UEFA AVRO-2024-lə bağlı qərar qəbul etdi .....                        Biz tam eyni tədbirləri görürük və qırmızı xətləri keçmirik - Prezident .....                        Prezident Azərbaycanın uğurlarının səbəbini açıqladı .....                        Ceyhun Bayramov Çexiyadakı çıxışı zamanı geri qaytarılmış kəndlərdən danışdı .....                        Azərbaycan çempionatının qalibi müəyyənləşdi .....                        İtkin düşən qadının meyiti tapıldı .....                        İlham Əliyev quru sərhədləriylə bağlı önəmli açıqlama verdi .....                        Qonşularla əla münasibətlər qura bilmişik - İlham Əliyev .....                        Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək .....                       
Tarix : 15-05-2016, 10:56
ŞAGİRDLƏRİNİN QƏLBİNƏ YOL TAPAN MÜƏLLİMƏ



Azərbaycan təhsilinin inkişafına töhfələr verən təhsil ocaqlarından biri də Bakının Suraxanı rayonundakı 87 nömrəli tam orta məktəbdir
.

Qeyd edim ki, bu təhsil ocağı 1928-ci ildən fəaliyyət göstərir. Burada təhsil həm Azərbaycan, həm də rus dillərində keçirilir. Böyük təhsil ənənələri olan məktəb minlərlə gəncin həyat yolunda mayak olub. Demək olar ki, 88 il ərzində məktəb yüzlərlə həkim, müəllim, mühəndis, iqtisadçı və cəmiyyətimizin aparıcı sahələrini əhatə edən müxtəlif ixtisaslı kadrlar yetişdirib. Məktəbin II və III mərtəbələri 1959-cu ildə tikilsə də, əlavə korpus 2005-ci ildə tikilib. Hazırda məktəbin 62 rahat və işıqlı sinif otaqlarında 816 şagird Azərbaycan bölməsində, 795 şagird isə rus bölməsində təhsil alır. Məktəbdə müxtəlif fənn kabinetləri və laboratoriyalar, akt zalı, idman zalı şagirdlərin istifadəsinə verilib. Təhsil ocağında nümunəvi müəllimlər çalışır. Onların hər birinin pedaqoji işi təqdirə layiqdir. Müəllimlərin hər il yola saldığı məzunlarının sorağı dövlət ali məktəblərindən gəlir. İndi məktəbin böyük etimadını doğruldan məzunlarla bütün müəllimlər fəxr edirlər. Qocaman təhsil ocağına qabaqcıl təhsil işçisi Elmira Ələkbərova rəhbərlik edir. Elmira müəllimə təhsil ocağında ciddi intizam yaratmaqla bərabər, həm də böyük pedaqoji təcrübəyə malikdir. Məktəbin direktoru Elmira Ələkbərova işlədiyi illər ərzində pedaqoji kollektivin, valideynlərin nüfuzunu qazanıb.
ŞAGİRDLƏRİNİN QƏLBİNƏ YOL TAPAN MÜƏLLİMƏ

Haqqında söhbət açdığım təhsil ocağında peşəsini ürəkdən sevən müəllimlərdən biri də ibtidai sinif müəllimi Məlahət Pirverdiyevadır. O, 1997-ci ildən 87 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi işləyir. Şagirdlərinə savad verən müəlliməni hamı nümunəvi təhsil işçisi kimi tanıyır. Vaxtilə dərs dediyi şagirdlər hər dəfə məktəbə gələndə onunla görüşüb, minnətdarlıqlarını söyləyirlər. Sevindirici haldır ki, valideynlər də övladlarının təhsil almasında fədakarlıq göstərən Məlahət müəllimənin əməyini həmişə yüksək dəyərləndirirlər. Deyirlər ki, o müəllimə xoşbəxtdir ki, şagirdlərinin qəlbinə yol tapır. Məlahət Pirverdiyeva da xoşbəxtdir ki, şagirdlərinin təlim-tərbiyəsinə sərf etdiyi zəhməti hədər getməyib. İşlədiyi illər ərzində şagirdlərinin sevincinə, kədərinə şərik olan müəllimə hər zaman yenilik axtarışındadır. Müəllimə dərs prosesində təlim üsullarından da məharətlə istifadə edir. Bu gün yüksək təhsil göstəricilərinə malik olan Məlahət Pirverdiyeva III a sinfinin rəhbəridir. Onun rəhbərlik etdiyi sinifdə 34 şagird təhsil alır. Müəllimə sevinir ki, bu günə qədər dərs dediyi şagirdlərinə ana dilimizin incəliklərini, riyaziyyatın sirrlərini sevdirə bilib. O, şagirdlərinə bilik, bacarıq və vərdişlərin formalaşmasına da nail olub. 20 ilə yaxın müddətdə pedaqoji fəaliyyətlə məşğul olan Məlahət müəllimə hər zaman çalışır ki, onun şagirdləri gələcəyin gözəl mütəxəssisləri olsunlar, vətənə məhəbbət ruhunda tərbiyə alsınlar. Məlahət Pirverdiyevanın məktəb üzrə keçirilən “Açıq dərs”ləri də həmişə qənaətbəxş hesab olunub. Məlumdur ki, ümumtəhsil məktəblərində kurikulum islahatı uğurla həyata keçirilir.
ŞAGİRDLƏRİNİN QƏLBİNƏ YOL TAPAN MÜƏLLİMƏ
ŞAGİRDLƏRİNİN QƏLBİNƏ YOL TAPAN MÜƏLLİMƏ

Məlahət müəllimənin dərs prosesində yeni təlim texnologiyalarından məharətlə istifadə etməsi şagirdlərin yeni mövzunu daha dəqiq qavramasında həlledici əhəmiyyətə malikdir. Müəllimənin fərdi, cütlərlə, böyük və kiçik qruplarla iş şəklində qurduğu dərslərdə əməkdaşlıq və yaradıcılıq formalaşır. Müəllimənin digər əsl peşəkarlığı odur ki, şagirdlərinin fərdi xüsusiyyətlərini nəzərə alaraq onların xarakterinə uyğun münasibət qurmağı bacarır. Hazırda 87 nömrəli tam orta məktəbin şagirdləri tarixi anım günlərində, sinifdənxaric, dərsdənkənar tədbirlərdə fəallığı ilə seçilirlər. 2015-ci ilin dekabrında ulu öndər Heydər Əliyevin anım günündə III a sinfinin şagirdləri onun xatirəsini ehtiramla yad etdilər, Qeyd edim ki, məktəb, rayon, şəhər tədbirlərində iştirak edən balaca fidanların çıxışları həmişə alqışlarla qarşılanıb. Belə ki, bu ilin mart ayında “Elimizə bahar gəlir” mövzusunda keçirilən məktəb şənliyində şagirdlər xalqımızın Novruz adət-ənənələrini layiqincə tərənnüm etmişlər. Uşaqların hazırladığı “Kosa-kosa”, “Ənzəli”, “Kəndir dartma” və sair xalq oyunları, əyləncəli səhnəciklər tədbir iştirakçılarına xoş ovqat bəxş etmişdi. Həmin gün balacaların tədbirində onların valideynləri də iştirak etmişdir. Bayramın atributları olan keçəlin, kosalın məzəli söhbətləri, milli geyimdə nümayiş olunan rəqslər, bahara həsr olunan mahnılar uşaqların yaddaşından silinməyib. Bu günlərdə ulu öndər Heydər Əliyevin doğum günü məktəbdə qeyd olunub. III a sinfinin şagirdləri ümummilli lider Heydər Əliyevin 93-cü ildönümü ilə əlaqədar keçirilən tədbirdə şeir və mahnı çələngini ərməğan ediblər. Məlahət müəllimə şagirdlərinin mədəni istirahətinə həmişə qayğı göstərir. Müəllimə ilə söhbət edərkən o, qeyd etdi ki, “uşaqlar bizim gələcəyimizdir. Biz müəllimlər şagirdlərimizin sağlam böyüməsi, gözəl təhsil alması üçün var-gücümüzlə çalışmalıyıq. Mən şagirdlərimə hər zaman vətənpərvərlik hissini aşılamağa çalışıram. Xüsusən də şagirdlərimi tətil günlərində şəhərimizdəki muzeylərlə, tarixi abidələrlə tanış edirəm. Məlumdur ki, belə görüşlər zamanı şagirdlər arasında dostluq, səmimiyyət, xoş əhval-ruhiyyə yaranır”. Sonra müəllimə qeyd etdi ki, onun şagirdlərinin ən çox sevdikləri digər məşğuliyyət isə teatr tamaşalarında kollektiv iştirak etməkdir. Beləcə, şagirdlərinə diqqət və qayğı göstərən müəllimənin pedaqoji fəaliyyəti ilə yaxından tanış olduq. Bu gün daima üz üzərində çalışan gənc müəllimə Məlahət Pirverdiyeva indi dərs dediyi balaca fidanlara da böyük ümid bəsləyir. Ən əsası o, inanır ki, bilik verdiyi III a sinfinin şagirdləri gələcəkdə cəmiyyət üçün yüksək savadlı, intelektual səviyyəli və əsl vətənpərvər övladlar olacaqlar. Biz də yaradıcı və nümunəvi təhsil işçisi Məlahət Pirverdiyevaya pedaqoji fəaliyyətində uğurlar arzulayaraq, qarşıdan gələn ad gününü şagirdləri adından təbrik edirik! Ad gününüz mübarək, Məlahət müəllimə!
ŞAGİRDLƏRİNİN QƏLBİNƏ YOL TAPAN MÜƏLLİMƏ

Təranə Cəbiyeva


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!