəlxalq təşkilatların qaldırdığı məsələlərlə bağlı aparacağı müzakirələr mövcud problemlərin öyrənilməsinə və onların həlli yollarının müəyyənləşdirilməsi baxımından səmərəli olacaq".


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!