Tramp 350 demişdi, Zelenski 100 deyir .....                        Lavrov Türkiyədə .....                        Məktəblərdə dərslər onlayn keçiriləcək? - RƏSMİ .....                        BDU tələbələrinin nəzərinə! - Sabah dərslər... .....                        “Mançester Siti” öz meydanında məğlub oldu .....                        Bakıda taksi qiymətləri kəskin artıb .....                        Kansler məğlub olduğunu etiraf etdi .....                        Sabah universitetlərdə dərslər onlayn olacaq .....                        Almaniya seçkiləri: ilkin nəticələr məlum oldu .....                       
Tarix : 22-11-2016, 12:14
Kanada şirkəti Azərbaycandakı neft yatağından ilk dividendini əldə edib

Kanadanın “Zenith Energy Ltd.” şirkəti Azərbaycanın quruda yerləşən “Muradxanlı-Zərdab-Cəfərli” yataqlarından avqust-sentyabr aylarında hasil olunan "Ural" neftinin satışından ilk iki ödənişi alıb.
Butov.az “Report”-a istinadən xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.
Qeyd olunub ki, xam neft Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinə satılıb və ödəniş İdarə ilə Azərbaycandakı əməliyyatlar üçün yaradılmış “Aran Oil Operating Company” arasındakı sazişə əsasən qəbul edilib.
“Ödənişlər şirkətin gözləntisinə uyğun olaraq “Zenith Aran” şirkətinə oktyabrın 29-da və noyabrın 15-də çatdırılıb. Əlavə xam neft həcmləri “Zenith Aran” tərəfindən beynəlxalq boru kəmərləri şəbəkəsinə çatdırılır. “Zenith Aran” xam nefti Şirvan Neft Terminalından daxildə SOCAR boru kəmərləri şəbəkəsi vasitəsilə, sonra isə “Transneft” vasitəsilə Novorossiysk (Rusiya, Qara dəniz - Bakı-Novorossiysk boru kəməri ilə) limanına çatdırılır. Alternativ olaraq, xam neft Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə Aralıq dənizinə də (Türkiyə) çıxara bilər”, - deyə məlumatda qeyd olunub.
"Zenith Aran Oil Company”nin baş icraçı direktoru Andrea Kattaneo Azərbaycanda kommersiya əməliyyatlarının sürətli inkişafından məmnun olduğunu bildirib: “Sevindirici haldır ki, “Muradxanlı” neftindən ilk ödəniş nəzərdə tutulan tarixdən 2 gün öncə qəbul edilib. İkinci ödəniş bu prosesdə bizim inamımızı daha da artırıb. Artıq gündəlik 300 barel hasilatla aylıq ödəniş 360 min dollar təşkil edir. Rəhbərliyin hər zaman bizim alıcımızın - SOCAR-ın Marketinq və İqtisadi Əməliyyalar İdarəsinin keyfiyyət və etibarına inamı olub və bizimlə eyni inamı paylaşması üçün bu nəticələri beynəlxalq investorlara çatdrımaq vacibdir".
Qeyd edək ki, Kanadanın "Zenith Energy Ltd." şirkəti Azərbaycanda "Zenith Aran Oil Company Ltd." müəssisəsini yaradıb. Yataqlar blokunda əməliyyatı “Zenith Aran Oil Company” və SOCAR-ın yaratdığı "Aran Oil" əməliyyat şirkəti aparır.
Bu il martın 16-da Bakıda SOCAR və “Zenith Aran Oil Company Ltd.” şirkətləri arasında “Muradxanlı”, “Cəfərli” və “Zərdab” neft yataqlarının daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında (PSA) saziş imzalanıb.
Sazişi SOCAR-ın prezidenti Rövnəq Abdullayev və "Zenith Aran Oil Company”nin baş icraçı direktoru Andrea Kattaneo imzalayıblar.
Sazişdə “Zenith” şirkəti 80%-lik, bütünlükdə SOCAR-a məxsus ortaq neft şirkəti isə 20%-lik iştirak payına malikdir. Saziş 25 il müddətində qüvvədə olacaq. Yataqların ümumi sahəsi 642,4 kv. km ərazini əhatə edir.


Paylaş



Bölmə: İqtisadiyyat / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!