Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                        Qərib sənətkar .....                        Sürücülərin nəzərinə .....                        “Xankəndi” kitabı işıq üzü görüb .....                        “Ədalət axtarma sən bu dünyada” .....                        Hava proqnozu- Əhalinin nəzərinə .....                        21 saatlıq danışığın sonu .....                       
Tarix : 29-07-2022, 20:16
Karate üzrə beynəlxalq yarışlara könüllü qəbulu elan edilir

Karate üzrə beynəlxalq yarışlara könüllü qəbulu elan edilir

Azərbaycan Milli Karate Federasiyası 2-4 sentyabr tarixlərində Bakı şəhərində keçiriləcək Karate 1 – Premyer Liqa yarışları üçün könüllü proqramı elan edir.
“İrəli” İctimai Birliyinin Mətbuat xidmətindən Butov.az-a məlumat verilib ki, iki gün davam edəcək yarışlarda 80-a dək ölkədən 400-ə yaxın idmançı medallar uğrunda mübarizə aparacaq. “İdman dostluqdur” şuarı ilə keçiriləcək turnirdə 100-ə yaxın beynəlxalq hakimin iştirakı nəzərdə tutulur. Yarışın əsas tərəfdaşları Dünya Karate Federasiyası, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və Milli Karate Federasiyası və “İrəli” İctimai Birliyidir.
Qeyd edək ki, ilk dəfə Premiyer Liqa yarışları 2011-ci ildə Dünya Karate Federasiyasının təşəbbüsü ilə keçirilib. Liqa özü ilə beynəlxalq dərəcəli karateçilərin iştirak etdiyi bir sıra mötəbər yarışları birləşdirir. Yarışlar bu il Azərbaycan ilə yanaşı, Birləşmiş Ərəb Əmirlikləri, Portuqaliya, Mərakeş, Amerika Birləşmiş Ştatlarında da keçiriləcək.
İki gün davam edəcək yarışlarda könüllü kimi fəaliyyət göstərmək istəyən 16-29 yaş aralığında, təşəbbüskar, motivasiyalı, məsuliyyətli gənclər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər: https://bit.ly/3oqfyyP


Paylaş



Bölmə: İdman / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!