Azərbaycanla Gürcüstan arasında saziş imzalandı .....                        Tofiq Yaqubluya 9 il həbs verildi .....                        Fransa təkrar-təkrar əsassız iddialar səsləndirir - RƏSMİ .....                        Ceyhun Bayramov Qazaxıstana getdi .....                        Spiker Tbilisidə Heydər Əliyevin abidəsini ziyarət edib - FOTO .....                        DTX rəisi Beynəlxalq Komissiyanın baş direktoru ilə görüşdü .....                        Ehtiyatda olan hərbçilər orduya çağrıldı - FOTO .....                        Sahil Babayev ona yüksək vəzifə verdi .....                        Ermənistanın təcavüzü nəticəsində 4 min azərbaycanlı itkin düşüb .....                       
1-06-2023, 00:30
Özbəkistanla Niyyət Protokolu imzalandı


Özbəkistanla Niyyət Protokolu imzalandı

Mayın 31-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Özbəkistanın “Uzbekneftegaz” Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Baxodirjon Sidiqov ilə görüşüb. SOCAR-dan bildirilib ki, görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2022-ci ilin iyun ayında Özbəkistana dövlət səfərinin qarşılıqlı əməkdaşlıq əlaqələrinin inkişafı baxımından mühüm əhəmiyyət daşıdığı vurğulanıb. Dövlət başçıları tərəfindən qəbul olunan qərarların və verilən tapşırıqların icrası istiqamətində ötən dövr ərzində önəmli addımların atıldığı ifadə edilib. Bu xüsusda ötən ilin iyul ayında SOCAR ilə “Uzbekneftegaz” arasında əməkdaşlığın genişləndirilməsinə dair “Yol xəritəsi”nin strateji əhəmiyyəti diqqətə çatdırılıb, bu istiqamətdə görülən işlər nəzərdən keçirilib. Görüş çərçivəsində neft-qaz sektorunda əməkdaşlıq imkanları, neft və neft-kimya məhsullarının ticarəti, rəqəmsal və innovativ texnologiyaların tətbiqi, əməyin sağlamlığı və təhlükəsizliyi, təcrübə mübadilələrinin aparılması və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.Görüşün sonunda SOCAR ilə “Uzbekneftegaz” arasında neft, neft-kimya, qaz-kimya və digər neft məhsullarının ticarət və logistikasına dair Niyyət Protokolu imzalanıb.
31-05-2023, 13:29
Türkiyədə ticarət nümayəndəmiz təyin edildi


Türkiyədə ticarət nümayəndəmiz təyin edildi

Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin icraçı direktoru Tamerlan Tağıyev Azərbaycanın Türkiyədə ticarət nümayəndəsi təyin edilib. Tamerlan Tağıyev Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq əlaqələr fakültəsinin beynəlxalq hüquq ixtisası üzrə bakalavr və magistr pillələrində təhsil alıb. Bundan əlavə, Dövlət İqtisad Universitetinin biznesin idarəolunması proqramı üzrə MBA, həmçinin, ABŞ-ın Corcia Dövlət Universitetində dövlət idarəçiliyi üzrə magistr təhsili alıb. 2001-ci ildə əmək fəaliyyətinə başlayıb, müxtəlif özəl və dövlət qurumlarında çalışıb, o cümlədən Avropa Məhkəməsinə Müraciətetmə Mərkəzində və İqtisadi İnkişaf Nazirliyində işləyib. 2008-ci ildən İslam İnkişaf Bankı (İİB) Qrupunun Azərbaycandakı təmsilçisi vəzifəsini yerinə yetirib, 2021-ci ildən isə Azərbaycan, Albaniya və Orta Asiya ölkələrini İİB-in Direktorlar Şurasında icraçı direktor qismində təmsil edir. 2020-2021-ci illər ərzində Dünya İqtisadi Forumunun Rəqəmsal Ticarət Platforması çərçivəsində mübadilə proqramının iştirakçısı olub. 2021-2023-cü illərdə İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin icraçı direktoru vəzifəsində çalışıb. Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru vəzifəsi Mərkəzin icraçı direktorunun müavini Fariz Cəfərova həvalə olunub. Fariz Cəfərov Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında dövlət idarəçiliyi üzrə bakalavr, Madrid və Milan politexnik universitetlərində dövlət xidmətlərində süni intellektin tətbiqi üzrə ikili magistr, “London Webster Graduate School” məktəbində biznesin idarə edilməsi, Dyuk Universitetinin Fuqua Biznes məktəbində adaptiv strateji idarəetmə və Corc Vaşinqton Universitetində layihələrin idarə edilməsi üzrə magistr təhsili alıb. 2019-2022-ci illərdə Fariz Cəfərov Azərbaycan Hökumətini Avropa Şurasının Süni İntellekt Komitəsində təmsil edib. Fariz Cəfərov dövlət sektorunda bir sıra istiqamətlər, xüsusilə dövlət xidmətlərinin rəqəmsallaşdırılması, kənd təsərrüfatı, turizm, tikinti və sosial xidmətlər üzrə on ildən artıq təcrübəyə malikdir. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Mərkəzi Bank və bir sıra özəl və dövlət qurumlarında rəhbər vəzifələrdə fəaliyyət göstərib. Son 5 ildə Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru vəzifəsində çalışıb, ölkə üzrə 50-dən çox strateji əhəmiyyətli rəqəmsal layihəyə, o cümlədən ASAN Viza, ASAN Bridge, ASAN Ödəniş, “e-satınalma”, Elektron Hökumət və “MyGov” portalları, eləcə də digər layihələrə rəhbərlik edib.

27-05-2023, 21:52
Laçının Şəlvə kəndinin təməli qoyuldu


Laçının Şəlvə kəndinin təməli qoyuldu

Mayın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Laçın rayonunun Şəlvə kəndinin təməlqoyma mərasimində iştirak edib. Dövlətimizin başçısına Şəlvə kəndi barədə məlumat verildi. Bildirildi ki, rayonun şimalında, Şəlvəçayın sahilində, dəniz səviyyəsindən 1540 metr yüksəklikdə yerləşən Şəlvə kəndindən Laçın şəhərinə qədər məsafə 55 kilometrdir. Yenidən qurulacaq yaşayış məntəqəsinin tərkibinə yaxınlıqda yerləşən İmanlar kəndi də daxil ediləcək. Qeyd olundu ki, layihələndirilən ərazinin ümumi sahəsi 128,28 hektardır. Ərazidə 445 fərdi evin inşası nəzərdə tutulub. Birinci mərhələdə Şəlvə kəndinə qayıdacaq 494 sakin üçün 130 fərdi ev tikiləcək. Bundan başqa, kənd ərazisində inzibati bina, mədəniyyət evi, 264 şagird yerlik məktəb, 60 yerlik uşaq bağçası, ailə sağlamlıq mərkəzi, bazar kompleksi və digər zəruri infrastruktur obyektləri inşa olunacaq. İşğaldan əvvəl fəaliyyət göstərən və məcburi köçkünlük dövründə fəaliyyətini davam etdirən Şəlvə kənd musiqi məktəbi də yenidən tikiləcək. Diqqətə çatdırıldı ki, kəndin ümumi konsepsiyası ərazinin coğrafi şəraiti, relyefi, mövcud və planlaşdırılan infrastrukturu, həmçinin tarixi quruluşu nəzərə alınaraq, müasir təcrübəyə uyğun orqanik layihələndirmə prinsipləri əsasında işlənilib. Yamacda yerləşən ərazilər əsasən evlərindən ibarət məhəllələr üçün nəzərdə tutulub və relyefə uyğun dolama küçələrlə əlaqələndirilib. Müəyyən yerlərdə məhəllə meydanları layihələndirilib. İctimai binaların və fərdi evlərin memarlığı yerli ənənələrdən ilhamlanaraq, müasir standartlara uyğun dizayn edilib. Kənd ərazisində yerləşən və orta əsrlərə aid olan tarixi məbədin konservasiyası da nəzərdə tutulur. Bundan başqa, kəndin yerləşdiyi ərazinin səfalı və gözəl, bu səbəbdən turizm üçün əlverişli olmasını nəzərə alaraq, gələcəkdə burada Şəlvə çayının sahilində qonaq evinin və kotteclərin tikilməsi planlaşdırılır. Prezident İlham Əliyev kəndin təməlini qoydu.
27-05-2023, 21:10
Prezident “Qorçu” yarımstansiyasının açılışında iştirak etdi


Prezident “Qorçu” yarımstansiyasının açılışında iştirak etdi

Mayın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Laçın rayonuna səfərə gəlib. Dövlətimizin başçısı “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin 110/35/10 kv-luq “Qorçu” yarımstansiyasının açılışında iştirak edib. “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayev dövlətimizin başçısına stansiyada görülən işlər barədə məlumat verdi. Bildirildi ki, Laçın rayonunun Azərbaycanın ümumi enerji sisteminə qoşulması, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi üçün rayonun Qorçu kəndində 2021-ci ildə istismara verilən “Kəlbəcər” yarımstansiyasından 42 kilometr məsafədə ikidövrəli olmaqla 110 kilovoltluq yüksəkgərginlikli ötürmə xətti çəkilib. Bəzi yerlərdə 2200 metr yüksəklikdən, dağlıq, sıldırım qayalıq, çaylaq, sıx meşəlik və ən əsası yolsuzluq şəraitində çəkilən ötürmə xətti boyunca hər birinin çəkisi orta hesabla 10 ton, hündürlüyü 40 metr olan 250-yə qədər anker və aralıq dayaq basdırılıb. 110 kilovoltluq xəttin üzərindəki ildırımötürücü funksiyalı fiberoptik kabellə internet xətti çəkilib ki, bu da enerjisistemin idarə edilməsində siqnalların etibarlı şəkildə ötürülməsi və məsafədən rəqəmsal idarəetmə üçün vacib elementdir. Qeyd edildi ki, paralel olaraq Laçın rayonunun Qorçu kəndində dəniz səviyyəsindən 1800 metr yüksəklikdə 110/35/10 kilovoltluq müasir texnologiyalı yarımstansiya tikilib. Burada perspektiv inkişaf nəzərə alınmaqla 110 kilovoltluq açıq paylayıcı qurğu yaradılıb və Rəqəmsal İdarəetmə Mərkəzi inşa edilib. Yarımstansiya məsafədən idarə olunan SCADA dispetçer idarəetmə sisteminə qoşulmaqla tam avtomatlaşdırılıb, 35 və 10 kilovoltluq qapalı paylayıcı qurğularla əlaqələndirilib. Müasir avadanlıqlarla təchiz edilərək tikilən yeni yarımstansiyada hər birinin gücü 25 MVA olan iki yeni transformator quraşdırılıb. Gələcəkdə ehtiyac yaranarsa, yarımstansiyanın transformatorlarının gücünü artırmaq mümkün olacaq. Məlumat verildi ki, xüsusi razılaşdırılmış layihə əsasında müasir üslubda inşa edilən yarımstansiyanın idarəetmə binasında bütün parametrlər nəzərə alınıb. Sistem əhəmiyyətli “Qorçu” yarımstansiyanın ərazisində işçilər üçün yataqxana binası tikilib, lazımi şərait yaradılıb. Burada işləyən və qalmaq yeri ilə təmin edilən əməkdaşlar məhz laçınlılardır. “Qorçu” yarımstansiyası yaxınlığında tikilən beynəlxalq hava limanının, Laçın və Kəlbəcərdəki meqalayihələrin, o cümlədən yaşayış massivlərinin, turizm və kənd təsərrüfatı infrastrukturunun enerji təchizatında xüsusi rol oynayacaq. Yaxın perspektivdə “Qorçu” yarımstansiyasından “Laçın” şəhər yarımstansiyasına 110 kV-luq ikidövrəli ötürmə xətti çəkiləcək və bununla da işğaldan azad edilən ərazilərin dairəvi elektrik təchizatı tamamlanmış olacaq. Qeyd edək ki, “AzərEnerji” ASC tərəfindən bu günədək Qarabağda və Şərqi Zəngəzurda bir yerdə 330 kV-luq, 11 yerdə 110 kV-luq olmaqla 12 yarımstansiya tikilib, 700 kilometrə yaxın yüksəkgərginlikli ötürmə xətti çəkilib. Beləliklə, işğaldan azad olunan bütün rayonlar elektrik enerjisi ilə təmin edilib.
27-05-2023, 18:15
Prezident “Meydan” Kiçik Su Elektrik Stansiyasını işə saldı


Prezident “Meydan” Kiçik Su Elektrik Stansiyasını işə saldı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də Kəlbəcər rayonunda “Meydan” Kiçik Su Elektrik Stansiyasının açılışını edib. Dövlətimizin başçısına stansiyada görülən işlər barədə məlumat verilib. Bildirilib ki, alternativ və bərpaolunan enerji mənbələrinə keçidin sürətləndirilməsi, su ehtiyatlarından səmərəli istifadə olunması, işğaldan azad edilən ərazilərin yaşıl enerji zonasına çevrilməsi ilə bağlı Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Kəlbəcər rayonunun ərazisində Tərtərçayın sol qolu olan Meydan çayının üzərində 3,4 MVt-lıq kiçik su elektrik stansiyası tam yenidən qurulub. Ermənilər tərəfindən partladılaraq yandırılan və avadanlıqları daşınan bu stansiyanı “AzərEnerji” daha müasir və rəqəmsal qaydada yenidən qurub. Burada yeni maşın zalı tikilib, müasir hidroaqreqatlar, generatorlar, idarəetmə, rele mühafizəsi və avtomatika panelləri quraşdırılıb. 1590 metr yüksəklikdə yerləşən baş suqəbuledici qurğu, eləcə də 4564 metr uzunluğunda derivasiya borusu tam yenidən qurulub. “Meydan” Su Elektrik Stansiyası enerjisistemə inteqrasiya olunmaqla məsafədən idarəetməyə imkan verən mərkəzləşmiş SCADA sisteminə qoşulub. Bununla da stansiyanın idarəetmə sistemi avtomatlaşdırılıb, xüsusi proqram təminatı ilə rəqəmsallaşdırılaraq müasir formaya keçirilib. Eləcə də ərazidə fors-major hallar üçün 45 kVA gücündə ehtiyat dizel generatoru quraşdırılıb. Yenidən qurulan “Meydan” Kiçik Su Elektrik Stansiyasında il ərzində 10 milyon kilovat-saat elektrik enerjisi istehsal olunacaq. Prezident İlham Əliyev “Meydan” Kiçik Su Elektrik Stansiyasını işə salıb. Diqqətə çatdırılıb ki, işğaldan azad olunan ərazilərdə “AzərEnerji” ASC tərəfindən bu günə qədər 11 su elektrik stansiyası yenidən qurularaq bərpa edilib. Hazırda Kəlbəcər, Laçın və Zəngilanda 7 yerdə su elektrik stansiyalarının tikintisi davam edir. Eləcə də Kəlbəcər və Laçında daha 9 yerdə su elektrik stansiyalarının tikintisinə başlanılır. Ümumilikdə bu günə kimi yenidən qurulan və yaxın perspektivdə tikilərək istismara veriləcək bu su elektrik stansiyalarının ümumi gücü 200 MVt-a yaxın olacaq və nəticədə 600 milyon kilovat-saata yaxın ekoloji cəhətdən təmiz hidroyaşıl enerji istehsal ediləcək.
25-05-2023, 13:29
Şuşa şəhərinə qazın çəkilişi təmin ediləcək


Şuşa şəhərinə qazın çəkilişi təmin ediləcək

İşğaldan azad edilmiş ərazilərdə yüksəkvoltajlı sisteminin qurulması başa çatıb. Bunu Azərbaycanın energetika nazirinin müavini Elnur Soltanov deyib. O bildirib ki, sistemin halqa halında fəaliyyət göstərilməsi bir neçə ayın söhbətidir: "Laçın şəhərində xüsusən görülən işlər başa çatdıqdan sonra bir halqa yaranacaq. Halqanın yaranması dayanıqlıq nöqteyi nəzərindən çox vacib məsələdir". Nazir müavini, həmçinin qeyd edib ki, azad edilmiş ərazilərdə energetika sahəsində işlər sürətlə və keyfiyyətlə davam etdirilir. Qazlaşdırma məsələlərinə toxunan E. Soltanov vurğulayıb ki, Şuşa şəhərinə qazın çəkilişi təmin ediləcək və 5 ana magistral qaz kəmərlərindən biri Şuşa istiqamətində yönəldiləcək.
22-05-2023, 21:10
İqtisadiyyatımızı şaxələndirib, enerji sektorundakı asılılığı azaldacayıq


İqtisadiyyatımızı şaxələndirib, enerji sektorundakı asılılığı azaldacayıq

Azərbaycan iqtisadiyyatı sabitdir, münbit investisiya şəraiti var və o, təbii sərvətlərə əsaslanır. Lakin hazırda, eyni zamanda, əsas hədəf şaxələndirmədir. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev mayın 22-də Vilnüsdə Azərbaycan-Litva biznes forumunun açılış mərasimindəki çıxışında bildirib. Dövlətimizin başçısı deyib: “Düşünürəm ki, biz iqtisadiyyatımızı xeyli şaxələndirə biləcəyik və enerji sektorundan asılılığı azaldacağıq. Baxmayaraq, enerji sektoru enerji təhlükəsizliyimizdə və Avropanın enerji təhlükəsizliyində öz mühüm rolunu oynamağı davam etdirəcək”.
22-05-2023, 20:42
Təbii qaz təchizatı 2027-ci ilə qədər 20 milyard kubmetrə çatdırılacaq


Təbii qaz təchizatı 2027-ci ilə qədər 20 milyard kubmetrə çatdırılacaq

2021-ci ildə Avropaya təbii qaz təchizatımız 8 milyard kubmetr olmuşdur, bu il isə 12 milyard kubmetr olacaq və 2027-ci ilə qədər 20 milyard kubmetrə çatdırılacaq. Fikrimcə, bu, minimal həddi təşkil edir, çünki potensial çoxdur. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev mayın 22-də Vilnüsdə Azərbaycan-Litva biznes forumunun açılış mərasimindəki çıxışında bildirib. Mövcud yataqlardan daha çox qazın hasil edildiyini vurğulayan dövlətimizin başçısı deyib: “Bu yaxınlarda Xəzərdə ən iri yataqlardan birində hasilatın başlanmasını elan edəcəyik”. Azərbaycan Prezidenti, həmçinin bərpaolunan enerji mənbələrinə qoyulan sərmayələrin təbii qaza ixrac məqsədləri üçün qənaət etmək imkanı yaradacağını diqqətə çatdırıb: “Avropanın etibarlı təchizatçısı kimi Azərbaycan bu gün nefti, təbii qazı və elektrik enerjisini ixrac edir. Biz hidrogeni, o cümlədən yaşıl hidrogeni ixrac etməyi planlaşdırırıq. Bütün bunlar bizim Avropa İttifaqı ilə əməkdaşlığımızın strateji çərçivəsinin bir hissəsidir. Biz Azərbaycanın və Avropa Komissiyasının daha yaxın olmaq səylərinə verdikləri daimi dəstəyə görə litvalı dostlarımıza və tərəfdaşlarımıza minnətdarıq”.
22-05-2023, 12:01
Azərbaycandan Ermənistana yeni təklif


Azərbaycandan Ermənistana yeni təklif

Naxçıvan ölkədə ən yaxşı radiasiya qəbul edən bölgəmizdir. Naxçıvan bizim üçün xüsusi bölgədir. Təəssüflər olsun ki, hazırda Naxçıvan ilə quru yolumuz yoxdur. Bu, Zəngəzur dəhlizi ilə təşkil olunacaq. Bunu energetika nazirinin müavini Elnur Soltanov Bakıda keçirilən “Yaşıl iqtisadiyyat, nəqliyyat əlaqələndirilməsi və dayanıqlı inkişaf vasitəsilə təhlükəsizlik və sabitliyin təşviqində milli parlamentlərin rolu” mövzusunda konfransda bildirib. “2020-ci ildə Azərbaycan və Avropa Komissiyası arasında bağlanan müqavilədə üç enerji koridoru haqqında danışılır. Onlardan biri “Yaşıl enerji”dir ki, bununla da enerji Ermənistandan Naxçıvana, oradan Türkiyəyə və digər Avropa ölkələrinə göndəriləcək. Onu da qeyd edim ki, 90-cı illərin əvvəlində Azərbaycan davamlı sülh naminə Ermənistana enerji sahəsində əməkdaşlıq təklif edib. Amma təəssüf ki, Ermənistan bu fürsətdən istifadə etmədi. Biz yenidən Azərbaycan hökuməti olaraq qonşu Ermənistana enerji sahəsində əməkdaşlıq təkliflərimizi edirik. Təbii ki, burada qarşılıqlı öhdəliklər olacaq”, - deyə nazir müavini qeyd edib.
16-05-2023, 12:02
“Zəngilan” tankerinin suya salınması mərasimi keçirildi


“Zəngilan” tankerinin suya salınması mərasimi keçirildi

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Qaradağ Sənaye Parkının rezidenti “Bakı Gəmiqayırma Zavodu” MMC tərəfindən hazırlanan “Zəngilan” tankerinin mayın 16-da suya salınması mərasimi keçirilib. Bu, Azərbaycanda inşa edilən sayca ikinci neft və kimyəvi məhsullar daşıyan tankerdir. Bakı Gəmiqayırma Zavodu” MMC-nin İdarə Heyətinin sədri Elşad Nuriyev məlumat verib ki, gəminin gövdə hissəsinin inşası 100 faiz başa çatıb. Qalan tamamlanma işləri Gəmiqayırma Zavodunun yanalma körpüsündə davam etdiriləcək. Bu məqsədlə “Zəngilan” tankeri zavodun tikinti-quraşdırma sahəsindən üzən dok üzərindən hidravlik arabacıqlar vasitəsilə suya salınıb. Bu gəminin konsepsiyası Odessa Dəniz Mühəndisliyi Bürosunun təcrübəli mütəxəssisləri ilə birgə hazırlanıb. Volqa-Don MAX layihəsi olan gəmi maksimum yükgötürmə qabiliyyəti ilə Volqa-Don çayından keçmək imkanına malikdir. Onun sözlərinə görə, yeni nəsil “Zəngilan” tankerinin uzunluğu 141 metr, eni 16.9 metr, bortunun hündürlüyü isə 6 metrdir. 15 nəfərlik heyətlə idarə edilən gəmi saatda 10 knot sürətlə hərəkət edə biləcək. Tanker xam neft və neft məhsulları daşınması üçün nəzərdə tutulmuş ümumi tutumu 9212 kubmetr olan 6 yük çəninə malikdir. Dedveyti dənizdə və çayda 8009 ton təşkil edən gəmi ən müasir avadanlıqlarla, o cümlədən hər biri 1,200 kW gücə malik iki ədəd baş mühərrik, yük nasosları, havalandırma sistemi, naviqasiya cihazları və separator ilə təchiz edilib. Zavodun yanalma körpüsündə istismar sınaqları başa çatdıqdan sonra “Zəngilan” tankerinin dəniz-istismar sınaqlarına başlanacaq. Yeni nəsil "Zəngilan" tankerinin xarici sularda istismarı nəzərdə tutulur. Unikal dizaynı ilə seçilən və texniki göstəricilərinə görə geniş imkanlara malik bu gəmi Bakı Gəmiqayırma Zavodunda inşa edilmiş ikinci neft və kimyəvi məhsullar daşıyan tankerdir. 2022-ci ilin sonunda istismara verilmiş ilk neft və kimyəvi məhsullar daşıyan tanker olan “Akademik Xoşbəxt Yusifzadə” neft və kimyəvi məhsullar tankeri üçrəngli bayrağımız altında xarici sularda istismar olunur.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!