"Fənərbağça" doğma meydanında xal itirdi .....                        "Zirə" qələbə qazandı .....                        Salyanda faciə: Qırılan tros sürücünün ölümünə səbəb oldu .....                        Türk diplomat İrəvanda - Nələr müzakirə edildi... .....                        Putin atəşkəsi uzatmayacaq .....                        Binəqədidəki yanğında 5 maşın kül olub - RƏSMİ .....                        Bugünkü imtahanın nəticələri nə vaxt açıqlanacaq? .....                        Mirzoyan ATƏT-in baş katibi ilə görüşdü .....                        ABŞ ilə danışıqlar səmərəli ola bilər - İran rəsmisi .....                       
15-02-2024, 21:40
Mariya Stadnik yenidən Avropa çempionu oldu


Mariya Stadnik yenidən Avropa çempionu oldu

Azərbaycanın qadın güləşçisi Mariya Stadnik yenidən Avropa çempionu olub.
Bu onun Avropada 10-cu qələbəsidir.
50 kq çəki dərəcəsində yer alan idmançı Rumıniyanın paytaxtı Buxarestdə keçirilən qitə çempionatının finalında Türkiyə təmsilçisi Evin Demirhanla üz-üzə gəlib.
Rəqibinə tam üstünlüklə qalib gələn Stadnik qızıl medala yiyələnib.
14-02-2024, 21:21
Daha bir güləşçimiz qızıl medal qazandı


Daha bir güləşçimiz qızıl medal qazandı

Azərbaycanın daha bir yunan-Roma güləşçisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında qızıl medal qazanıb.
67 kiloqram çəki dərəcəsində çıxış edən Həsrət Cəfərov finalda rusiyalı Ruslan Biçurini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Millinin digər üzvü Ülvü Qənizadə (72 kiloqram) qızıl mükafat uğrunda türkiyəli Səlçuk Canla, qadınların yarışında isə Mariya Stadnik (50 kiloqram) türkiyəli Evin Demirhan, Alyona Kolesnik (59 kiloqram) ukraynalı Alina Filipoviçlə üz-üzə gələcək.
Qeyd edək ki, bundan əvvəl yunan-Roma güləşçilərindən Nihad Məmmədli (60 kiloqram) və Murad Məmmədov (63 kiloqram) qızıl, Rəşad Məmmədov (55 kiloqram) gümüş, Beka Kandelaki (130 kiloqram) bürünc medalın sahibi olub. Azərbaycan fevralın 18-dək davam edəcək Avropa çempionatında 25 güləşçi ilə təmsil olunur.
13-02-2024, 20:48
3 idmançımız dünya çempionatının finalına vəsiqə qazandı


3 idmançımız dünya çempionatının finalına vəsiqə qazandı

Azərbaycanın daha üç yunan-Roma güləşçisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında finala yüksəlib.
60 kiloqram çəki dərəcəsində çıxış edən Nihat Məmmədli ilk mərhələdə bolqarıstanlı Nedyalko Petrov üzərində inamlı qələbə qazanıb – 7:0.
O, daha sonra danimarkalı Nikolay Mohammadiyə 3:2 hesabı ilə qalib gələrək 1/4 finala yüksəlib. N.Məmmədli litvalı Justas Petraviçyusu tam üstünlüklə (8:0) məğlub edərək adını yarımfinala yazdırıb. Yarımfinalda rumıniyalı Razvan Arnauta da eyni hesabla vaxtından əvvəl qalib gələn Nihat ilk dəfə böyüklər arasında Avropa çempionatının finalına vəsiqə qazanıb. İdmançı həlledici görüşdə moldovalı Viktor Çiobanu ilə qarşılaşacaq.
Həsrət Cəfərov (67 kiloqram) 1/8 finalda serbiyalı Sebastyan Naddan güclü olub – 6:1. Titullu güləşçimiz bolqarıstanlı Abu Muslim Amayevə də şans tanımayıb – 13:4. H.Cəfərov yarımfinalda norveçli Morten Toresenə 7:1 hesabı ilə qalib gələrək ikinci dəfə Avropa çempionatının finalına yüksəlib. Həsrət həlledici görüşdə rusiyalı Ruslan Biçurinlə mübarizə aparacaq.
Ülvü Qənizadə (72 kiloqram) gürcüstanlı Giorgi Çxikvadzeni minimal fərqlə (2:1) üstələyib. O, fransalı Mamadassa Sillanı isə 4:3 hesabı ilə xalçadan məyus yola salıb. Ü. Qənizadə Ukraynanı təmsil edən soydaşımız Pərviz Nəsibovla gərgin mübarizə şəraitində keçən qarşılaşmada da sevinən tərəf olub – 5:3. Ülvü titulunu qorumaq üçün finalda Selçuk Canı məğlub etməyə çalışacaq.
Rafiq Hüseynov (82 kiloqram) 1/8 finalda türkiyəli Alperen Berberə uduzub – 1:7. Rəqib finala yüksəldiyi üçün idmançımız sabah təsəlliverici görüşə çıxacaq. O, gürcüstanlı Gela Bolkvadzeylə güləşəcək.
Murad Əhmədiyev (97 kiloqram) isə debütdə hollandiyalı Tiron Sterkenburqa sonuncu xal prinsipinə əsasən (1:1) məğlub olub.
Qeyd edək ki, Azərbaycan fevralın 18-dək davam edəcək Avropa çempionatında 25 güləşçi ilə təmsil olunur.
13-02-2024, 17:31
“Qarabağ” səfər oyunu üçün Portuqaliyaya yola düşdü


“Qarabağ” səfər oyunu üçün Portuqaliyaya yola düşdü

“Qarabağ” Avropa Liqasının pley-off mərhələsinin “Braqa” ilə səfər oyunu üçün Portuqaliyaya yola düşüb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Ağdam təmsilçisinin sosial şəbəkə hesablarında Heydər Əliyev adına Beynəlxalq Hava Limanından fotolar paylaşılıb və komandanın Portuqaliyaya səfər etdiyi bildirilib.
Qeyd edək ki, fevralın 15-də keçiriləcək “Braqa” - “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Bu komandalar arasında cavab oyunu fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda olacaq.

13-02-2024, 17:00
AFFA "Qarabağ" və "Neftçi"ni cərimələdi


AFFA "Qarabağ" və "Neftçi"ni cərimələdi

AFFA İntizam Komitəsi "Qarabağ"ın futbolçusu Riçard Almeydanı 1-i şərti olmaqla 2 oyunluq cəzalandırıb.
Buna təcrübəli yarımmüdafiəçinin "Sabah"a 3:4 hesabı ilə uduzduqları Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab matçında ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alması səbəb olub.
"Köhlən atlar" buna görə 1500 manat cərimələnib.
"Neftçi" "Sumqayıt"la heç-heçə etdiyi cavab oyununa görə 2200 manat ziyana düşüb. "Ağ-qaralar" azarkeşlərin pirotexniki vasitədən istifadə etməsinə görə 1500, 6 oyunçusunun sarı vərəqə alması ucbatından isə 700 manat ödəyəcək. "Gənclik şəhəri" təmsilçisi də 4 futbolçusu rəsmi xəbərdarlıq aldığı üçün 700 manat cərimələnib.
Eyni cərimə "Araz-Naxçıvan"a da tətbiq edilib. Naxçıvan təmsilçisinin 4 üzvü "Qəbələ" ilə görüşdə sarı vərəqə görüb.
9-02-2024, 14:06
Azərbaycan milli komandasının oyunlarının təqvimi müəyyənləşdi


Azərbaycan milli komandasının oyunlarının təqvimi müəyyənləşdi

UEFA Millətlər Liqası turnirinin C Liqasında mübarizə aparacaq Azərbaycan milli komandasının oyunlarının təqvimi müəyyənləşib.
Bununla bağlı AFFA məlumat yayıb.
Azərbaycan yığması ilk oyununu sentyabrın 5-də öz meydanında İsveçə qarşı keçirəcək. Millimiz qrupdakı son matçında da İsveçlə qarşılaşacaq.

5 sentyabr
Azərbaycan – İsveç

8 sentyabr
Slovakiya – Azərbaycan

11 oktyabr
Estoniya – Azərbaycan

14 oktyabr
Azərbaycan – Slovakiya

16 noyabr
Azərbaycan – Estoniya

19 noyabr
İsveç – Azərbaycan.
8-02-2024, 21:58
UEFA-da püşkatma mərasimi keçirildi


UEFA-da püşkatma mərasimi keçirildi

UEFA Millətlər Liqasında 2024-2025-ci illər mövsümünün püşkatma mərasimi keçirilib.
Fransanın paytaxtı Parisdə təşkil olunan tədbirdə hər divizion üzrə qrupların tərkibi müəyyənləşib.

UEFA Millətlər Liqası

A Liqası
1-ci qrup: Xorvatiya, Portuqaliya, Polşa, Şotlandiya
2-ci qrup: İtaliya, Belçika, Fransa, İsrail
3-cü qrup: Niderland, Macarıstan, Almaniya, Bosniya və Herseqovina
4-cü qrup: İspaniya, Danimarka, İsveçrə, Serbiya

B Liqası
1-ci qrup: Çexiya, Ukrayna, Albaniya, Gürcüstan
2-ci qrup: İngiltərə, Finlandiya, İrlandiya, Yunanıstan
3-cü qrup: Avstriya, Norveç, Sloveniya, Qazaxıstan
4-cü qrup: Uels, İslandiya, Monteneqro, Türkiyə

C Liqası
1-ci qrup: İsveç, Azərbaycan, Slovakiya, Estoniya
2-ci qrup: Rumıniya, Kosovo, Kipr, Litva/Cəbəllütariq
3-cü qrup: Lüksemburq, Bolqarıstan, Şimali İrlandiya, Belarus
4-cü qrup: Ermənistan, Farer adaları, Şimali Makedoniya, Latviya

D Liqası
1-ci qrup: Litva/Cəbəllütariq, San Marino, Lixtenşteyn
2-ci qrup: Moldova, Malta, Andorra

Qeyd edək ki, UEFA Millətlər Liqasında qrup mərhələsinin oyun günləri 5-7, 8-10 sentyabr, 10-12, 13-15 oktyabr, 14-16 və 17-19 noyabrdır.
6-02-2024, 20:30
Komanda yoldaşını vuran futbolçu klubundan ayrıldı


Komanda yoldaşını vuran futbolçu klubundan ayrıldı

"Turan Tovuz" klubu futbolçu Budaq Nəsirovla yollarını ayırıb.
Klubdan verilən məlumata görə, bölgə təmsilçisi 27 yaşlı yarımmüdafiəçinin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verib.
Qeyd edək ki, AFFA İntizam Komitəsi Budaq Nəsirovu Əvəzedicilər Liqasının XX turunda “Səbail-2” ilə matçda komanda yoldaşını vurduğu üçün 4 oyunluq diskvalifikasiya etmişdi.
4-02-2024, 22:46
“Beşiktaş” rəqibi üzərində qələbə qazandı


“Beşiktaş” rəqibi üzərində qələbə qazandı

Futbol üzrə Türkiyə Superliqasında XXIV tura yekun vurulub.
Turun mərkəzi oyununda "Beşiktaş" doğma meydanda "Trabzonspor"la qarşılaşıb. Görüş İstanbul təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Qarşılaşmada hər iki qolu meydan sahiblərinin gənc futbolçusu Semih Kılıçsoy vurub. Yarımmüdafiəçi 44 və 62-ci dəqiqələrdə fərqlənib.
Günün digər oyunlarında "Pendikspor" "Adana Demirspor"u, "Kasımpaşa" isə "Alanyaspor"u 2:1 hesabı ilə məğlub edib.
Qeyd edək ki, hazırda turnir cədvəlinə 63 xalla "Fənərbağça" başçılıq edir. Eyni xala malik "Qalatasaray" ikinci pillədə qərarlaşıb. "Beşiktaş" 39 xalla üçüncü, "Trabzonspor" isə 37 xalla dördüncüdür.
2-02-2024, 23:57
“Qalatasaray” rəqibini məğlub edib finala yüksəldi


“Qalatasaray” rəqibini məğlub edib finala yüksəldi

Futbol üzrə Türkiyə Superliqasında XXIV turun matçlarına start verilib.
İlk oyun günündə üç qarşılaşma baş tutub.
Çempionluq mübarizəsi aparan "Qalatasaray" səfərdə "Samsunspor"la üz-üzə gəlib. Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
İstanbul nəhənginin heyətində 5-ci dəqiqədə Viktor Nelson hesabı açıb. Barış Yılmaz 11-ci dəqiqədə matçın yekun nəticəsini müəyyənləşdirib.
Günün digər görüşlərində "Hatayspor" "Fatih Karagümrük"ə 3:1 hesabı ilə qalib gəlib. "Ankaragücü" - "Sivasspor" matçındə isə qapılara qol vurulmayıb.
Bu nəticələrdən sonra "Qalatasaray" hazırda 63 xalla liderliyə yüksəlib. Bir oyun az oynayan "Fənərbağça" 60 xalla 2-ci, 37 xalı olan "Trabzonspor" 3-cüdür. "Beşiktaş" isə 36 xalla dördüncü pillədə qərarlaşıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!