TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                       
11-02-2026, 20:51
Lənkəranda dəhşətli hadisə: "Yalvarsa da zərbələri davam etdirdim"


Lənkəranda dəhşətli hadisə: "Yalvarsa da zərbələri davam etdirdim"

Lənkəran rayonunda 1976-cı il təvəllüdlü Sərhad həyat yoldaşı Leylanı (adlar şərti verilib - red.) öldürməyə cəhd edib.
2004-cü ildə o, rəsmi nikaha girərək birgə yaşadığı, 2023-cü ilin iyun ayından isə faktiki ayrı qaldığı arvadı Leylanın barışmamasını və onu evə buraxmamasını özü üçün qəbuledilməz sayıb, qadını öldürmək qərarına gəlib.
Niyyətini həyata keçirmək üçün Sərhad 2025-ci il fevralın 5-də saat 23:30-da Leylanın yaşadığı evin qarşısına gəlib, onun işə getmək üçün evdən çıxmasını gözləyib. Fevralın 6-da gecə saat 00:30-da qadın evdən çıxaraq gecə növbəsinə işə gedən vaxt ona yaxınlaşıb və bıçaqla zərbələr vurub.
Ümumilikdə altı zərbə alan qadının hərəkətsiz vəziyyətdə yerdə qalmasını görən ər onun öldüyünü zənn edib və hadisə yerindən uzaqlaşıb.
Leyla qonşular tərəfindən Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb, ona ixtisaslı tibbi yardım göstərilməsi nəticəsində həyatı xilas olub.
İstintaq orqanı tərəfindən Sərhadın barəsində Cinayət Məcəlləsinin 29,120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd), 29,120.2.4 (xüsusi amansızlıqla və ya təhlükəli üsulla adam öldürməyə cəhd) və 134-cü (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddələri ilə ittiham elan edilib.
Sərhad ittiham üzrə özünü qismən təqsirli bilib. İfadəsində göstərib ki, 2004-cü ildə bibisi qızı Leyla ilə rəsmi qaydada nikaha daxil olub:
"Mən ustalıq etməklə və müxtəlif fərdi işlərlə məşğul olmaqla pul qazanıb ailəmi dolandırmışam. 2023-cü ilin yay aylarında ailəmdə yaranmış narazılıqlar ucbatından Lənkəran rayonunun kəndindəki evimdən çıxdım. Usta kimi gah Bakı, gah Lənkəran şəhərində, gah da Rusiyaya gedərək işləmişəm".
Təqsirləndirilən şəxs qeyd edib ki, məlum hadisədən 1 ay 15 gün əvvəl Rusiyadan qayıdıb:
"Lənkəran şəhərində əvvəllər birlikdə işlədiyim usta tanışım Elməddinin yanında kirayədə qalmağa başladım. Kənddə özüm tikdiyim və arvadımın adına olan evə qayıtmaq istədim. Hadisədən təxminən bir həftə əvvəl evə gedərək ondan məni bağışlamasını və evimə buraxmasını xahiş elədim. O, məni görmək istəmədiyini bildirdi. Mən də məcbur qalaraq axşam yatmaq üçün dostum Elməddinin evinə gedirdim. Bu vəziyyətdən əsəbiləşirdim".
Sərhadın ifadəsinə görə, sonuncu dəfə fevralın 5-də evinin qarşısına gəlib və gözləməyə başlayıb: "Özümlə mətbəx bıçağı da götürmüşdüm. Leylanın çörək zavodunda işlədiyini və gecəyarısı işə getdiyini bilirdim. Saat 23:30-da ailəmin yaşadığı evin yaxınlığında küçədə gözləməyə başladım.
Fevralın 6-da gecə saat 00:15-də Leyla evdən çıxdı. Bıçaqla Leylanın qarın nahiyəsinə bir zərbə endirdim. O əyildi, bu zaman bel və kürək nahiyələrinə daha bir neçə zərbə endirdim. Ona "bu həyatı yaşamağımızı istəyirdin?" dedim. Leyla onu öldürməməyim üçün yalvarsa da, zərbələri davam etdirdim. Onun yerdə hərəkətsiz qaldığını görəndə öldüyünə əmin oldum və hadisə yerindən uzaqlaşdım".
Təqsirləndirilən şəxs qeyd edib ki, səhər saatlarına kimi Lənkəran şəhərində küçələrdə gəzib, nə etdiyini anlaya bilməyib:
"Səhər açılanda Elməddinlə birgə qaldığım evə getdim. Orada heç kim yox idi. Gecə bərk yağış yağdığından üstüm tamam islanmışdı. Sobanın yanında paltarlarımı qurutduqdan sonra Lənkəran şəhərinə çıxdım. Çayxanada çay içdim, yemək yedim. Fevralın 7-də Yardımlı rayonuna, doğulduğum kəndə getdim, ora çatdıqda anamın və qardaşımın artıq Leylanı bıçaqladığımı bildiklərini öyrəndim. Yuyunub əynimi dəyişəndən sonra polis əməkdaşları məni Yardımlı Rayon Polis Şöbəsinə çağırdılar. Lənkəran Şəhər Polis Şöbəsinin əməkdaşları isə məni oradan Lənkərana gətirdilər".
Zərərçəkmiş Leylanın sözlərinə görə, dayısı oğlu Sərhadla evlilikdən iki övladı var:
"Sərhadla qohumluğum olduğuna görə onun mənə və ailəmə göstərdiyi şiddətə göz yummuşam. 2023-cü ilin iyun ayında polisə müraciət etdim. Sərhad həmin hadisədən sonra evdən getdi. O, bir neçə dəfə barışmaq üçün evə gəlsə də, mən bununla razılaşmadım. Çünki Sərhadın xasiyyətinin düzələn olmadığını bilirdim.
Hadisədən təxminən on gün əvvəl yaşadığımız evə gəlib həyətdə torpaq bellədi. Mən yenə də onu dindirmədim".
Zərərçəkmiş qeyd edib ki, Sərhad yenə də evə qayıtmasına razılıq istəyib: "Mən isə uşaqların ondan qorxduqlarını dedim. Fevralın 6-da gecə evdən çıxaraq çörək zavoduna tərəf getməyə başladım. Qapıdan çıxarkən Sərhadı evimizin qarşısında görmüşdüm. Bu səbəbdən yolumu dəyişərək kəndin içindəki küçə ilə getməyə başladım. Evdən bir qədər uzaqlaşandan sonra geriyə baxanda gördüm ki, Sərhad arxamca gəlir. O yaxınlaşanda "məndən qaçırsan?" deyib cibindən bıçaq çıxardı, qarnıma bir zərbə endirdi. Sol əlimi bıçağa atdım, əlimin içərisi kəsildi. Sərhad daha iki dəfə qarnıma bıçaqla zərbə endirdi, sonra oradan qaçdı.
Qışqırıq səsimə atamın əmisi oğlu Eldar, onun övladı Fuad və qonşuluqda yaşayan Şaiq gəldilər. Onlar yoldan keçən taksini saxlatdılar və məni Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirdilər".
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sərhad 15 il müddətə azadlıqdan məhrum edilib.
Təqsirləndirilən şəxsin müdafiəçisi hökmdən apellyasiya şikayəti verib.
Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxsin cəzası 10 il 6 aya endirilib.
11-02-2026, 20:16
Gəncədə 20 yaşlı oğlanı döyüb, kəsici alətlə xəsarət yetiriblər


Gəncədə 20 yaşlı oğlanı döyüb, kəsici alətlə xəsarət yetiriblər

Gəncə sakininə kəsici-deşici alətlə xəsarət yetirilib.
Hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, 2006-cı il təvəllüdlü C. Əliyev kəsici alətdən aldığı yara ilə xəstəxanaya çatdırılıb.
Ona ilkin tibbi yardım edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.
Məlumata görə, C.Əliyev döyülüb, daha sonra kəsici-deşici alətə ona xəsarət yetirilib.
Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
11-02-2026, 19:47
Sosial şəbəkələrdə hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb


Sosial şəbəkələrdə hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb

Sosial şəbəkələrdə hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb.
Qaradağ rayonunda 38 yaşlı qadın polisə müraciət edərək sosial şəbəkələrdə tanış olduğu şəxsin onun barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədə-qorxu gəldiyini və müxtəlif vaxtlarda ondan 800 manatı aldığını bildirib.
Qaradağ Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə hədə-qorxu yolu ilə tələb etməkdə şübhəli bilinən 23 yaşlı E.Quluzadə müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
11-02-2026, 19:19
İlhamə Elşadqızı barəsində olan hökmdən şikayət etdi


İlhamə Elşadqızı barəsində olan hökmdən şikayət etdi

Sosial şəbəkələrdə özünü şairə kimi təqdim edən və barəsində cinayət məcəlləsinin 234.1.1-ci (satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi ilə ittiham edilərək barəsində hökm çıxarılan İlhamə Elşadqızı birinci instansiya m əhkəməsinin qərarından kassasiya şikayəti verib.
Kassasiya şikayətinə Ali Məhkəmədə hakim Hafiz Nəsibovun sədrliyi ilə keçirilən prosesdə baxılacaq.
Məhkəmənin ilk hazırlıq iclası fevralın 20-də keçiriləcək.
Qeyd edək ki, İlhamə Elşadqızı Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Anar Sadıqovun sədrliyi ilə yekun prosesdə 3 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Birinci instansiyanın qərarından apellyasiya şikayəti verilsə də, Bakı Apellyasiya Məhkəməsi Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünü qüvvədə saxlamışdı.
Xatırladaq ki, İlhamə Elşadqızı "TikTok" əməliyyatları çərçivəsində saxlanılaraq barəsində həbs qətimkan tədbiri seçilib. O, aparıcı Azər Zahid tərəfindən "TikToker"lərin iştirakı ilə təşkil olunan yarışmalarda iştirakçı olub.
11-02-2026, 18:00
Audiovizual Şuranın iclası keçirilib, iki yeni lisenziya verilib


Audiovizual Şuranın iclası keçirilib, iki yeni lisenziya verilib

11 fevral 2026-cı il tarixində Azərbaycan Respublikası Audiovizual Şurasının iclası keçirilib. İclasda lisenziya üçün müraciətlərə baxılıb.
Bu barədə Şuradan məlumat verilib.
Təqdim olunmuş sənədlərin və iqtisadi əsaslandırmanın yoxlanılması, habelə yerində keçirilmiş baxışın nəticələri əsasında Audiovizual Şura "Kinobox" MMC-yə sifarişli yayım xidməti provayderi lisenziyasının (xidmət adı: "Kinobox" olmaqla) verilməsi haqqında qərar qəbul etmişdir.
İclasda həmçinin, "Mahnı" MMC-nin lisenziya alınması üçün müraciəti müzakirə olunmuşdur. Ərizəçinin sənədlərinə, iqtisadi əsaslandırmasına, habelə texniki və proqram təminatına baxışın nəticələrinə əsasən ona peyk yayımı həyata keçirməyən platforma yayımçısı (televiziya redaksiyasının adı: "Mahnı TV" olmaqla) lisenziyasının verilməsi haqqında qərar qəbul olunmuşdur.
İclasın sonunda "Aznet Technologies" QSC-nin təşkilati-hüquqi formasının dəyişilməsi ilə əlaqədar Audiovizual Şuraya ünvanladığı müraciətə əsasən "Aznet" və "Araznet" operator xidmətləri üçün verilmiş lisenziyaların "Aznet Technologies" MMC-nin adına yenidən rəsmiləşdirilməsi haqqında müvafiq qərarlar qəbul edilmişdir.
11-02-2026, 17:58
Nazirliklərdə bu sahədə yeni müavin ayrılsın - Prezident


Nazirliklərdə bu sahədə yeni müavin ayrılsın - Prezident

“Hesab edirəm ki, hər bir dövlət qurumunda, ilk növbədə, nazirliklərdə rəqəmsallaşma, süni intellekt, kibertəhlükəsizlik üzrə bir müavin ayrılsın”.
Bunu Prezident İlham Əliyev “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə bildirib.
“Yeni ştat vahidi yaradılsın, ya da bu sahə mövcud müavinlərin birinə tapşırılsın ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşları, rəhbərliyi bilsinlər ki, onların təmasda olacaqları şəxslər kimdir və hər bir dövlət qurumunda bu sahə prioritet sayılmalıdır”, - dövlət başçısı qeyd edib.
11-02-2026, 17:47
Məktəblərin tədris proqramına dəyişikliklər edilməlidir - İlham Əliyev


Məktəblərin tədris proqramına dəyişikliklər edilməlidir - İlham Əliyev

"Kadr hazırlığına gəldikdə, bu, əsas vəzifələrdən biridir. Son vaxtlar bu istiqamətdə müəyyən işlər görülür".
Prezident İlham Əliyev bunu “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə zamanı deyib.
"Biz öz təhsil sistemimizdə bu sahəyə daha böyük diqqət göstərməliyik. Həm Azərbaycanda fəaliyyət göstərən ali məktəblərdə, eyni zamanda, dövlət xətti ilə xaricə göndərilən tələbələr bu ixtisas üzrə peşəkarlığı artırmalıdırlar. Ona görə nəzərə alsaq ki, bu, uzunmüddətli proses olacaq və bu proses ancaq və ancaq genişlənəcək, gələcəkdə bu sahədə kadrlara böyük ehtiyac olacaq. Təbii ki, orta məktəblərdə şagirdlərə ilkin biliklərin aşılanması üçün tədris proqramına da müəyyən dəyişikliklər edilməlidir", - Prezident qeyd edib.
11-02-2026, 17:43
Xankəndidə qarın fəsadları aradan qaldırılır


Xankəndidə qarın fəsadları

aradan qaldırılır


Xankəndi şəhərinə yağan qarın fəsadlarının aradan qaldırılması istiqamətində intensiv tədbirlər həyata keçirilir. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, şəhərin əsas və daxili küçələri xüsusi texnika vasitəsilə qardan təmizlənir, yol örtüyünə qum və duz səpilərək, nəqliyyat vasitələrinin təhlükəsiz hərəkəti təmin olunur.

Komunal xidmətlər gücləndirilmiş iş rejiminə keçərək, fasiləsiz fəaliyyət göstərir.Hazırda bütün əsas magistrallar və yaşayış massivlərinə aparan yollar nəzarətdə saxlanılır, yaranan çətinliklərin aradan qaldırılması üçün zəruri tədbirlər davam etdirilir. Sakinlərdən hava şəraiti ilə əlaqədar ehtiyatlı olmaları və müvafiq qurumların tövsiyələrinə əməl etmələri xahiş olunur.
11-02-2026, 17:39
Süni intellekt dövlət qurumlarında geniş tətbiq edilsin - Prezidentdən tapşırıq


Süni intellekt dövlət qurumlarında geniş tətbiq edilsin - Prezidentdən tapşırıq

Süni intellektin tətbiqi dövlət qurumlarında geniş vüsət almalıdır. Bu gün bu sahədə aparıcı ölkələrdə bu belədir.
Bu fikirləri Prezident İlham Əliyev “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə səsləndirib.
“Hətta mənə verilən məlumata görə, bu sahədə inkişaf etmiş bəzi ölkələrdə dövlət məmurlarının gündəlik fəaliyyətinə də süni intellekt agentləri, - belə adlandırılır, - kömək göstərir”, - deyə dövlətimizin başçısı qeyd edib.
11-02-2026, 17:33
Strateji Tərəfdaşlıq Xartiyası tarixi sənəddir - Prezident


Strateji Tərəfdaşlıq Xartiyası tarixi sənəddir - Prezident

Amerika Hökuməti ilə Azərbaycan Hökuməti arasında imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası da bu üstünlüyü bizə təmin edir. Bu Xartiya tarixi bir sənəddir.
Bu sözləri Prezident İlham Əliyev “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə deyib.
Bu sənədin artıq mətbuatda da dərc edildiyini bildirən dövlətimizin başçısı qeyd edib: “Hər kəs görə bilər nədən ibarətdir (Xartiya – red.), o cümlədən data mərkəzləri, rəqəmsallaşma, süni intellekt və bu sahədəki Amerika şirkətləri ilə sıx əlaqələrimiz. Yəni bu da bizim üstünlüyümüzdür”.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!