20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                       
Tarix : 9-05-2017, 13:42
Görkəmli geoloq alim Əziz Əsgərovun 110 illik yubileyi qeyd olunub

“Badamlı” mineral suyun kəşf edilməsində və onun dünyaya tanıdılmasında müstəsna xidməti olmuş alim

Mayın 6-da Bakıda “Dərbənd” Xeyriyyə İctimai Birliyinin idarə heyətinin geniş iclası keçirilib.
Butov.az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə İctimai Birliyin üzvləri, respublikanın tanınmış elm, ictimaiyyət, mədəniyyət nümayəndələri, Bakı Dövlət Universitetinin müəllim və tələbələri, ziyalılar iştirak ediblər.

İclasda görkəmli geoloq alimin Əziz Əsgərovun xatirəsi də anılıb.

İctimai Birliyin sədri, Azərbaycan Respublikası Silahlı Qüvvələri Hərbi Akademiyasının adyunktura və elm şöbəsinin hərbi tarix professoru, tarix elmləri doktoru Nurulla Əliyev tədbiri açaraq görkəmli ictimai xadim, Əməkdar Elm Xadimi, professor Əziz Əsgərovun tarixi xidmətlərindən söz açıb, onun həyat və elmi fəaliyyəti barədə ətraflı məlumat verib.

“Dərbənd” Xeyriyyə İctimai Birliyinin idarə heyətinin üzvi Rəhilə Əsgərova mərhum alim və geoloqun fəaliyyəti barədə məruzə ilə çıxış edib, onun Vətən qarşısındakı xidmətlərindən danışıb.

İclasda alimin Bakı Dövlət Universitetinin geologiya, hidrogeologiya və mühəndis geologiyası, faydalı qazıntılar, kristalloqrafiya, mineralogiya və geokimya, o cümlədən ümumi və tarixi geologiya kafedralarının və fakültələrinin müdirləri professor Məmməd Çıraqov, professor Əsədulla Paşayev, akademik Vasif Babazadə və onun ilə birgə fəaliyyət göstərən dostları, keçmiş tələbələri çıxışlarında alimin geologiya elminin inkişafındakı roluna nəzər salıb, dünyada bu sahədə aparılan elmi-tədqiqatların əhəmiyyətindən danışıblar. Bu böyük alimin uğurları və elmi yaradıcılığı haqqında bəhs edilib. Çıxışlarda Əziz Əsgərovun Azərbaycanda mineral suların və onun istehsalının yaradılması sahəsində rolu xüsusi vurğulanıb.

Qeyd olunub ki, 1948-1950-ci illərdə onun tərəfindən bu gün ən kamil hesab olunan mineral suların təsnifatı işlənib hazırlanıb. 1949-cu ildə Ə.Əsgərov M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin geologiya fakültəsinin ixtisaslaşdırılmış şurasında “Azərbaycanın mineral mənbələri” mövzusu üzrə doktorluq dissertasiyasını müdafiə edib. Professor Ə.Əsgərov 1933-cü ildən 1985-ci ilədək hər il sahə ekspedisiyalarına rəhbərlik edib. Onun bütün sahə ekspedisiya işlərinin nəticələri çoxcildli hesabatlarında öz əksini tapıb və Azərbaycan Respublikasının Geologiya və Mineral Ehtiyatları Dövlət Komitəsinin ərazi geoloji fondunda qorunub saxlanılır. “Badamlı” mineral

suyunun kəşf edilməsində və dünyaya tanıdılmasında onun müstəsna xidməti olub.

Vurğulanıb ki, Ə.Əsgərovun rəhbərliyi altında aparılan geoloji sahə işləri və elmi-tədqiqatlar Azərbaycanda istirahət zonalarının tikilməsinin inkişafına böyük təkan verib. Onun təşəbbüsü ilə respublikada 100-dən çox sağlamlıq ocağı yaradılıb və mineral suların doldurulması zavodları tikilib.
Diqqətə çatdırılıb ki, Ə.Əsgərovun xidmətləri “Qırmızı Əmək Bayrağı” ordeni, onlarla medal, Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanları, Ümumittifaq Həmkarlar İttifaqı kurort idarəsinin döş nişanı, müxtəlif nazirliklərin və hərbi təşkilatların 60 fəxri fərmanı ilə qiymətləndirilib. 1979-cu ildə SSRİ Nazirlər Sovetinin qərarı ilə ona dövlət mükafatı və üç (Badamlı, Sirab, Vayxır) qiymətli mineral suyun yataqlarının ilk kəşfedicisi diplomu verilib. Professor Ə.Əsgərov aparıcı mütəxəssislərdən biri kimi yalnız Azərbaycanda tanınmayıb. L.P.Karpinskinin və V.İ.Vernadskinin tələbələri və davamçıları M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin hidrogeologiya kafedrasının müdiri professor O.K.Lanqe, geologiya elmində tanınmış S.A.Bektaşi, İ.K.Raviç, N.İ.Tolstixin, V.M.Şıts, M.İ.Vrublevskiy və başqa alimlərin əsərlərində onun əməyi yüksək qiymətləndirilib. Onu haqlı olaraq “Azərbaycan hidrogeologiyasının patriarxı” adlandırırlar.
Tədbirdə birliyin üzvləri Rafiq Rəhimov və Əsgər Seyidov Ə.Əsgərovun ailə üzvləri və başqaları çıxışlarında onun elmə olan xidmətlərindən danışıb, alimlə bağlı xatirələrini bölüşüblər.

Əziz Əsgərovun qızı Elbəzək Əsgərova atasının xatirəsinə göstərilən diqqətə görə tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.

Sonra Ə.Əsgərovun elmi həyatı və çoxşaxəli ictimai fəaliyyətinə həsr olunan film nümayiş etdirilib.

Tədbirdə Azərbaycanın Əməkdar Mədəniyyət Xadimi, kinorejissor Ziya Şıxlinskinin “General Əliağa Şıxlinski” adlı filminin təqdimatı da keçirilib.
Ziya Şıxlinski çıxış edərək film barədə məlumat verib.

Mərasimdə tanınmış şairə Şərafət Dağıstanlının “Bağban, məni yaralama” kitabının təqdimatı da olub.

Azərbaycan Dillər Universitetinin professoru Məhəmməd Teymurlu, “Dərbənd” Xeyriyyə İctimai Birliyinin üzvü Rafiq Rəhimov, bəstəkar Elxan Rəsuloğlu çıxış edərək kitabda Ş.Dağıstanlının zəngin və çoxşaxəli yaradıcılığından ətraflı bəhs olunduğunu vurğulayıblar. Qeyd ediblər ki, nəşr gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi işinə sanballı töhfədir.

Sonda cari ilin birinci rübündə İctimai Birliyin fəaliyyətinin yekunları və qarşıda duran vəzifələr müzakirə edilib.
Görkəmli geoloq alim Əziz Əsgərovun 110 illik yubileyi qeyd olunub
Görkəmli geoloq alim Əziz Əsgərovun 110 illik yubileyi qeyd olunub
Görkəmli geoloq alim Əziz Əsgərovun 110 illik yubileyi qeyd olunub


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!