İmişlidə 2 avtomobil toqquşub - 4 yaralı var .....                        Neftçalada qəza - 15 yaşlı yeniyetmə öldü .....                        Xocalı faciəsinin siması İlham Quliyev vəfat etdi .....                        ABŞ Azərbaycan qazı üçün dəhliz hazırlayır .....                        Ukrayna münaqişəsi ilə bağlı mühüm danışıqlar başa çatıb .....                        İran sualtı gəmilərini işə saldı .....                        Qrenlandiya ilə bağlı əmr: Döyüşə hazır olun! .....                        Ermənistana gələnlər gedənlərdən çox olub - 35 ildə ilk .....                        ABŞ bazalarına ölümcül zərbələr endirəcəyik - SEPAH generalı .....                       
Tarix : 11-04-2017, 19:14
Azərbaycan bu ölkələrlə protokol imzaladı

Kiyevdə Azərbaycan, Ukrayna, Qazaxıstan və Gürcüstan dəmiryolçularının iştirakı ilə dördtərəfli görüş keçirilib.

Butov.az xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirovanın APA-ya verdiyi məlumata görə, görüşdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, “Ukrayna Dəmir Yolu” SC-nin İdarə Heyətinin sədri Voytsex Balçun, “Qazaxıstan Dəmir Yolu” SC-nin prezidenti Kanat Alpısbayev və “Gürcüstan Dəmir Yolu” SC-nin sədri Mamuka Baxtadze iştirak ediblər.

Tədbirdə ölkələr arası yük axınının artırılması, həmçinin Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun (BTNM) səmərəli istifadəsi müzakirə olunub. Avrasiyada perspektiv nəqliyyat dəhlizlərindən biri kimi BTNM-in vacibliyi qeyd olunub. Eyni zamanda bu dəhlizin potensialından istifadə edilməsinin, bu istiqamətə yük axınının cəlb edilməsinin zəruriliyi vurğulanıb. Tərəflər BTNM-in Avropa İttifaqı ölkələrinə çıxışı üçün əməkdaşlıq coğrafiyasının genişləndirilməsi üzrə işlərin davam etdirilməsi məsələsində razılığa gəliblər. Nəqliyyat istifadəçiləri üçün maksimal dərəcədə əlverişli şəraitin yaradılması bu sahədə səmərəliliyin və rəqabətə dayanıqlılığın yüksəlməsini təmin edəcək. Buraya yük daşıyıcılarına göstərilən xidmətlərin “bir pəncərə” rejimində təqdim olunması, onlara edilən təkliflər spektrinin genişləndirilməsi, yük daşımalarında məcburi prosedurların optimallaşdırılması və unifikasiyası kimi məsələlər aiddir.

Görüşdə BTNM infrastrukturunun inkişafı, eləcə də “Cənub-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizləri üzrə tranzit yük axınının artırılması məsələləri müzakirə olunub. Bildirilib ki, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi əsasən Hindistandan və İran Körfəzi regionundan, yüklərin Rusiya, Qərbi Avropa, Baltikyanı və Skandinaviya ölkələrinə çatdırılmasına hesablanıb. Bu dəhlizin digər marşrutlarla müqayisədə əsas üstünlüyü isə tranzit məsafəsinin və tranzit vaxtının iki-üç dəfə az olmasıdır. Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi Şimali Avropanı Cənub-Şərqi Asiya ilə birləşdirir.

Görüşün yekununa dair müvafiq Protokol imzalanıb. Eyni zamanda nümayəndə heyətlərinin rəhbərləri səfər çərçivəsində Ukraynanın baş naziri Vladimir Qroysmanla görüşüblər.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!