Hikmət Hacıyev Niderland səfiri ilə görüşdü .....                        Bakıdakı piyada keçidlərindən biri hərəkət üçün bağlanacaq .....                        TDT-nin QHT Platforması hansı işləri görəcək? - Baş katibdən açıqlama .....                        Ceyhun Cəlilov özünə köməkçi təyin edib? .....                        Tramp arıqlamaq istəyir .....                        Bütün Türkiyənin danışdığı ailə faciəsində YENİ DETALLAR .....                        Terroru maliyyələşdirməkdə ittiham olunan şəxslərə ağır cəza verildi .....                        AFFA Hakimlər Komitəsində yeni sədr .....                        Azər Allahverənov yeni vəzifəyə seçildi .....                       
29-10-2021, 18:13
Azərbaycanlı dünya çempionunun yalanı üzə çıxdı: Sparrinq görüşdə uduzubmuş - VİDEO

Xəbər verdiyimiz kimi, Serbiyanın paytaxtı Belqradda boks üzrə dünya çempionatı keçirilir.

Bütöv.az-ın xəbərinə görə, bu yarışda 2013-cü ildə dünya çempionu olmuş Cavid Çələbiyevin iştirak etməməsi təəccüblə qarşılanmışdı.

Biz federasiya vasitəsilə dəqiqləşdirmişdik ki, 63,5 kq çəki dərəcəsində onun yerinə Malik Həsənovun aparılması səbəbsiz deyil. Belə ki, həmin idmançı sparrinq görüşündə həmkarına uduzub. Lakin 29 yaşlı Cavid saytımıza bir neçə gün əvvəlki açıqlamasında heç kimə uduzmadığını, sadəcə “para” kimi Maliklə döyüşdüyünü və yenə də özünü bir nömrə saydığını bildirmişdi.

Məsələ ilə bağlı Oxu.Az Cavid Çələbiyevin yalanını üzə çıxarıb. Videoda görünür ki, milli məşqçiləri hər iki idmançı üçün sparrinq döyüş keçirdir və burada Malik Həsənov qalib gəlir.

Həmin videonu təqdim edirik:



29-10-2021, 12:20
“Böyük Dəbilqə”də çıxış edəcək idmançılarımız: Monqol əsilli cüdoçumuz yığmaya qayıtdı

5-7 noyabr tarixlərində iki illik aradan sonra cüdo üzrə “Böyük Dəbilqə” turniri Bakıda keçiriləcək.

Bütöv.az-ın xəbərinə görə, bu yarışda meydan sahibi olduğumuzdan, Azərbaycanı ən çox idmançı təmsil edəcək.

Belə ki, 33 cüdoçunun adı turnir üçün sifariş olunub. Bunlardan 25-i kişi, 8-i qadın cüdoçulardır.

Heyətdə dəyişikliklər var. Məsələn, kişilərdə Kəramət Hüseynov (-60 kq), Murad Fətiyev (-81 kq), Zelim Kotsoyev (-100 kq) müəyyən səbəblərdən yığmaya çağırılmayıb. Davud Məmmədsoy (-60 kq) və Elmar Qasımov (-100 kq) isə yığmadan uzaqlaşdırılıb.

Qadın millimizdə Leyla Əliyeva (-48 kq) və Gültac Məmmədəliyevanın (-52 kq) çağırılmaması diqqət çəkir. Son Olimpiadada cüdo üzrə yeganə mükafatçımız İrina Kindzerskayanın (+78 kq) iştirak etməməsi yarışda bu çəkidə təmsilçimizin olmamasına işarə edir. Ən diqqətçəkən məqam isə uzun fasilədən sonra Monqolustan əsilli cüdoçumuz İçinxorloo Munxtsedevin yığmaya qayıdışıdır.

Kişilər: Balabəy Ağayev, Rövşən Əliyev, Əhməd Yusifov, Turan Bayramov (hamısı -60 kq), İbrahim Əliyev, Orxan Səfərov, İsmayıl İbrahimov, Tofiq Məmmədov (hamısı -66 kq), Hidayət Heydərov, Rüstəm Orucov, Telman Vəliyev, Rüfət Məmmədov (hamısı -73 kq), Elcan Hacıyev, Ömər Rəcəbli, Kərim Məmmədov, Hasil Cəfərov (hamısı -81 kq), Rüfət İsmayılov, Vüqar Talıbov, Məmmədəli Mehdiyev (hər üçü -90 kq), Adil Kərimli, Ruslan Nəsirli, Kənan Abdullaxanlı (hər üçü -100 kq), Uşanqi Kokauri, Camal Feyziyev, Hüseyn Məmmədov (hər üçü +100 kq)

Qadınlar: Aişə Qurbanlı, Şəfəq Həmidova (hər ikisi -48 kq), Zeynəb Məmmədova, Ülviyyə Bayramova (hər ikisi -52 kq), İçinxorloo Munxtsedev (-57 kq), Aytac Qardaşxanlı (-63 kq), Günel Həsənli, Südabə Ağayeva (hər ikisi -70 kq)

Qeyd edək ki, bu yarışda 31 ölkədən 208 cüdoçu (137 kişi və 71 qadın) mübarizə aparacaq. Yarış iştirakçılarından ən reytinqliləri Vaja Marqvelaşvili (Gürcüstan) və Tsoqtbaatar Tsend-Oçirdir (Monqolustan).
28-10-2021, 12:04
Ən ağır çəkili boksçumuz dünya çempionatında mübarizəyə qoşulur

Serbiyanın paytaxtı Belqradda keçirilən boks üzrə dünya çempionatında bu gün bir idmançımız mübarizəyə qoşulacaq.

Bütöv.az-ın xəbərinə görə, bu, ən ağır çəkili boksçumuz Məhəmməd Abdullayevdir.
+92 kq
1/16 final
Məhəmməd Abdullayev – Yonas Yazeviçius (Litva)

Qeyd edək ki, dünən boksçumuz Loren Alfonso AIBA bayrağı altında çıxış edən Tavfikulla Süleymani ilə qüvvəsini sınayıb. 86 kq çəki dərəcəsində baş tutan görüş Avropa Oyunlarının qalibi olan idmançımızın asan qələbəsi ilə yekunlaşıb. Tokio 2020-nin də mükafatçısı olan Kuba əsilli idmançımız rəqibini 5:0 hesabı ilə məğlub edərək, 1/8 finala yüksəlib. O, oktyabrın 31-nə təsadüf edəcək növbəti döyüşündə rumıniyalı Pol Aradoae ilə döyüşəcək.

Tayfur Əliyev (-60 kq) 1/32 final mərhələsi çərçivəsində Şarles Peti-Hommla (Haiti) üz-üzə gəlib. Döyüşü üstün keçirən boksçumuz dünya çempionatına qələbə ilə başlayıb – 5:0. O, ikinci qarşılaşmasında ilk mərhələdən azad olan italiyalı Simone Spada ilə münasibətinə aydınlıq gətirəcək. Görüş sabah olacaq.
27-10-2021, 21:44
Dünya və Avropa mükafatçısı milliyə məşqçi təyin olundu

Cüdo millimizin sabiq kapitanı Nicat Şıxəlizadə yeniyetmələrdən ibarət millimizə məşqçi təyin olunub.

Bütöv.az-ın əldə etdiyi xəbərə görə, bu ay 33 yaşa adlayan idmançı avqustda karyerasını bitirib.

Dünya və Avropa mükafatçısı, Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarının qalibi olan Şıxəlizadə bundan sonra yeniyetmələrdən ibarət millimizdə məşqçi işləyəcək.

Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin zabiti olan Nicat Şıxəlizadə yaxınlarda Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Menecment” ixtisası üzrə bakalavr dərəcəsini bitirib.
27-10-2021, 11:10
Kilian Mbappe ​PSJ-dən ayrılır

PSJ-nin məşhur hücumçusu Kilian Mbappe 2022-ci ilin fevralından sonra “İspaniya "Real Madrid"inə keçəcək.

Bütöv.az xəbər verir ki, bunu idman jurnalisti Canluka Di Martsio özünün tvitter hesabında bildirib. Onun sözlərinə görə, futbolçu artq Madrid klubu ilə razılaşıb.

Qeyd edək ki, Kilian Mbappe 2017-ci ildən PSJ-də çıxış edir. O, dünyanın ən bahalı futbolçuları arasında yer alır. Belə ki, təcrübəli futbolçu 139.5 milyon avro dəyərindədir.
26-10-2021, 16:18
“Qarabağ” mövsümdə ilk məğlubiyyətini aldı: 16 oyunluq seriya başa çatdı - VİDEO

Futbol üzrə Azərbaycan Premyer Liqasında VIII tura yekun vurulub.

Turun son matçında “Qarabağ” “Səbail”in qonağı olub.

“ASCO Arena”dakı oyun meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Bu, “Qarabağ”ın cari mövsümdə ilk məğlubiyyəti olub. Həmçinin “köhlən atlar”ın 16 oyunluq məğlubiyyətsizlik seriyasına son qoyulub.

Bu nəticədən sonra “Qarabağ” 17 xalla liderliyini qoruyub. Xallarını 9-a çatdıran “Səbail” isə 5-ci pilləyə yüksəlib.

Qeyd edək ki, ilk oyun günündə “Sabah” evdə “Sumqayıt”a 3:0, “Qəbələ” səfərdə “Keşlə”yə 3:2 hesabı ilə qalib gəlib. Ötən gün baş tutan matçda isə “Neftçi” “Zirə”ni məğlub edib - 2:1.



Bütöv.az
25-10-2021, 13:24
Mahirin komandası darmadağın oldu

Futbol üzrə Polşa çempionatında 12-ci turun oyunları keçirilib.

Bütöv.az xəbər verir ki, azərbaycanlı hücumçu Mahir Emrelinin formasını geyindiyi “Legiya” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Pyast”la qarşılaşıb.

Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:4. Bu, Varşava təmsilçisinin ölkə çempionatında ardıcıl dördüncü məğlubiyyətidir.

Mahir də bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan millimizin hücumçusu sonadək mübarizə aparıb.

12 turdan sonra 9 xalı olan “Legiya” 18 komanda arasında 15-ci pillədə qərarlaşıb. Bu komandanın ehtiyatda əvvəlki turlardan təxirə salınmış iki oyunu da var.
20-10-2021, 18:54
Qurban Qurbanov Respublika stadionunun ot örtüyündən DANIŞDI - VİDEO

“Həmişə həmkarlarıma hörmətlə yanaşmışam. “Kayrat”ın baş məşqçisi Kurban Berdıyevin uğurlu karyerası olub. Çempionlar Liqasında və Avropa Liqasında yaxşı nəticələr qazanıb. Onun hansısa oyuna məsuliyyətsiz yanaşdığını görməmişəm”.

Bu fikirləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Konfrans Liqasının qrup mərhələsinin III turunda Bakıda üz-üzə gələcəkləri Qazaxıstanın “Kayrat” komandasının baş məşqçisi Kurban Berdıyev haqqında danışarkən deyib.

49 yaşlı mütəxəssis Bakıdakı qarşılaşmanın Berdıyev üçün çox vacib olduğunu söyləyib:

“Qarşımızda çox təcrübəli və bacarıqlı baş məşqçi olacaq. Oyunun gedişatında müxtəlif rotasiyalar edə bilər. Biz də bütün bunlara qarşı diqqətli olmalı və öz oyunumuzu qurmalıyıq”.

Qurbanov Tofiq Bəhramov adına Respublika stadionunun ot örtüyünün durumu haqqında da danışıb:

“Meydançanın durumu pis deyil. Amma tam formalaşmayıb və ot tam olaraq torpağa bərkiməyib. Bəzi yerlərdə problemlər var idi. Buna baxmayaraq ümumi gedişat mənim üçün yaxşıdır. Ot örtüyünü bu səviyyəyə gətirib çıxartmaq yaxşıdır. Lakin meydança tam hazır deyil. Bu oyundan sonra meydanı bərpa etmək üçün xeyli vaxt lazım olacaq. Bu gün məşqimizi burada keçirsəydik, meydan daha çox yüklənəcəkdi”.

Təcrübəli baş məşqçi 15 oyun məğlub olmamaları ilə bağlı fikirlərini bölüşüb:

“Mənim narahat olduğum məqamlardan biri elə budur. Bir tərəfdən bu statistikaya sevinirəm. Komanda haqqında xoş sözlər deyilir. İstər-istəməz psixoloji zərbələr futbolçulara təsir edir. Bəzən belə seriya olanda düşünürlər ki, komanda nə vaxt məğlub olacaq? Mən heç istəmərəm ki, bu oyunlarda belə hal yaşansın. Çox istəyərəm ki, məğlubiyyətsizlik haqqında yazılar daha az olsun. Biz deyə bilərik ki, bu, bizə təsir etməyəcək. Belə nəticələr digər tərəfdən komandaya inam və ümid verir. Biz uğurlu nəticələr əldə etmək istəyiriksə, 15 oyunluq məğlubiyyətsizlik seriyasını unutmalı və qarşıdakı görüşə köklənməliyik”.

Qeyd edək ki, oktyabrın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” - “Kayrat” oyunu saat 20:45-də başlanacaq.



Bütöv.az
20-10-2021, 12:17
FIFA Dünya çempionatının iki ildən bir keçiriləcəyinə dair yığmalara xəbərdarlıq edib

Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) 2026-cı ildən etibarən Dünya çempionatlarını hər iki ildən bir keçirməkdə qərarlıdır.

Artıq quruma üzv olan milli assosiasiyalara müvafiq xəbərdarlıq göndərilib.

Bu məqsədlə yığma komandaların oyun təqvimində islahatların aparılması planlaşdırılır.

Layihəyə əsasən, klubların öz futbolçularını yığma komandalara göndərdikləri günlərin sayı 50-dən 30-dək azalacaq. Təsnifat mərhələsində hər seçmə komanda ən çox yeddi oyun keçirəcək.

Həmçinin, islahatlar sayəsində futbolçuların üzərinə düşən yük 50%-dən çox azalacaq.

Mənbə: Sports.ru


Bütöv.az
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!