"Daşkəsən" dəmir filizi layihəsi üzrə əsas mərhələlərdən birinə start verilib .....                        Sahibə Qafarova Srebrenitsa qurbanlarını yad etdi - FOTO .....                        İsrail HƏMAS-ın 6 komandirini öldürdü .....                        Avropa Bakı-İrəvan danışıqlarını izləyir .....                        Lavrov Şimali Koreyaya getdi .....                        Baş nazir iclas keçirdi - Gələn ilin büdcəsi müzakirə edildi .....                        Baş nazir iclas keçirdi - Gələn ilin büdcəsi müzakirə edildi .....                        Ərdoğandan PKK ilə bağlı mühüm paylaşım .....                        Polisdən xəbərdarlıq .....                       
10-05-2025, 15:26
Dövlət başçısı Ağdamda klub-icma mərkəzində - FOTO


Dövlət başçısı Ağdamda klub-icma mərkəzində - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdam rayonunun Kəngərli kəndində klub-icma mərkəzində yaradılan şəraitlə də tanış olub.
İkimərtəbəli mərkəzdəki otaqlarda rəqs və digər dərnəklər fəaliyyət göstərəcək. Binadakı zalda əlamətdar günlərlə bağlı müxtəlif tədbirlərin, eyni zamanda, gənclərin toplantı və görüşlərinin keçirilməsi üçün hərtərəfli şərait var.

10-05-2025, 15:19
İlham Əliyev Kəngərlidə inzibati binada yaradılan şəraitlə tanış olub


İlham Əliyev Kəngərlidə inzibati binada yaradılan şəraitlə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdamın Kəngərli kəndində yerli icra strukturları üçün inşa edilmiş çoxfunksiyalı inzibati binada yaradılan şəraitlə tanış olub.
Burada əhaliyə göstəriləcək xidmətlərin vahid məkandan təqdim olunmasına imkan yaranacaq. Binada müxtəlif tədbirlərin keçiriləcəyi iclas zalı və işçilərin yüksək səviyyədə fəaliyyət göstərmələri üçün iş otaqları yaradılıb.
10-05-2025, 15:10
Prezident Kəngərli kəndinin birinci mərhələsinin açılışında - FOTO


Prezident Kəngərli kəndinin birinci mərhələsinin açılışında - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdam rayonunun Kəngərli kəndinin birinci mərhələsinin açılışında iştirak edib.
Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov dövlətimizin başçısına burada yaradılmış şərait barədə məlumat verdi.
Qeyd edildi ki, işğaldan azad olunmuş digər ərazilərdəki kimi, Ağdam rayonunda da genişmiqyaslı quruculuq işləri aparılır. Bu işlərin davam etdiyi yerlərdən biri də rayonun Kəngərli kəndidir. Şəhər mərkəzindən 6 kilometr məsafədə yerləşən bu kəndin təməlini 2022-ci il oktyabrın 4-də Prezident İlham Əliyev qoyub.
Kəngərli kəndi 2544 nəfər üçün planlaşdırılıb. Layihələndirilən ümumi ərazi 177 hektardan çoxdur. Ümumilikdə kənddə 2 mərhələ üzrə 632 fərdi evin inşası nəzərdə tutulub. Bu kənddə də əhalinin məşğulluğunun təmin edilməsi üçün hər cür şərait yaradılıb, iqtisadi, təhsil, sosial, mədəni və məişət təyinatlı müxtəlif obyektlər tikilib. Kənddaxili yollar, elektrik, rabitə, su xətləri çəkilib, qaz təchizatı təmin olunub.





10-05-2025, 14:08
Şabranda maşın ağaca çırpıldı - 2 qardaş öldü


Şabranda maşın ağaca çırpıldı - 2 qardaş öldü

Şabran rayonu ərazisində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
"VAZ 21015" markalı minik avtomobili idarəetmədən çıxaraq ağaca çırpılıb.
Qəza nəticəsində Şabran rayonu Gəndob kənd sakinləri Elməddin və Əməli Fərzəliyev qardaşları hadisə yerində ölüblər.
Faktla bağlı araşdırma aparılır.
10-05-2025, 13:53
Heydər Əliyevin qurduğu dövlət hədəflərə doğru inamla irəliləyir


Heydər Əliyevin qurduğu dövlət hədəflərə doğru inamla irəliləyir

Konstitusiyamızın bəyan etdiyi prinsiplərdən biri kimi ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunduğu, 2025-ci ildə Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində Qələbəmizin 5-ci ildönümünü qeyd etdiyimiz zamanda geriyə baxarkən keçdiyimiz inkişaf yolunun, Ulu Öndərimiz Heydər Əliyevin qurduğu və Prezident İlham Əliyevin qüdrətli bir dövlət səviyyəsinə yüksəltdiyi bugünkü Azərbaycanın əzəmətini daha aydın görürük.
Bu fikirlər Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyevin “Konstitusiya və suverenlik: Heydər Əliyev siyasi irsinin təməl sütunları” adlı məqaləsində qeyd edilib.
Samir Nuriyev bildirib ki, Konstitusiyamızın bəyan etdiyi prinsiplərdən biri kimi ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunduğu, 2025-ci ildə Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində Qələbəmizin 5-ci ildönümünü qeyd etdiyimiz zamanda geriyə baxarkən keçdiyimiz inkişaf yolunun, Ulu Öndərimiz Heydər Əliyevin qurduğu və Prezident İlham Əliyevin qüdrətli bir dövlət səviyyəsinə yüksəltdiyi bugünkü Azərbaycanın əzəmətini daha aydın görürük. “Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamında da qeyd olunduğu kimi, Ulu Öndərin qurduğu dövlət indi xalqımızın milli maraqlarını rəhbər tutaraq, yeni reallıqlar şəraitində müstəqil siyasətini daha cəsarətlə, prinsipiallıqla davam etdirir, Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq, qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir.
10-05-2025, 13:12
Hava yenidən pisləşir - Leysan, dolu, sulu qar yağacaq


Hava yenidən pisləşir - Leysan, dolu, sulu qar yağacaq

Şimal və qərb rayonlarından mayın 11-i günün ikinci yarısı başlayaraq 15-i axşamadək hava şəraitinin arabir yağıntılı olacaq.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, şimşək çaxacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə yağıntının leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. 12-si gündüz əksər rayonlarda yağıntıda fasilə olacaq.
Yağıntılarla əlaqədar çaylarda, o cümlədən Kür çayının aşağı axınında sululuğun artacağı, bəzi dağ çaylarından isə qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.
Havanın temperaturu mayın 13-dən başlayaraq ötən günlərlə müqayisədə tədricən 4-6° aşağı enəcək.
10-05-2025, 12:59
"Kimsə bizim mövqeyimizdən narazıdırsa, diqqətlə baxsın" - Nazir


"Kimsə bizim mövqeyimizdən narazıdırsa, diqqətlə baxsın" - Nazir

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Pakistan və Hindistan arasında gərginlikdən danışıb.
Nazir bu barədə jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, Azərbaycan tərəfinin bu mövzuda mövqeyi beynəlxalq hüquqa əsaslanır: “Azərbaycan tərəfinin mövqeyi ondan ibarətdir ki, bu son gərginliyin başlanma səbəbi var. Bu səbəb də onunla bağlıdır ki, Pakistan ərazisinə zərbələr endirilməyə başlanılıb. Biz bunu pislədik, qəbuledilməzliyini bəyan etdik. Eyni zamanda biz hər iki tərəfi məsələni siyasi-diplomatik səviyyədə həll etməyə çağırmışıq. Kimsə bizim mövqeyimizdən narazıdırsa, diqqətlə baxsın. Hesab edirəm ki, bizim yanaşmamız çox məntiqlidir”.
10-05-2025, 12:54
66 yaşlı qadının meyiti kanalda tapıldı


66 yaşlı qadının meyiti kanalda tapıldı

Ağdaş rayonunda ötən gün axşam saatlarında itkin düşmüş 66 yaşlı qadının meyiti tapılıb.
Ağcayazı kənd sakini 1959-cu il təvəllüdlü Əkbərova Nazilə Əliabbas qızı yaşadığı evdən çıxaraq geri qayıtmayıb.
Dərhal qadının axtarışlarına başlanılıb. Onun meyiti bu gün səhər saatlarnda Yuxarı Şirvan su kanalında tapılıb.
10-05-2025, 12:33
Hərbçilərə Sumqayıtda mənzillər verildi - FOTO


Hərbçilərə Sumqayıtda mənzillər verildi - FOTO

Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan ordu quruculuğumuzun bu gün Ulu Öndərin siyasi xəttinin layiqli davamçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi nəticəsində Azərbaycan Ordusu gün keçdikcə qüdrətlənməkdədir.
Ölkə rəhbərliyinin diqqət və qayğısı sayəsində hərbi qulluqçuların sosial məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər görülür.
Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə» müvafiq Fərmanının icrasının təmin edilməsi məqsədilə hərbi qulluqçulara daimi mənzillərin verilməsi üzrə həyata keçirilən fəaliyyətlər davam etdirilir.
Müdafiə Nazirliyindən verilən məlumata görə 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş bir qrup hərbi qulluqçuya (hərbi xidmətdə olan, ehtiyata buraxılmış hərbi qulluqçulara və ya onların varislərinə) Sumqayıt şəhərində yerləşən MİDA Yaşayış Kompleksindəki mənzillər təqdim olunub.
Qeyd edək ki, mənzil təminatı proqramı mərhələli şəkildə həyata keçirilir və hərbi qulluqçuların sosial rifahının yaxşılaşdırılması istiqamətində görülən işlər bundan sonra da davam etdiriləcəkdir.






10-05-2025, 12:18
Nazir Azərbaycanda keçirilən Türkiyə-İsrail görüşündən danışdı


Nazir Azərbaycanda keçirilən Türkiyə-İsrail görüşündən danışdı

Diplomatiyanın əsas məqsədi hansısa problem varsa onun çözülməsinə kömək və dəstəkdir.
Bunu jurnalistlərə açıqlamasında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov "Azərbaycanın vasitəçiliyi ilə Türkiyə və İsrail danışıqları" ilə bağlı suala cavabında deyib.
Nazir bildirib ki, Türkiyə və İsrailin Azərbaycanda keçirilən təmaslarla bağlı Türkiyə və İsrail tərəfləri özü açıqlama verir:
"Bu açıqlamalar Azərbaycan tərəfindən verilmir. Hesab edirəm ki, bununla bağlı mümkün olan sözlər deyilib".
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!