Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
Tarix : 6-04-2017, 16:39
Yardımlıda bir məktəb var…

Yardımlıda bir məktəb var…
Söhbət rayondakı Ərzilə kənd orta məktəbindən gedir

Azərbaycanın səfalı, əsrarəngiz gözəlliklərindən don geymiş, göz oxşayan mənzərəli guşələr saysız-hseabsızdır. İstər respublikamızın şimal və qərbində, istərsə də şərq və cənubunda adı dillərdə dastan bölgələrimiz ilin bütün fəsillərində öz axar-baxar mənzərələri ilə diqqət çəkir. Ölkəmizin cənub zonası da bu cəhətdən daha füsunkardır. Masallı və Lənkəran, Cəlilabad və Astara, Lerik və Yardımlı - təbiətin əli və Ulu Tanrının qüdrətilə yaradılmış bu rayonlarımızın hər biri bu gün öz əzəməti və qüdrəti ilə tanınır. Mən hər dəfə bu ecazkar yerlərə səfər edəndə, bir yeniliyin, xüsusi bir gözəlliyin şahidi oluram. Növbəti dəfə yolumu qocaman Talış sıra dağlarının ətəyinə övlad kimi sığınmış Yardımlıdan salmışdım. Doğrusu, gördüklərimdən heyrətlənmişdim. Təmiz dağ havası, təbiətin min bir gözəlliyi, səliqə-sahman, abadlıq, rahat kənd yolları bu rayonda yaşayan və öz yurdunu ürəkdən sevən yardımlıların əllərinin zəhmətidir.

Yardımlı rayonu əsasən əkinçilik və heyvandarlıqla məşğuldur. Ölkə Prezidenti cənab İlham Əliyevin dağlıq rayonların sosial-iqtisadi inkişafı haqqında fərmanı bu rayonun da sürətli inkişafına impuls vermişdir. Rayonun ən ucqar kəndi olan Arvana asfalt yolun çəkilməsi, kəndin öz simasını kökündən dəyişməsi dediklərimə canlı misaldır. Yardımlının kəndlərində Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın dəstəyi ilə müasir tipli orta məktəb və tibb məntəqələri, uşaq bağçaları, başqa mədəni-məişət və iaşə obyektlərinin tikilib istifadəyə verilməsi rayon sakinlərinin tam rahatlığının təmin olunmasına əsaslanıb. Belə göz oxşayan kəndlərdən biri də Ərsilə kəndidir. Kəndin yaraşıqlı küçələrindən keçib Jiy kəndinə istiqamət götürürük. Kəndin girəcəyində dünyagörmüş ağsaqqallarla ədəb-ərkanla görüşürük. Bu yerlərin canlı şahidləri olan ağsaqqallardan kəndin tarixi keçmişi barədə maraqlı məlumatlar əldə edirik. Kəndin hörmətli ağsaqqalları Kərbəlayı Məhəmməd, Fəzail Dadaşov, Ağababa Cahangirov, Cəbrayıl Dadaşov və Güloğlan Əliyevin hər biri canlı tarixdir. Ömürlərinin ahıl çağını yaşayan bu el ağsaqqalları kəndin son illərdə tanınmaz dərəcədə dəyişməsindən, sakinlərin sosial həyat səviyyəsinin yüksəlməsindən ürəkdolusu söz açdılar. Güloğlan Əliyev kənd orta məktəbinin təcrübəli müəllimlərindən biridir. Sonra Güloğlan müəllim təklif etdi ki, mümkünsə çalışdığım məktəbə gedək və bu təhsil ocağının direktoru, Azərbaycan dili və ədəbiyyat müəllimi Səftər Dadaşovla tanış olun və məktəb barədə, onun uğurları haqqında sizə ətraflı məlumat versin.

Belə də etdik. Bu da adıçəkilən məktəb. Təhsil ocağının rəhbəri bizi gülərüzlə qarşılayır. Tanış oluruq. Həmsöhbətimin ömür tarixçəsi ilə tanış oluruq.
Yardımlıda bir məktəb var…

O, ömrünün 56-cı baharındadır. Doğma Ərzilədə qulluqçu ailəsində anadan olub. Burada da orta məktəbi bitirib. Sonra da iki il hərbi xidmətdə olub. Hərbi xidmətdən qayıdan gənc Səftər ali təhsil almaq məqsədilə ölkə paytaxtına gəlir. Tərəddüd etmədən sənədlərini indiki ADPU-nun filologiya fakültəsinə verir və həmin ali məktəbin tələbəsi adını qazanır.

Beləliklə, Səftər müəllim çoxdan arzusunda olduğu Azərbaycan dili və ədəbiyyat müəllimi kimi Ərzilə kənd məktəbində müəllim kimi fəaliyyətə başlayır. Artıq 34 ildir ki, uşaqların əhatəsindədir, onlara atalıq qayğısı göstərir.

Həmkarım bu illər ərzində savadlı və təcrübəli müəllim kimi həm məktəb kollektivinin, həm də kənd sakinlərinin dərin hörmət və məhəbbətini qazanmışdır.

Söhbət zamanı Səftər müəllim çalışdığı məktəb kollektivinin fəaliyyətindən, kəndin sosial inkişafından, adamların gün-güzəranından, o cümlədən yaşadığı Ərzilə kəndinin etimologiyasından söhbət açdı. Qeyd etdi ki, “Ər” sözü - kişi, başçı deməkdir, “silə” isə dolu mənasını verir. Kənd ağsaqqalları da Səftər müəllimin sözlərini təsdiq etdilər.

Rayon rəhbərliyi və təhsil şöbəsi Səftər müəllimin işgüzarlığını və təşkilatçılıq bacarığını nəzərə alaraq onu çalışdığı məktəbə direktor vəzifəsinə təyin etmişlər. Artıq 14 ildir ki, o, kollektivə rəhbərlik edir. Səftər müəllim ağsaqqal kimi bütün Yardımlı rayonunda sayılıb-seçilir, ona xətir-hörmət göstərilir. Bu məqamda rəhmətlik aşıq-şair Mikayıl Azaflının “Qocalıq” adlı qoşmasında bir bənd yadıma düşdü:

Olubdursa xalqa sənin hörmətin,

İnsan kimi baha olar qiymətin.

Cavanlıqda varsa xətir-hörmətin

Ağsaqqalsan eldən-elə, qocalıq…

Aşıq çox gözəl deyib: cavanlıqda əməlinlə, işinlə xətir-hörmət qazan ki, insan kimi qiymətin baha olsun, sayılıb-seçiləsən, hamıya ağsaqqallıq edə biləsən.

Səftər müəllimin rəhbərlik etdiyi müəllim kollektiv arasında möhkəm nizam-intizam, sağlam ab-hava, müəllim-şagird, məktəb-valideyn, məktəb-valideyn-şagird münasibətləri yüksək səviyyədədir. Hər il məktəbin neçə məzunu respublikanın müxtəlif ali məktəblərinə qəbul olur, təhsil ocağında çalışan müəllimlərə başucalığı gətirir. Bütün bunların şahidi olan Səftər müəllim sevinir ki, başçılıq etdiyi müəllim kollektivinin, müəllim həmkarlarının zəhməti hədər getməyib.

Biz də Səftər Dadaşov başda olmaqla Ərzilə kənd orta məktəbin müəllim kollektivinə müqəddəs və şərəfli peşələrində uğurlar arzulayırıq. Ümummilli liderimiz Heydər Əliyev əbəs yerə deməyib ki, “Mən Yer üzündə müəllimdən gözəl peşə tanımıram”…

Hüseyn Məmmədov,
“Bütöv Azərbaycan” qəzeti
6 aprel 2017-ci il


Paylaş



Bölmə: Mədəniyyət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!