Prezidentin Təhlükəsizlik Xidmətinin şöbə rəisi işdən çıxarıldı .....                        Qazaxda 4 nəfər dəm qazından zəhərləndi .....                        Azərbaycanda zəlzələ oldu .....                        Ceyhun Bayramov Çavuşoğlunun atasının dəfn mərasimində - FOTO .....                        Çin orbitə 6 peyk buraxdı .....                        Bakının mərkəzi küçələrindən biri bağlanır .....                        Gürcüstan Azərbaycandan kömək istədi .....                        Bulvarda dənizdən meyit çıxarıldı .....                        Açıq qalan Qarabağ məsələsi yoxdur - Ceyhun Bayramov .....                       
Tarix : 20-06-2017, 20:18
Akademik dilimizdəki səhv sözləri açıqladı
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli dilimizdəki bəzi sözlərin düzgün yazılmadığı, bəzi sözlərin isə cümlələrdə yersiz işlənildiyi fikrindədir.
Butov.az "Ölkə.Az"-a istinadən xəbər verir ki, bununla bağlı Trend-ə fikirlərini açıqlayan T.Kərimli deyib ki, bu gün dilimizi eybəcərləşdirən sözlərdən biri də təzə tikintilərin hasarını “bəzəyən” “narahatçılıq” sözüdür: “Narahat sözü “rahatsız” deməkdir. Buna bir “-çılıq” şəkilçisinin artırılması, görünür, “inşaatçı-dilçilərimizin” kəşfidir. Bu qəbildən olan söz yaradıcılığının biri də “məktəb ləvazimatları” ifadəsindəki “ləvazimat”lar sözüdür”.

T.Kərimli qeyd edib ki, “ləvazimatlar” sözünün özündə 3 cəm şəkilçisi var. Sözün belə formada işlənilməsi düzgün deyil: “İş burasındadır ki, ərəb dilindəki “lazım” sözünün cəmi “ləvazim”dir, yəni bu da “lazım olanlar, lazımlılar” deməkdir. “At” özü də ərəb dilində cəm şəkilçisidir. Buna Azərbaycan dilindəki “-lar” cəm şəkilçisini artıranda isə 3 dəfə cəmlənmiş əcaib bir söz meydana çıxır. Əslində, bu ifadə “məktəbə lazım olanlar” şəklində işlənsə, daha doğru olar”.

T.Kərimli hesab edir ki, Azərbaycan dilində cümlələrin tərkibində bəzi sözlərin işlədilməsi də yersizdir.

O, bunlara “malik olmaq”, “təşkil etmək”, “tərəfindən”, “tərəfimizdən” kimi sözləri misal göstərib.

Hələ bir neçə il əvvəl akademik Ağamusa Axundovun da “malik olmaq” sözünü yersiz hesab etdiyini açıqlayan akademik qeyd edib ki, dilimizdə “var”, “yox” sözləri, olmaq feili, -dır, -dir, -dur, -dür şəkilçisi olduğu halda, malik və təşkil kimi varvarizmlərə ehtiyac yoxdur: “Məsələn, “Havanın temperaturu 35-37 dərəcə təşkil edəcək” cümləsi “Havanın temperaturu 35-37 dərəcə olacaq” kimi verilməlidir. Yaxud “Filankəs 180 sm boya malikdir” cümləsi “Filankəsin 180 sm boyu var” kimi olmalıdır. İnzibati orqanların nitqində daha çox səslənən “tərəfimizdən”, “tərəfindən” sözü də bu qəbildəndir. Bunlar cümləyə əcaib bir forma verir. Məsələn, “Tərəfimizdən aşkar edilərək götürülmüşdür” ifadəsi “Aşkar edərək götürmüşük” şəklində olmalıdır”.

T.Kərimli hesab edir ki, belə halların aradan qaldırılması üçün daha çox maarifləndirmə işləri aparılmalıdır: “Dil canlı orqanimzdir, ona yad ünsür düşsə, fəsad verir. Zaman-zaman orada möhkəmlənir və onu dildən çıxarmaq çox çətin olur”.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!