Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun final mərhələsində V turun görüşləri keçirilib.
Bu turda Azərbaycan təmsilçilərindən Teymur Rəcəbov Ermənistan təmsilçisi Levon Aronyanla, Şəhriyar Məmmədyarov isə rusiyalı Vladislav Artemyevlə qarşılaşıb.
Birinci, üçüncü və dördüncü partiyalarda heç-heçə edən Rəcəbov ikinci qarşılaşmada qalib gələrək 2,5:1,5 hesablı qələbə qazanıb.
Məmmədyarov isə startda uğursuzluqla üzləşsə də, bir məğlubiyyət və bir heç-heçədən sonra üçüncü görüşdə qələbə sayəsində hesabı bərabərləşdirib. Lakin dördüncü partiyada da Artemyevlə bacarmayan 36 yaşlı qrossmeyster yekunda məğlub olub - 1,5:2,5.
Qeyd edək ki, sentyabrın 30-da oynanılacaq VI turda Teymur Rəcəbov Vesli So, Şəhriyar Məmmədyarov isə Hikaru Nakamura ilə qarşılaşacaq.
Taekvondo üzrə Olimpiya mükafatçısı, IV İslam Həmrəyliyi Oyunlarının qalibi Patimat Abakarovanın millinin hazırlıqlarında iştirak etməməsinin səbəbi bilinib.
Bütov.az xəbər verir ki, bu barədə məlumatı qadın millimizin yeni baş məşqçisi Səbuhi Zülfüqarov verib.
“Onun anasının oktyabrın 4-5-də ildönümü olacaq. Bu səbəbdən də Patimat hazırda Dağıstandadır. Oktyabrın 8-dən o da komanda ilə birgə hazırlıqlara qoşulacaq”.