Ermənistanda poliqonda partlayış: hərbçi öldü .....                        Gəncədə 41 yaşlı kişi bıçaqlandı .....                        Kərəclə Tehranı birləşdirən körpünü vuruldu - 8 ölü, 95 yaralı .....                        Azərbaycanla Rusiya arasında hərbi-texniki əməkdaşlıq müzakirə olunub .....                        Elvin Cəfərquliyev "FIFA Series - 2026"in oyunçularından biri seçildi .....                        Salyanda dördotaqlı ev kül oldu .....                        Hörmüzdən keçiddə rüsum ideyasını 40-dan çox ölkə rədd etdi .....                        Tramp onu vəzifəsindən azad etdi .....                        İran və Rusiyanın baş diplomatları nə danışdılar? .....                       
Tarix : 25-07-2022, 12:25
FHN-in əməkdaşı dünya çempionu olub - FOTOLAR

İyulun 14-17-də Türkiyə Respublikasının İstanbul şəhərində Beynəlxalq Kyokuşinkay Karate Federasiyasının təşkilatçılığı ilə gənclər və böyüklər arasında kyokuşinkay karate və ciyutaido üzrə dünya çempionatı keçirilib.

Butov.az xəbər verir ki, FHN-dən Lent.az-a verilən məlumata görə, çempionatda 25 ölkədən 220-yə yaxın idmançı öz qüvvəsini sınayıb. Yarışda iştirak edən Azərbaycan kyokuşinkay karate və ciyutaido üzrə yığma komandanın idmançıları yüksək nəticələr əldə ediblər. Yüksək nəticə əldə etmiş idmançılar arasında Fövqəladə Hallar Nazirliyinin əməkdaşı da var. Belə ki, kişilər arasında kumite yarışlarında Fövqəladə Hallar Nazirliyinin kyokuşinkay karate, eyni zamanda Azərbaycan milli yığma komandasının üzvü, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşı, daxili xidmət çavuşu İskəndər Həsənov 75 kq çəki dərəcəsində 4 döyüş keçirərək bütün rəqiblərinə qalib gəlib və qızıl medalın sahibi olub. Qalibə Beynəlxalq Kyokuşinkay Karate Federasiyasının kuboku, medal və diplomu təqdim olunub.

Qeyd edək ki, İskəndər Həsənov kyokuşinkay karate üzrə respublika çempionatının, ikiqat dünya kubokunun və beynəlxalq turnirlərin qalibidir.
25 iyul 2022-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev yarışda uğur qazanmış idmançı ilə görüşərək qazandığı nailiyyətə görə təbrik edib və gələcək yarışlarda uğurlar arzulayıb.




Paylaş



Bölmə: İdman / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!