6-07-2025, 00:07
Avropa çempionatında daha bir qızıl medalİtaliyanın Kaorle şəhərində keçirilən U-20 Avropa çempionatında Azərbaycanın bir sərbəst güləşçisi qızıl, digəri gümüş medal qazanıb.
Bu barədə Güləş Federasiyasının Mətbuat xidmətindən məlumat verilib.
Vasif Bağırov (57 kq) finalda gürcüstanlı Nika Zanqaladzeylə gərgin mübarizə şəraitində keçən görüşdə əzmkar qələbə qazanıb. İlk hissəni 5:6 hesabı ilə geridə başa vuran Gəncə güləş məktəbinin yetirməsi fasilədən sonra üstünlüyünü təmin edib – 9:6. Beləliklə, ötən il U-20 Avropa çempionatında gümüş medal qazanan V.Bağırov bu dəfə çempion olub.
Muradxan Omarov (79 kq) həlledici görüşdə Gürcüstan təmsilçisi ilə qarşılaşıb. Ancaq debütant komanda yoldaşından fərqli olaraq, qələbə qazana bilməyib. Şamaxı güləş məktəbinin yetirməsi Davit Çetçelaşviliylə bacarmayıb – 0:10. Beləliklə, M.Omarov gümüş medalı boynundan asıb.
Rəvan Musayev (97 kq) təsəlliverici görüşdə macarıstanlı Peter Şivnovskiyə 7:0 hesabıyla qalib gəlsə də, bürünc medal uğrunda qarşılaşmada rusiyalı Maqomedqadji Maqomedova məğlub olub – 0:6.
5-07-2025, 18:52
Portuqaliyalı futbolçu Azərbaycan klubunda"Kəpəz" komandası heyətini yeni futbolçu ilə gücləndirib.
Portuqaliyalı Pedru Qomeş Gəncə təmsilçisinə transfer olunub. Mərkəz müdafiəçisi mövqeyində çıxış edən Qomeş ilə ikiillik müqavilə imzalanıb.
İyirmi iki yaşlı oyunçunun son klubu vətənində "Boavişta" olub.
4-07-2025, 23:07
Qadın güləşçimiz Avropa çempionu olduİtaliyanın Kaorle şəhərində U-20 Avropa çempionatı davam edir.
Beşinci yarış günündə qadın güləşi üzrə mübarizəyə yekun vurulub.
Ruzanna Məmmədova (62 kiloqram) finalda almaniyalı Leoni Steyqertlə qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən görüşdə 4:3 hesablı qələbə qazanan Ruzanna ardıcıl ikinci dəfə gənclər arasında Avropa çempionu olub.
Zəhra Kərimzadə (72 kiloqram) təsəlliverici görüşdə xorvatiyalı Veronika Vilkə 2:8 hesabı ilə məğlub olub.
3-07-2025, 22:51
Yenidən Avropa çempionu olduİtaliyanın Kaorle şəhərində U20 Avropa çempionatı davam edir.
Bu gün qadın güləşi üzrə ilk çempionlar müəyyənləşib.
Dünən bütün rəqiblərini vaxtından əvvəl məğlub edərək finala yüksələn Günay Qurbanova (59 kq) həlledici görüşdə türkiyəli Sevim Akbaşla qarşılaşıb. Finalın əvvəlindən sonunadək dominantlıq edən həmyerlimiz böyük üstünlüklə (9:1) qələbə qazanaraq Avropa çempionu olub.
Beləliklə, güləşçimiz bu il iştirak etdiyi üçüncü yarışda da qızıl medala sahib çıxıb. Xatırladaq ki, Qurbanova daha öncə ilk reytinq turnirinin və U23 Avropa çempionatının qalibi olub.
28-06-2025, 20:49
Maksim Medvedev baş məşqçi oldu“Qarabağ”ın əvəzedici komandasında məşqçi dəyişikliyi olub.
Ağdam klubunun sabiq kapitanı Maksim Medvedev əvəzedici komandanın baş məşqçisi təyin olunub.
Qeyd edək ki, Maksim ötən mövsüm U-14 komandasında köməkçi məşqçi işləyirdi. O, bu vəzifədə həmin komanda ilə çempion olmuşdu.
28-06-2025, 20:49
Maksim Medvedev baş məşqçi oldu“Qarabağ”ın əvəzedici komandasında məşqçi dəyişikliyi olub.
Ağdam klubunun sabiq kapitanı Maksim Medvedev əvəzedici komandanın baş məşqçisi təyin olunub.
Qeyd edək ki, Maksim ötən mövsüm U-14 komandasında köməkçi məşqçi işləyirdi. O, bu vəzifədə həmin komanda ilə çempion olmuşdu.
27-06-2025, 16:10
Keçmiş klub prezidentinin İstanbulda meyiti tapıldıKeçmiş "Şahdağ Quba" futbol klubunun prezidenti Xanbaba Daşdı ölü tapılıb.
Klub prezidentinin ötən gün Türkiyənin İstanbul şəhərində meyiti aşkarlanıb.
Yaxınları faktı təsdiqləyib.
Qeyd edək ki, ötən gün Xanbaba Daşdı özünə aid sosial şəbəkə hesabında intihar edəcəyi ilə bağlı video paylaşıb.
26-06-2025, 20:44
Ronaldo Səudiyyə klubunda qaldıKriştianu Ronaldu Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubu ilə yeni müqavilə imzalayıb.
Yeni sözləşmə 2027-ci ilədək olacaq.
Qeyd edək ki, Kriştianu Ronaldu 2023-cü ildən "Əl-Nəsr"də çıxış edir.
20-06-2025, 22:18
Hidayət Heydərov komissiyaya üzv seçildiAzərbaycanın olimpiya çempionu Hidayət Heydərov Beynəlxalq Cüdo Federasiyasının (İJF) Atletlər Komissiyasına üzv seçilib.
Bu barədə Cüdo Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Macarıstanın paytaxtı Budapeştdə keçirilən cüdo üzrə dünya çempionatı çərçivəsində idmançılar Beynəlxalq Cüdo Federasiyasının Atletlər Komissiyasına nümayəndələrini seçib. Seçkilər nəticəsində 5 üzv idmançıların səsi ilə, 4 üzv isə IJF İcraiyyə Komitəsi tərəfindən təyin olunub.
Yeni tərkib 2025–2029-cu illəri əhatə edən dörd illik müddətə fəaliyyət göstərəcək.
Qürurverici haldır ki, Olimpiya, dünya və dördqat Avropa çempionu Hidayət Heydərov IJF İcraiyyə Komitəsinin qərarı ilə Atletlər Komissiyasına üzv seçilib.
18-06-2025, 17:35
Zelim Kotsoyev finalda məğlub olduMacarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatının fərdi yarışında bu gün Azərbaycanın daha bir cüdoçusu mübarizəyə başlayıb.
Olimpiya çempionu Zelim Kotsoyev (100 kq) tatami üzərinə çıxıb.
O, 1/16 finalda Cennaro Pirellini (İtaliya) ipponla məğlub edərək 1/8 final mərhələsinə adlayıb. Təmsilçimiz bu mərhələdə Marat Baykamurovu (Qazaxıstan) məğlub edib. Olimpiya çempionumuz 1/4 finalda Arman Adamyanla (İJF) üz-üzə gəlib. Rəqib qalib gəldiyindən Kotsoyev təsəlliverici görüşə qatılacaq. Onun rəqibi Nikolos Şerazadişvili (İspaniya) olacaq.
Qeyd edək ki, Azərbaycanı mundialda 10 çəki dərəcəsində 13 cüdoçu (9 kişi, 4 qadın) fərdi yarışlarda təmsil edir. Millimiz həmçinin qarışıq komanda yarışında mübarizə aparacaq.
Cüdoçularımızdan Zelim Tçkayev (81 kq) və Elcan Hacıyev (90 kq) bürünc medal qazanıb.