TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                       
Tarix : 1-08-2020, 09:10
Həsən MƏMMƏDOV yazır: Bizdən hərəkət, tanrıdan bərəkət.

Əsrarəngiz Şurud kəndində bir günün təəssüratları:

İsti bir yay günündə üzümüzü rayonumuzun dağlıq, ucqar və sərin kənlərindən birinə-Şurud kəndinə tuturuq. Yeni salınmış geniş və hamar Culfa-Ordubad magistral yolu mənzil başına çatmağımızı tezləşdirir. Yolboyu cərgə ilə düzülmüş ağaclar meşə zolağını xatırladır. Ümumiyyətlə, muxtar respublikanın bütün ərazisində təbii-iqlim və torpaq xüsusiyyətləri nəzərə alınaraq belə yaşıllıqların qorunması və artırılmasına xüsusi diqqət yetirilir. Son illər yaşıllıqların sahəsi 10 dəfədən çox artırılıb. Müqayisə üçün bildirim ki, ötən əsrin 90-cı illərinin əvvəllərində qeyd etdiyimiz göstərici yalnız 0,6 faiz idi.
Həsən MƏMMƏDOV yazır: Bizdən hərəkət, tanrıdan bərəkət.

Budur, yolun kəsişməsinə çatırıq. Culfa-Ordubad magistral yolunu düz istiqamətdə davam etdirdikdə Ordubad rayonuna, sağa döndükdə isə rayonumuzun ən böyük və qədim kəndlərindən olan Yaycı kəndinə istiqamətlənmiş oluruq. Lakin biz sola - Dizə kəndi istiqamətində yolumuza davam edirik. Dizə kəndi tarixə şahidlik etmiş qocaman dağların əhatəsindədir. Rayonumuzun digər kəndləri kimi, Dizə kəndi də abadlaşdırılmış kəndlərimizdəndir. 2018-ci ildə kənddə 234 yerlik məktəb binası, Dizə kənd mərkəzi və 5 sakinin daimi işlə təmin olunduğu xidmət mərkəzi və Dizə kənd avtomobil yolu kənd sakinlərinin istifadəsinə verilmişdir. Müasir və böyük zövqlə tikilmiş bu sosial binalar qədim tarixə malik Dizə kəndinə ayrıca bir gözəllik verir.
İsti yay günündə kəndin çıxışında sərin çeşmə suyunu görüb maşını əyləyirik. Tanrı hər şeyi təbiətdə elə bil ki, nizam-intizam tərəzisi ilə işləyib. Bir tərəfdən qızmar isti meydana gətirir, digər tərəfdən çölün ortasında, yol kənarında insanların fərəhləməsi üçün sərin çeşmə yaradır. Sudan içib bir az toxdadıqdan sonra yolumuza davam edirik...

Yolboyu əməkçilərin taxıl zəmilərində biçinlə, bostan və bağlarda meyvə-tərəvəz becərməklə məşğul olduğunun hər kənddə şahidi oluruq. Mənzil başına çatmağımız üçün bizi qarşılayıb yola salacaq olan növbəti və sonuncu kənd- Gal kəndi 2015-ci ilin sentyabrında abadlaşdırılıb. Ali Məclis sədri cənab Vasif Talıbovun xeyr-duası ilə 96 şagird yerlik məktəb binası, kənd və xidmət mərkəzləri Gallıların istifadəsinə verilmişdir.
Gal kəndi muxtar respublikanın tarixi simvollarından olan Haçadağın dibində yerləşir. Kənd sakinlərinin əksəriyyəti əkinçilik, heyvandarlıq və arıçılıqla məşğuldur. Kəndin içindən dağın zirvəsinə baxdıqda onun nə qədər uca və məğrur olduğunu yaxından daha aydın görürük. Hər il dağ turizmini sevən turistlər və dağçıların səyyahət etdiyi yerlərdən biri də məhz Haçadağdır. Onlar dağa Gal kəndindən qalxırlar. Turistlər bura səyahət edən zaman həm gəzir, həm ölkəmizin tarixi ilə tanış olur, həm də orqanik məhsullarla zəngin olan ailə təsərüfatı məhsullarının zəngin təamlarından dadıb, nəfis mətbəəx mədəniyyətimizlə tanış olurlar. Bu baxımdan kənd sakinlərini qonaqpərvərlikləri ilə muxtar respublikamızın turizm elçiləri də hesab etmək olar.
Kəndin çıxışında bulağın yanındakı ağacın altında quraşdırılmış oturacaqlarda əyləşirik. Artıq yavaş-yavaş sərin yaylaq havasını hiss edirik. Burdakı bulağın suyu Dizədəki çeşmənin suyundan daha sərindir. Ümumiyyətlə, muxtar respublikamızda min bir dərdin dərmanı müxtəlif tərkibə və dada malik çoxlu sayda bulaqlar var. Geologiya-minerologiya elmləri ilə məşğul olan alimlərimiz diyarımızı məhz bu qəbildən “təbii bulaqlar muzeyi” adlandırmışlar. Qeyd edim ki, muxtar respublikada kəhrizlərin dövlət tərəfindən qorunub saxlanması və onların bərpası nəticəsində bu gün 385 kəhrizin 80 faizindən çoxu işlək vəziyyətdədir. Kəhrizlərin bərpası işləri hazırda Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin Kəhrizlər İdarəsi tərəfindən davam etdirilməkdədir.
Həsən MƏMMƏDOV yazır: Bizdən hərəkət, tanrıdan bərəkət.

Şurud kəndi

Rayon mərkəzindən 23 kilometr məsafədə yerləşən yaşayış məntəqəsinə daxil oluruq. Ziyarətimizin məqsədini əvvəlcədən məlum etdiyimiz üçün kəndin icra nümayəndəsi Fariz Orucov bizi kəndin girəcəyində qarşılayıb bağçasında çay süfrəsinə dəvət edir. Onun dediyindən aydın olur ki, kəndin hər bir ailəsi təsərrüfatın hər üç növü ilə - heyvandarlıq, arıçılıq və əkinçiliklə məşğul olurlar. Belərindən biri də Ələmqulu Quliyevdir. O, təsərrüfatın bütün növləri ilə məşğul olsa da, üstünlüyü qoyunçuluğun inkişafına verib:
-Əvvəllər ailəmin dolanışığı üçün 10-15 heyvan saxlayırdım. Bu gün onların sayını 130 başa çatdıraraq ətindən, südündən və yunundan böyük gəlir əldə edirəm. Culfa Rayon Baytarlıq İdarəsinin baytarları tərəfindən kənddə heyvanlarda olan xəstəliklərə qarşı bütün müalicə və müayinələr həyata keçirilir. Ona görə də demək olar ki, itki olmur, ortalama hər 100 qoyun yüz bala verirr. Zəngin bitki, o cümlədən ot örtüyü olan yaylaqlarımız var. Bu yaylaqlarda qidalanan heyvanların ətinin, südünün ləzzəti istehlakçılarımız tərəfindən bəyənilir və müştərisi daim başımızın üstündə olur.
Həmsöhbətim söyləyir ki, dövlətimizin təsərrüfatla məşğul olan insanlara göstərdiyi diqqət və qayğı onda təsərüfatını daha da böyütmək üçün stimul yaradır. Fariz müəllimin dediyinə görə, digər kənd sakinləri Ələmdar Əhmədov və İlham Şəkərəliyev iribuynuzlu mal-qara saxlamaqla nəinki rayonun, hətta qonşu rayonların da ət və süd təminatına öz töhfələrini verirlər.
Şurud kəndində bir günlük təsərrüfat həyatı ilə tanış olmaq üçün icra nümayəndəsi ilə kəndi gəzməyə başladıq. Bağda iki nəfər tut çırpırdı, bizi görüb tut yeməyə dəvət etdilər. Ağaqulu Əhmədov və Şahmərdan İmanov qonşudurlar, birlikdə tut çırpıb ondan tut qurusu, doşab və araq hazırlayırlar. Hazırladıqları bu təbii məhsullarla hər il Naxçıvan şəhərində təşkil olunan “Ailə təsərrüfatı məhsulları” festivalında iştirak edirlər. Onlar hər il alma, armud, həmərsin, alça, ərik və gilasdan müxtəlif meyvə araqları çəkirlər. Həmsöhbətlərim bildirdilər ki, hazırladıqları meyvə araqlarını satışa çıxarmamışdan əvvəl İqtisadiyyat Nazirliyinin dəstəyi ilə ucuz qiymətə əldə etdikləri araq süzən aparatdan keçirdirlər.
Həsən MƏMMƏDOV yazır: Bizdən hərəkət, tanrıdan bərəkət.

Söhbətimiz zamanı Şurud kəndinin qız-gəlinləri, Şahmərdan İmanovun yaxın qohumları onun həyətində toplaşıb yorğan-döşək sırıyirdılar. Məlum oldu ki, Şahmərdan İmanov böyük qızını Culfa rayonunun Ərəfsə kəndinə gəlin köçürməyə hazırlaşır. Xanımların hazırladığı bu cehizlik yorğan-döşəyin yununu isə o, təsərrüfatındakı qoyun-quzudan əldə edib. Yardımsevər qonşular da belə xeyir iş olanda bir-birinə yardıma gəlirlər. Əməkçi xanımlar bizim söhbətimizə qoşularaq bildirdilər ki, toy sahibi süfrəni həmişə kəndimizin min bir nemətləri ilə hazırladığı məhsullarla – çaşır, baldırğan, şomu və boludan hazırlanan turşularla, müxtəlif meyvə kompotu və araqlarla, ev sahibinin öz heyvanlarının ətindən hazırlanan müxtəlif kabab və yeməklərlə – bəzəyir. Hansısa təam süfrədə çatışmayanda qonşular o neməti öz evindən gətirib süfrəni tamamlayırlar. Beləliklə, hamı bir-birinə dayaq olur.
Şurud kəndi dağlıq ərazidə olduğu üçün burada yağıntı çox olur, bu səbəbdən də kənd camaatı taxıl əkinində, əsasən, dəmyə əkinçiliyinə üstünlük verirlər. Lakin həyətyanı sahələrində və kənarda əkdikləri bostan bitki və tərəvəzləri üçün suvarma suyundan istifadə edirlər. Yurd sakinlərinin təsərrüfat suyu və içməli su sarıdan heç bir çətinlikləri yoxdur. Əkinçilikdə, əsasən, Qaradərə çayının və Şah Abbas gölünün suyundan istifadə edilir. Arazın sol qolu olan və yaz, yay, payız aylarında yağan yağışlar hesabına qidalanan Qaradərə çayı öz başlanğıcını dağlardan götürür. Kənddə evlərin hamısı çeşmə suyu ilə təmin olunub. Sakinlər torpağı becərməklə yanaşı təbiətin bəxş etdiyi digər nemətləri də toplayıb güzəranları üçün istifadə edirlər. Yazda toplanan dağ pencərləri və şəfalı bitkilərdən qışa hazırlıq görürlər. Artıq qalanlarını isə ailə büdcələrini möhkəmləndirmək üçün satışa çıxarırlar.
Ev sahibinə gözaydınlığı verib, səmimi söhbətə görə təşəkkür etdikdən sonra arı ailələrinin yerləşdiyi yaylaqlara yola düşürük ...
Bələdçiliyimizi üstlənən Fariz müəllim, əvvəlcə, Məmməd düzü adlanan yaylağa üztutmağı məsləhət görür. Bizi burada ilk qarşılayan Qeys Nuriyev olur. O, 71 yaşına qədəm qoyub və 48 ildir arıçılıqla məşğul olur. Şurud və qonşu kəndlərin sakinləri təcrübəli arıçının bilkilərindən faydalanırlar. Müsahibim bildirir ki, uşaqlarının hamısını böyüdüb boya-başa çatdırıb, evləndirib. Onlar işləri ilə əlaqədar paytaxt Bakıda məskunlaşıblar. Hər il yayda kəndə istirahətə gəlirlər. Mən də uzun illər (15 il) Şurud kəndində poçtda, daha sonra icra nümayəndəliyində işlədikdən sonra təqaüdə çıxmışam və həyat yoldaşımla doğma kəndimdə yaşayıram. Kəndimizin təmiz havası, suyu burada sağlam həyat üçün tanrının bizə bəxş etdiyi əvəzsiz nemətlərdəndir. İndi dövlətimiz biz təsərrüfatçılar üçün hər cür şərait yaradıb. Mən cavan vaxtlarımda ailəmin ərzaq tədarükü üçün təsərrüfatın hər sahəsi ilə məşğul olurdum, ahıllığımda isə az fiziki əmək tələb edən, daha çox gəlir gətirən arıçılıqla məşğulam. Əvvəllər 100 arı ailəsi saxlayırdım, indi isə fiziki imkanlarım əl vermədiyindən onların sayını 50-yədək azaltmışam. İndi bu sahədə də estafeti gənc nəslə ötürürük.
– Söhbət əsnasında məlum olur ki, Qeys Nuriyevin kiçik qardaşı Arif Nuriyev ata-baba məşğuliyyəti olan arıçılığı daha da inkişaf etdirib. O, 5 arı ailəsi ilə təsərrüfat fəaliyyətinə başlayıb. Keçən il onların sayını 145-ə, bu il isə 173-ə çatdırıb:
– İndi hər arı ailəsinə görə dövlətimiz bizə 10 manat subsidiya ödəyir. Biz də ödənilən bu vəsaitlə arının bütün dərman və digər xərclərini qarşılayırıq. Baldan əldə etdiyimiz gəlir isə sırf özümüzə qalır. Dövlətin yaratdığı bu imkanlar cavan vaxtlarıma təsadüf etsəydi, indi arı ailələrimin sayını 300 qədər çatdırmışdım.
Fərəhli haldır ki, bu gün hər bir gənc ailə yaradılan imkanlardan səmərəli istifadə edib öz güzəranını ideal səviyyəyə çatdıra bilir. Həmsöhbətim onu da əlavə etdi ki, bu gün insan amilinə hesablanmış həyatın bütün sferaları dövlətin qayğısı ilə əhatə olunub. Kənd sakinlərinin rahatçılığı üçün müasir üslubda kənd və xidmət mərkəzləri tikilib onların istifadəsinə verilmişdir. İstənilən kənd sakini bu gün internet və poçt xidmətinin imkanlarından yararlanıb dünyanın o biri başından ucqar dağ kəndi Şuruda istədiyi bağlamanı gətirdə və ya uzaqdakı yaxınları ilə üzbəüz videobağlantı ilə danışa bilir. Kənddə bu gün hər bir ev yüksək sürətli internetlə təmin olunub. Bunun nəticəsidir ki, mən uzaqda olan övladlarımla, nəvələrimlə hər gün videogörüntülü danışıram.
Həsən MƏMMƏDOV yazır: Bizdən hərəkət, tanrıdan bərəkət.

Şah Abbas gölü

Təcrübəli arıçı ilə vidalaşıb arıçıların əsas məskunlaşdığı “Yarpaqlı” deyilən yaylağa üz tuturuq. Şurud kəndindən əlavə Gal, Dizə, Yaycı, Əbrəqunus və digər kəndlərimizdən də arıçılar öz arı ailələrini bu yaylağa gətirirlər. Buranın vizual mənzərəsi, təmiz və sərin havası insanı valeh edir. Hər tərəfdə sıra ilə düzülmüş arı yeşiklərinin arasında insanlar arılara qulluq edir, kimi isə iş yorğunluğunu samovarın başında çay içərək çıxarmağa çalışır. Səksən iki yaşını haqlamış Abdulla dayı bizi də çaya dəvət edir. O, təbii dağ otlarından dəmlədiyi çaydan bəh-bəhlə içib, gəlişimizin məqsədini bilərək bizimlə söhbətləşir:
- Dövlətimizin yaratığı imkanlar hesabına bu gün kəndlərədə gün-güzəran yüksək səviyyədədir. Mən özüm uzun illər Şurud kəndində məktəb direktoru işləmişəm. Bizim vaxtımızda kəndin məktəbi palçıqdan hörülmüş, üstü torpaqla örtülmüşdü. Sinifləri odun peçi ilə isitməyə çalışsaq da, sınıq-salxaq qapı- pəncərələr sinifi isitməyə imkan vermirdi. Şagirdlər dərsliklərin, fənn müəllimlərin yoxluğundan əziyyət çəkir, qış aylarında qaranlıqda çıraq ışığında dərs oxuyrdular. Bu gün isə kəndin mərkəzində göz oxşayan, geniş, işıqlı sinif otaqları olan müasir məktəb tikilib. Sinif otaqları quraşdırılmış müasir istilik sitemi ilə isidilir. Məktəb internet, elektron sinif otağı, laboratoriya ilə təmin olunub. Şagirdlərin bütün dərs vəsaitləri dövlət tərəfindən pulsuz verilir. Digər kəndlərdən təyinat yolu ilə ixtisas müəllimləri kəndə dərs demək üçün göndərilir. Təyinat alan müəllimlərin kirayə pulunu dövlət ödəyir.
Həsən MƏMMƏDOV yazır: Bizdən hərəkət, tanrıdan bərəkət.

Yarpaqlı yaylağı
Abdulla dayının söhbətini icra nümayəndəsi təsdiqləyərək məlumat verdi, - görülən işlərin bariz nümunəsidir ki, son 10 ildə (2008-2018-ci illərdə) məktəb ali məktəblərə qəbul imtahanlarında yüz faizli nəticə göstərib. Bu dövr ərzində ali məktəbə 55 məzun qəbul olunub. Onlardan 16 nəfəri 500-dən yuxarı bal toplayıb. Kənddə insanların mənəvi istirahətinin təmin olunması məqsədilə sakinlər üçün kitabxana da yaradılıb.
Abdulla dayı söhbətinə davam edir: Vallah gözəl zəmanədə yaşayırıq. Bu gün kəndə böyük qayıdış var. Elə götürək mənim bacım oğlu Yadulla Əhmədovu. O, uzun illər Bakı şəhərində yaşamasına baxmayaraq, muxtar respublikada yaradılmış şəraittdən istifadə edib Şurud kəndində təsərrüfat fəaliyyəti ilə məşğul olmağı qərara alıb. Kənddə özünə ev tikir. Evinin tikintisini müəyyən səbəblərdən bir müddət gecikdirməli olub. İnşallah bu il və ya gələn il o, evini tamamlayıb, doğma kəndində məskunlaşacaq.
İcra nümayəndəsi əlavə olaraq bildirir: Kəndimizi məskən seçənlər çoxdur. Onlardan biri də Vüsal Məhərrəmovdur. Uzun illər Milli Ordu sıralarında xidmət edən Vüsal Məhərrəmov artıq təqaüdçü kimi Şurud kəndində bir oğlu və həyat yoldaşı ilə məskən salıb. Kirayədə qalan zəhmətkeşə dövlətimiz torpaq hədiyyə edib. Hazırda həmin torpaqda evinin tikintisini davam etdirir. Meyvə-tərəvəz əkini ilə məşğul olan zəhmətkeş ilkin olaraq 5 arı ailəsi alıb saxlayır. Gələcək illərdə onların sayını artırmaq niyyətindədir.
Həsən MƏMMƏDOV yazır: Bizdən hərəkət, tanrıdan bərəkət.

Göründüyü kimi, əhalinin məşğuluğunun təmin olunması məqsədilə Tədbirlər Planı hazırlanır və sistemli şəkildə həyata keçirilir. Bu gün iri və orta sahibkarların, ailə təsərrüfatçılarının rastlaşdığı problemlər öyrənilir, onların həlli istiqamətində qətiyyətli addımlar atılır. Onlara güzəştli kreditlər verilir, ərsəyə gətirdikləri məhsulların bazara çıxarılması üçün şərait yaradılır. Geriyə bircə şey qalır, bizdən hərəkət, tanrıdan bərəkət.


Fotolar Samir Əhmədovundur


Paylaş



Bölmə: İqtisadiyyat / Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!