Türkiyə İsrail ilə ticarəti tam dayandırıb .....                        Hikmət Hacıyev Avropa rəsmisini qəbul etdi .....                        OTAYLI-BUTAYLI FOLKLORUMUZ – MİLLİ KİMLİYİMİZİN PASPORTUDUR .....                        Mirzoyan Kuleba ilə danışıqlar apardı .....                        Təcridxanaya dolmanın içərisində narkotik keçirmək istədi .....                        İcazə alan taksi sürücüləri hansı üstünlüklərə malik olacaq? - Açıqlama .....                        Ceyhun Bayramov ASEAN PA-nın Baş katibi ilə görüşdü .....                        Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsini məlumatlandırdı .....                        "Avroviziya"da Fələstin bayrağı qadağan edildi .....                       
11-09-2022, 00:49
"Neftçi" qələbə qazandı


"Neftçi" qələbə qazandı

Futbol üzrə Azərbaycan Premyer Liqasında VI tur çərçivəsində "Neftçi" klubu Qəbələdə eyniadlı komandanın qonağı olub. Butov.az xəbər verir ki, Qəbələ şəhər stadionunda keçirilən qarşılaşma paytaxt klubunun 2:1 hesablı əzmkar qələbəsi ilə başa çatıb. Bu qələbədən sonra xallarını 15-ə çatdıran "Neftçi" turnir cədvəlində liderliyə yüksəlib. 9 xalı olan "Qəbələ" isə 5-ci sırada qalıb.
10-09-2022, 21:45
Cüdoçumuz İtaliyada finala çıxdı


Cüdoçumuz İtaliyada finala çıxdı

İtaliyanın Riççone şəhərində keçirilən Avropa açıq turnirində Azərbaycanın 1 cüdoçusu finala vəsiqə qazanıb. Butov.az xəbər verir ki, bu, 60 kq çəki dərəcəsində yarışan Rövşən Əliyevdir. O, yarımfinalda milliyyətcə özbək olan Dilşad Xalmatova (Ukrayna) "Golden Score"da ipponla qalib gələrək finala çıxıb. Əliyevin finaldakı rəqibi Salih Yıldız (Türkiyə) olacaq. Qeyd edək ki, Riççone şəhərində keçirilən turnir sentyabrın 11-də başa çatacaq. Bu yarışda Azərbaycanın 13 kişi cüdoçusu iştirak edir.
10-09-2022, 21:37
Güləşçilərimiz dünya çempionatının yarımfinalında


Güləşçilərimiz dünya çempionatının yarımfinalında

Bu gün Serbiyanın paytaxtı güləş üzrə dünya çempionatı start götürüb. Butov.az xəbər verir ki, ilk yarış günündə yunan-Roma güləşi üzrə millinin 3 üzvü mübarizəyə qoşulub. Eldəniz Əzizli (55 kq) 1/8 finalda italiyalı Covanni Freniyə ilk hissədə tam üstünlüklə qalib gəlib - 8:0. Dünya və Avropa çempionu 1/4 finalda yaponiyalı Şiotani Yuya da aman verməyib - 10:0. Eldəniz yarımfinalda amerikalı Maks Nouri ilə üz-üzə gələcək. İkinci mərhələdən mübarizəyə qoşulan Ülvü Qənizadə (72 kq) qazaxıstanlı İbrahim Məhəmmədovu 4:2 hesabıyla üstələyib. Qənizadə 1/4 finalda bolqarıstanlı Deyvid Dimitrovu vaxtından əvvəl məğlub edib - 10:0. Ülvü yarımfinalda türkiyəli Selçuk Canla qarşılaşacaq. Sənan Süleymanov (77 kq) isə ilk mərhələdə almaniyalı İdris İbayevlə qarşılaşıb. Keçən il 23 yaşadək güləşçilər arasında dünya çempionu olmuş rəqiblə görüş gərgin mübarizə şəraitində keçib. Süleymanov rəqibinə minimal fərqlə (7:8) məğlub olub.
10-09-2022, 15:16
Millimiz dünya çempionatında mübarizəyə başlayır


Millimiz dünya çempionatında mübarizəyə başlayır

Azərbaycan güləşçiləri bu gün Serbiyanın paytaxtı Belqradda start götürəcək dünya çempionatında mübarizəyə başlayacaqlar. Butov.az xəbər verir ki, yarışda əvvəlcə yunan-Roma güləşi üzrə Azərbaycan millisi qüvvəsini sınayacaq. Sonrakı günlərdə isə sərbəst güləşçilər yarışa qoşulacaqlar. İlk yarış günündə Eldəniz Əzizli (55 kq), Ülvü Qənizadə (72 kq) və Sənan Süleymanov (77 kq) mübarizə aparacaqlar. Eldəniz 1/8 finalda Covanni Freni (İtaliya) ilə üz-üzə gələcək. Eyni raundda Ülvü Qənizadə Taişi Hori (Yaponiya)/İbrahim Məhəmmədov (Qazaxıstan) cütünün güclüsü ilə güləşəcək. Sənan Süleymanov isə İdris İbayevlə (Almaiya) qarşılaşacaq. Sentyabrın 11-də Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq), Rafiq Hüseynov (82 kq), Arif Niftullayev (97 kq), bir gün sonra isə Murad Məmmədov (60 kq) və Sabah Şəriəti (130 kq) mübarizəyə qoşulacaq. Sərbəst güləş yarışları sentyabrın 15-də başlayacaq. Güləşin bu növündə Azərbaycan yığmasının 10 üzvü döşək üzərinə çıxacaq. Əvvəlcə Coşqun Əzimov (70 kq), Əşrəf Aşırov (79 kq), Abubakr Abakarov (86 kq) və Aydın Əhmədov (125 kq), sentyabrın 16-da Əliabbas Rzazadə (57 kq), Turan Bayramov (74 kq) və Osman Nurmaqomedov (92 kq), sentyabrın 17-də isə İslam Bazarqanov (61 kq), Hacı Əliyev (65 kq) və Maqomedxan Maqomedov (97 kq) mübarizə aparacaq. Qadın güləşində isə Leyla Qurbanova (53 kq), Jalə Əliyeva (57 kq), Alyona Kolesnik (59 kq), Tatyana Omelçenko (62 kq) və Elis Manolova (65 kq) 12-15 sentyabrda qüvvəsini sınayacaq.
7-09-2022, 20:16
“Qarabağ” “Trabzonspor”un futbolçusu ilə anlaşdı


“Qarabağ” “Trabzonspor”un futbolçusu ilə anlaşdı

“Qarabağ” “Trabzonspor”dan ayrılan Benqali-Fode Koyta ilə anlaşıb. Bu barədə “Qafqazinfo”ya futbolçunun özü məlumat verib. O bildirib ki, artıq Azərbaycan təmsilçisi ilə razılıq əldə edib: “Mən “Qarabağ”a gəlirəm”. Qeyd edək ki, Benqali-Fode Koyta peşəkar karyerasına Fransanın “Monpelye” klubunda başlayıb. O, icarə əsasında “Lans” və “Le Havre”də oynayıb. 2013-cü ildə “Kann” klubuna keçib. 2 il burada oynadıqdan sonra İngiltərə “Bləkbörn”ünə transfer olunub. 2016-ci ildə isə Koyta Türkiyənin “Kasımpaşa” klubuna keçib. Burada 5 il çıxış edib və 100 oyuna 27 qol vurub. Ötən il isə o, “Trabzonspor” transfer olunub. Trabzonluların heyətində Koyta 18 oyuna qol vura bilməyib.
6-09-2022, 21:30
Nəriman Abbasov UFC-də ilk sınağına çıxır


Nəriman Abbasov UFC-də ilk sınağına çıxır

Azərbaycanın və “Qəbələ” idman klubunun MMA döyüşçüsü Nəriman Abbasov UFC-də ilk sınağına çıxacaq. Butov.az xəbər verir ki, 28 yaşlı idmançımız “Dana White’s Contender Series”də gücünü sınayacaq. Seriyada qələbə qazanan döyüşçülər UFC seriyasında mübarizə aparacaqlar. N.Abbasov ABŞ-ın Las-Veqas şəhərində təşkil olunacaq turnirdə braziliyalı İsmael Bonfim ilə üz-üzə gələcək. Sentyabrın 7-də Bakı vaxtı ilə saat 07:00-də başlayacaq turnirdə 5 döyüş olacaq. N.Abbasovla İ.Bonfim ikinci cütdə döyüşəcək. Xatırladaq ki, MMA döyüşçümüz peşəkar karyerasında 28 qələbə qazanıb və 3 dəfə məğlub olub. İsmaelin hesabında 17 qələbə və 3 məğlubiyyət var.
5-09-2022, 19:53
“Qarabağ” azarkeşlərə biletlə bağlı müraciət etdi


“Qarabağ” azarkeşlərə biletlə bağlı müraciət etdi

“Qarabağ” Avropa Liqası qrup mərhələsinin ilk oyununda komandanı stadionda dəstəkləmək istəyən azarkeşlərə müraciət edib. Butov.az xəbər verir ki, “Frayburq” (Almaniya) - “Qarabağ” matçını izləmək və Ağdam təmsilçisini dəstəkləmək istəyənlər oyun günü "Wolfswinkel" stadionunda (Europa-Park Stadion) azarkeşlər üçün ayrılmış E-4 sektorunun giriş qapısından saat 19:00-dan 21:00-dək bilet ala bilərlər. Biletlərin qiyməti 29 avrodur. Ödəniş yalnız nağd şəkildə qəbul ediləcək. Qeyd edək ki, "Frayburq" - "Qarabağ" oyunu sentyabrın 8-də 21:00-da (Bakı vaxtı ilə 23:00) keçiriləcək.
4-09-2022, 23:32
İdmançımız ilk qızıl medalını qazandı


İdmançımız ilk qızıl medalını qazandı

Bakıda keçirilən karate üzrə Premyer Liqa yarışında Azərbaycan ilk qızıl medalını qazanıb. Butov.az-ın xəbərinə görə, 60 kiloqram çəki dərəcəsində yarışan Əminağa Quliyev misirli Kərim Aboeitta ilə gərgin keçən döyüşdən qalib ayrılıb – 6:5. Bu, Quliyevin karyerasında qazandığı ilk Premyer Liqa yarışıdır. Qeyd edək ki, bu gün İrina Zaretskaya (68 kq) və Asiman Qurbanlı (+84 kq) final döyüşlərinə çıxacaqlar.
4-09-2022, 16:26
Karateçilərimiz daha 2 medal qazandılar


Karateçilərimiz daha 2 medal qazandılar

Azərbaycan təmsilçiləri Bakıda keçirilən Karate1 Premyer Liqa turnirində daha iki medala sahib olublar. Butov.az xəbər verir ki, turnirdə 84 kiloqram çəki dərəcəsində mübarizə aparan Turqut Həsənov üçüncü yer uğrunda görüşdə iranlı Zabiola Purşabı məğlub edib. Digər təmsilçimiz Murad Hacızadənin (+84 kq) rəqibi Gürcüstan idmançısı Qoqita Arkaniya zədəli olduğu üçün görüşə çıxmayıb və karateçimiz bürünc medal əldə edib. Daha əvvəl millimizin üzvü Tural Ağalarzadə (67 kq) yarışı üçüncü pillədə başa vurmuşdu. Yığmamızın 3 üzvü bu gün qızıl medal uğrunda yarışacaq. Belə ki, Əminağa Quliyev (60 kq) misirli Karim Abueita, İrina Zaretska (68 kq) İtaliya karateçisi Silviya Semeraro, Asiman Qurbanlı (+84 kq) isə Mahmud Taha (Misir) ilə qarşılaşacaq. Turnirdə 58 ölkədən 348 karateçi medallar uğrunda mübarizə aparır. Bakıda Dünya Karate Federasiyasının (WKF) ən nüfuzlu yarışı olan Karate1 Premyer Liqa turniri ilk dəfədir keçirilir. Turnirin iştirakçıları arasında Olimpiya, dünya və qitə çempionları və mükafatçıları var. Turnir kişi və qadın kumiteçilərin hər birində 5 olmaqla, 10 çəki dərəcəsi üzrə, eləcə də kişi və qadın kataçılar arasında keçirilir. 12 kateqoriyanın hər birində 32 idmançı mübarizə aparır. Onlar əsasən dünya reytinq cədvəlinin ilk 32 pilləsini tutan karateçilərdir.
4-09-2022, 15:24
Millimiz Moldovanı məğlub etdi


Millimiz Moldovanı məğlub etdi

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Dünya Çimərlik Oyunlarının Avropa zonası üzrə seçmə mərhələsində çıxışını başa vurub. Butov.az xəbər verir ki, 9-cu yer uğrunda qarşılaşmada Moldova yığması ilə üz-üzə gələn komandamız 5:2 hesablı qələbə qazanıb. Millimizin heyətində Amid Nəzərov (4) və Sabir Allahquliyev fərqləniblər.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!