3-04-2025, 00:10
“Qalatasaray” “Fənərbağça”nı məğlub etdiFutbol üzrə Türkiyə Kubokunda 1/4 final mərhələsinin daha iki görüşü keçirilib.
Günün ilk oyunu “Trabzonspor”la “Bodrumspor” arasında olub. Qarşılaşma Qara dəniz təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Kubokun mərkəzi görüşü isə İstanbulda oynanılıb. Tarixi derbidə “Fənərbağça” əzəli rəqibi “Qalatasaray”la qarşılaşıb. Matç "cim-bom"un 2:1 hesablı üstünlüyü ilə bitib.
İstanbul klubu növbəti raundda "Konyaspor"la üz-üzə gələcək.
Türkiyə Kubokunda 1/4 final mərhələsinə aprelin 3-də “Beşiktaş” – “Göztəpə” oyunu ilə yekun vurulacaq. Cütün qalibi "Trabzonspor"a rəqib olacaq.
2-04-2025, 19:09
"Qarabağ" məğlub olduFutbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinə start verilib.
Açılış oyunu “Araz-Naxçıvan” və “Qarabağ” komandaları arasında keçirilib.
“Liv Bona Dea Arena”da oynanılan qarşılaşma Naxçıvan təmsilçisinin minimal hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 28-ci dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirən Felipe Santos vurub.
Yarımfinalın digər oyununda “Neftçi” bu gün “Sabah”la qarşılaşacaq. “Neftçi Arena”dakı görüş saat 19:30-da başlayacaq.
Qeyd edək ki, bu mərhələnin cavab görüşləri aprelin 23-də təşkil olunacaq.
2-04-2025, 17:48
Hakimin qərarına əsəbiləşən Qurban Qurbanov planşeti sındırdı“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Kubokunun 1/4 finalında “Araz-Naxçıvan”a qarşı keçirilən matçda hakimin qərarına əsəbiləşib.
O, epizodun təkrarını izlədiyi planşeti təpik vuraraq sındırıb.
30-03-2025, 12:54
Azərbaycan çempionatında YENİ REKORDMisli Premyer Liqasının XXVIII turu rekordla əlamətdar olub.
Bu, “Sumqayıt” - "Sabah" oyununda (3:3) qeydə alınıb.
Bakı klubu mövsümdə 15-ci heç-heçəyə imza atıb.
Paytaxt təmsilçisi bununla da Azərbaycan çempionatları tarixinin mütləq rekorduna imza atıb. “Sabah” bir mövsümdə ən çox heç-heçə edən komanda adına sahib çıxıb.
Bunadək rekord hərəyə 14 sülhə imza atan “Neftçi” (2009/2010), “Bakı” (2012/2013) və “Zirə”yə (2020/2021) məxsus idi. Ötən tur bu komandalara çatan “Sabah” Sumqayıtdakı heç-heçə ilə tarixə düşüb.
28-03-2025, 21:51
"Qarabağ"dan 4 qolluq qələbəMisli Premyer Liqasında 18-ci tura start verilib.
Açılış oyununda son çempion "Qarabağ" səfərdə "Turan Tovuz"la qarşılaşıb.
Matç qonaqların 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Ağdam klubu 67 xalla turnir cədvəlinə başçılıq edir. Tovuz təmsilçisi isə 43 xalla dördüncü pillədə qərarlaşıb.
Qeyd edək ki, tur martın 30-da başa çatacaq.
28-03-2025, 14:04
Millimizin futbolçusu əməliyyat olundu"Sabah" klubunun və Azərbaycan millisinin futbolçusu Amin Seydiyev əməliyyat olunub.
Bu barədə Bakı təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Cinah müdafiəçisi İstanbuldakı klinikalardan birində sağ adduktor əzələsinin qopması ilə bağlı cərrahi müdaxiləyə ehtiyac duyub. Əməliyyat uğurla başa çatıb.
Qeyd edək ki, 26 yaşlı oyunçu mövsümün qalan hissəsini başa vurub.
24-03-2025, 14:13
Ronaldu adını "Ginnesin rekordlar kitabı"na yazdırdıKirştianu Ronalduya "Ginnesin rekordlar kitabı"na düşməsi münasibətilə sertifikat təqdim edilib.
Bu sertifikat 40 yaşlı hücumçuya UEFA Millətlər Liqasının 1/4 finalı üzrə Portuqaliya - Niderland (5:2) oyunundan öncə verilib.
Belə ki, Serxio Ramosun rekordunu (131) geridə qoyan Kriştianu Ronaldu milli komandada 132-ci qələbəsini qazanıb.
O bu nailiyyətə 2003-cü ilin avqustundan 2024-cü ilin noyabrına qədər olan müddətdə nail olub. Portuqaliya millisi sonuncu dəfə ötən il noyabrın 16-da Polşanı məğlub edib (5:1). Sözügedən matçda Ronaldu dubla imza atıb.
24-03-2025, 11:30
İdmançılarımız Dünya Kubokunda qızıl medal qazandılarAzərbaycan gimnastları Mədinə Mustafayeva və Vladimir Dolmatov Portuqaliyanın Kantanhede şəhərində keçirilən aerobika gimnastikası üzrə Dünya Kubokunda qızıl medal qazanıblar.
Bu barədə Gimnastika Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Qarışıq cütlük 19.350 xalla fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
23-03-2025, 22:22
Çingiz İsmayılov vəfat etdiAzərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) keçmiş baş katibi, futbol veteranı Çingiz İsmayılov vəfat edib.
Bu barədə mərhumun yaxınları sosial şəbəkədə məlumat paylaşıb.
Çingiz İsmayılov bu il aprelin 12-də 90 yaşını qeyd edəcəkdi.
O, pnevmoniya səbəbindən xəstəxanaya yerləşdirilmişdi.
Qeyd edək ki, Çingiz İsmayılov 1956-1961-ci illərdə "Neftçi"nin şərəfini qoruyub. Sonra "Neft daşları", həmçinin Bakının və Gəncənin "Dinamo" komandalarında oynayıb. Futbolçu karyerasını bitirəndən sonra televiziyada futbol şərhçisi kimi çalışıb, sonra "Neftçi"nin rəisi (1987-1993), AFFA-nın baş katibi (1994-2003) olub. 89 yaşlı veteran futbolçu 2022-ci ilin dekabrında "Tərəqqi" medalı ilə təltif edilib.
23-03-2025, 13:27
Formula 1 Çin Qran Prisinin qalibi - Piastri McLaren komandasının avstraliyalı pilotu Oskar Piastri Formula 1 sinfi üzrə Dünya Avtomobil Yarışı Çempionatının ikinci mərhələsində - Çin Qran Prisində qalib gəlib.
Yarış Şanxayda baş tutub.
Onun komanda yoldaşı britaniyalı Lando Norris ikinci yeri tutub. İlk üçlüyü Mercedes komandasının pilotu britaniyalı Corc Rassel tamamlayıb. Əyləc nasazlığı səbəbindən ispaniyalı Fernando Alonso (Aston Martin) yarışı erkən bitirib.
Piastri Formula 1-də üçüncü dəfə qalib olub. Avstraliyalı sürücü ötən mövsüm Macarıstan və Azərbaycanda keçirilən Qran Pri mərhələlərində qalib gəlmişdi.
Qran Prinin növbəti mərhələsi aprelin 4-dən 6-dək Yaponiyada keçiriləcək.