Nyu-Yorkda Azərbaycan bayrağı ucaldıldı - FOTO .....                        Bərdədə faciə - nənə və nəvə dəm qazından öldü .....                        Məşhur şirkətdən 40 min manatlıq oğurluq edildi .....                        Şuşa əməliyyatının YENİ DETALLARI - XTQ üzvü gizlinləri açdı .....                        Daha bir cüdoçumuz İslamiadada qızıl medal qazandı .....                        Fransa borclarına görə 74 milyard avro faiz ödəyəcək .....                        Əsgərlərimizin andiçmə mərasimləri keçirilib - VİDEO .....                        İrandakı səfirliyimizdə Zəfər Günü münasibətilə rəsmi qəbul .....                        "ABŞ-la danışıqları bərpa etmək mümkün deyil" .....                       
1-09-2025, 16:50
Türk Dünyasının QHT Platforması yaradılır


Türk Dünyasının QHT Platforması yaradılır

“Ortaq Dəyərlər” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Türk Dünyası QHT Platformasının yaradılması ilə bağlı təşəbbüslər” adlı layihəsini həyata keçirir. 6 aylıq layihə çərçivəsində mövzu ilə bağlı internet televiziyasında debatların təşkili, xüsusi yazıların hazırlanaraq yayınlanması icra edilir, yekunda isə Azərbaycan-Qazaxıstan QHT-lərinin birgə forumunun keçirilməsi nəzərdə tutulur.
“Ortaq Dəyərlər” İctimai Birliyinin sədri Aqil Camal bildirib ki, türk dövlətləri arasında rəsmi müstəvidə gedən inteqrasiya prosesinin ictimai sektora, media və qeyri-hökumət təşkilatları sferasına da tranfer olunması zəruridir:
“Layihədə nəzərdə tutulan tədbirlər çərçivəsində Türk ölkələrində fəaliyyət göstərən QHT-lərin, liderlərinin tanıdılması, platformalarda ortaq mövqelərdən çıxış edilməsi, həmçinin, Azərbaycanla, digər türk dövlətləri ilə əlaqəli gündəmin aktual mövzularının müzakirəsi həyata keçirilir. Layihənin sonunda isə Türk dünyası QHT Platformasının yaradılmasına dair təşəbbüslərə dəstək məqsədilə Azərbaycan-Qazaxıstan I Forumunun keçirilməsi, forumda Azərbaycan və Qazaxıstan QHT-lərinin iştirakının təmin edilməsi nəzərdə tutulub”.
1-09-2025, 16:36
Narkokuryerlikdə təqsirləndirilən şəxslər həbs olundular


Narkokuryerlikdə təqsirləndirilən şəxslər həbs olundular

Abşeronda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib.
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, tədbirlər zamanı qeyd edilən cinayət əməlini törətməkdə şübhəli bilinən 47 yaşlı Nizami Hüseynov, 24 yaşlı Azər Məmmədov, 51 yaşlı Hikmət İsmayılov, həmçinin əvvəllər məhkum olunmuşlar - 42 yaşlı Balaqardaş Hacıyev və 34 yaşlı Həmid Mahmudov saxlanılıblar.
Həmin şəxslərdən ümumilikdə 5 kiloqrama yaxın psixotrop maddə metamfetamin, müxtəlif adda narkotik vasitə, 54 ədəd güclü təsiredici hesab edilən pregabalin həbi və narkotiklərin satışında istifadə edilən elektron tərəzilər aşkarlanıb.
Saxlanılanlar sosial şəbəkələrdə tanış olduqları şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşları tərəfindən narkokuryerliyə cəlb edildiklərini bildiriblər.
Faktlarla bağlı cinayət işi başlanılıb. Adları sadalanan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
1-09-2025, 16:33
Rüşvətə görə tutulan polkovnik-leytenant azadlığa buraxıldı


Rüşvətə görə tutulan polkovnik-leytenant azadlığa buraxıldı

Külli miqdarda rüşvət ittihamı ilə həbs edilən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər Rayon İdarəsinin sabiq rəisi Ramin Şükürov ev dustaqlığına buraxılıb.
Qərarı Bakı Hərbi Məhkəməsi qəbul edib.
Hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə iş üzrə şahidlər dindirilib. Daha sonra təqsirləndirilən Ramin Şükürovun müdafiəçiləri onun ev dustaqlığına buraxılması ilə bağlı vəsatət veriblər. Vəsatət təmin edilib və Ramin Şükürov ev dustaqlığına buraxılıb.
4 ay əvvəl təqsirləndirilən polkovnik-leytenantin işi barədə proses sentyabrın 22-də davam etdiriləcək.
Qeyd edək ki, cinayət işi Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq olunub. Ramin Şükürov haqda ilk vaxtlar işçiləri ilə birgə ev dustaqlığı qətimkan tədbiri seçilsə də sonradan prokurorun təkrar təqdimatı əsasında həbs edilmişdi.
Zabitlərə qarşı Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda rüşvət alma) maddələri ilə yekun ittiham verilib.
1-09-2025, 15:28
Orta Dəhliz üzrə Azərbaycan vasitəsilə yükdaşımaların həcmi 90 faiz artıb


Orta Dəhliz üzrə Azərbaycan vasitəsilə yükdaşımaların həcmi 90 faiz artıb

Orta Dəhliz Azərbaycan vasitəsilə Çin və Mərkəzi Asiyanı Avropa ilə birləşdirən etibarlı və təhlükəsiz marşrutdur. 2022-ci ildən bəri Orta Dəhliz üzrə Azərbaycan vasitəsilə yükdaşımaların həcmi təxminən 90 faiz artıb.
Bu fikirləri Prezident İlham Əliyev Çinin Tiencin şəhərində “ŞƏT plyus” formatında keçirilən görüşdə çıxışı zamanı səsləndirib.
Dövlətimizin başçısı bu dəhlizlə yüklərin daşınması vaxtının xeyli azaldığını qeyd edib. Prezident, həmçinin bildirib: “Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında bağlantının yaradılması üzrə bu yaxınlarda əldə olunmuş razılaşmalar beynəlxalq yükdaşımalar üçün tranzit imkanlarının genişlənməsinə xidmət edəcək”.
1-09-2025, 15:21
İlham Əliyev Çində Zəngəzur dəhlizindən danışdı


İlham Əliyev Çində Zəngəzur dəhlizindən danışdı

Yaxın gələcəkdə Zəngəzur dəhlizi həm Orta Dəhlizin, həm də Şimal–Cənub dəhlizinin növbəti mühüm seqmentinə çevriləcək, sülhü, çoxtərəfli tərəfdaşlığı möhkəmləndirəcək.
Bu sözləri Prezident İlham Əliyev Çinin Tiencin şəhərində “ŞƏT plyus” formatında keçirilən iclasda çıxışı zamanı söyləyib.
Dövlətimizin başçısı vurğulayıb ki, Zəngəzur dəhlizi Azərbaycan sərhədinin şərqində, qərbində, şimalında və cənubunda yerləşən yaxın və uzaq qonşularımıza fayda gətirəcək.
1-09-2025, 15:16
Azərbaycan Çinin etibarlı tərəfdaşıdır


Azərbaycan Çinin etibarlı tərəfdaşıdır

Azərbaycan regionda Çinin etibarlı tərəfdaşıdır.
Bu barədə Prezident İlham Əliyev Çinin Tiencin şəhərində “ŞƏT plyus” formatında keçirilən görüşdə çıxışı zamanı bildirib.
“Biz beynəlxalq və regional sülhün və təhlükəsizliyin qorunmasına töhfə veririk, genişmiqyaslı iqtisadi, nəqliyyat və enerji layihələri həyata keçiririk”, - deyə dövlət başçısı əlavə edib.
Prezident İlham Əliyev onu da əlavə edib ki, Azərbaycan ÇXR Sədrinin irəli sürdüyü “Bir kəmər, bir yol” təşəbbüsünü ilk dəstəkləyənlərdən biri olub və bu istiqamətdə ciddi praktiki layihələr həyata keçirir.
1-09-2025, 15:10
Azərbaycan Çinin təşəbbüslərini dəstəkləyib


Azərbaycan Çinin təşəbbüslərini dəstəkləyib

Azərbaycan Çinin beynəlxalq sülh, təhlükəsizlik və inkişafı təşviq etmək üçün irəli sürdüyü Qlobal İnkişaf Təşəbbüsünü, Qlobal Təhlükəsizlik Təşəbbüsünü və Qlobal Sivilizasiya Təşəbbüsünü fəal şəkildə dəstəkləyib.
Bu sözləri Prezident İlham Əliyev Çinin Tiencin şəhərində “ŞƏT plyus” formatında keçirilən iclasda çıxışı zamanı söyləyib.
“Biz, həmçinin Çin Xalq Respublikasının Sədri tərəfindən irəli sürülmüş Qlobal İdarəetmə Təşəbbüsünü dövlətlərin suveren bərabərliyi, BMT Nizamnaməsi və beynəlxalq hüquqa hörmət əsasında beynəlxalq münasibətlərin yaxşılaşdırılmasına yönəlmiş mühüm və vaxtında atılmış bir addım kimi alqışlayırıq” – deyə dövlətimizin başçısı əlavə edib.
1-09-2025, 15:01
Azərbaycan-Çin əlaqələri yeni mərhələyə yüksəlib


Azərbaycan-Çin əlaqələri yeni mərhələyə yüksəlib

Azərbaycan-Çin əlaqələri son iki ildə keyfiyyətcə yeni mərhələyə yüksəlib.
Bu barədə Prezident İlham Əliyev Çinin Tiencin şəhərində “ŞƏT plyus” formatında keçirilən görüş zamanı bildirib.
Dövlətimizin başçısı qeyd edib: “Azərbaycanla Çin arasında səmimi, dost münasibətlər və hərtərəfli strateji tərəfdaşlıq mövcuddur. Bu əlaqələrin dərinləşdirilməsi Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən biridir”. O, bu il iki ölkə arasında strateji tərəfdaşlığın yaradılmasına dair Birgə Bəyanatın imzalanmasını tarixi hadisə adlandırıb və bunun Azərbaycan-Çin münasibətlərində yeni səhifə açdığını vurğulayıb.
1-09-2025, 14:49
ATƏT-in qəbul etdiyi bütün qərarlar etibarsız elan edildi


ATƏT-in qəbul etdiyi bütün qərarlar etibarsız elan edildi

Keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı ATƏT çərçivəsində vaxtilə qəbul edilmiş bütün qərarlar qüvvədən düşmüş və etibarsız elan edilib.
Bu barədə XİN-dən bildirilib.
Qeyd edək ki, 1 sentyabr 2025-ci il tarixində ATƏT Nazirlər Şurası tərəfindən ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının bağlanmasına dair qərar qəbul olunub.
1-09-2025, 14:43
ATƏT-in Minsk qrupu rəsmən LƏĞV OLUNDU


ATƏT-in Minsk qrupu rəsmən LƏĞV OLUNDU

Sentyabrın 1-də ATƏT Nazirlər Şurası tərəfindən ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının bağlanmasına dair qərar qəbul olunub.
Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, qərara əsasən, Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş nazirinin ABŞ Prezidentinin dəvəti və iştirakı ilə 8 avqust 2025-ci il tarixində Vaşinqton şəhərində baş tutmuş görüşü çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Fəaliyyətdə olan Sədrinə ünvanlanmış birgə müraciət məktubuna uyğun olaraq, ATƏT-in Minsk Prosesinin, ATƏT-in Fəaliyyətdə olan Sədrinin ATƏT-in Minsk Konfransının məşğul olduğu münaqişə üzrə Şəxsi Nümayəndəsinin və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun fəaliyyətinə 1 sentyabr tarixindən etibarən xitam verilib.
Sözügedən strukturların bağlanmasından irəli gələn təşkilati və texniki məsələlərin 1 dekabr 2025-ci il tarixindən gec olmayaraq yekunlaşdırılması ATƏT Katibliyinə tapşırılıb.
Qərarda həmçinin keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı ATƏT çərçivəsində vaxtilə qəbul edilmiş bütün qərarlar qüvvədən düşmüş və etibarsız elan edilib.
Beləliklə, vaxtilə Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınması məqsədilə təsis edilmiş sözügedən institutların münaqişənin həlli nəticəsində yaranmış yeni şəraitdə lüzumsuz olması bütün ATƏT iştirakçı dövlətləri tərəfindən qəbul edilərək, həmin institutların bağlanması rəsmiləşdirilib.
Sözügedən qərarın qəbulu, Azərbaycan Respublikasının vaxtilə işğal edilmiş əraziləri üzərində suveren nəzarətini və ərazi bütövlüyünü bərpa etməsi və bununla da Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulması ilə bağlı reallığın və Azərbaycan tərəfindən irəli sürülmüş sülh gündəliyinin beynəlxalq müstəvidə qəbul edilməsinin göstəricisi olmaqla yanaşı, 8 avqust 2025-ci il tarixli Vaşinqton görüşündə Azərbaycan və Ermənistan arasında normallaşma prosesi ilə əlaqədar əldə edilmiş razılıqların praktiki icrası istiqamətində mühüm addımdır.
Azərbaycan Respublikası bundan sonra da regionda sülhün və sabitliyin gücləndirilməsi istiqamətində beynəlxalq hüquqa əsaslanan prinsipial və ardıcıl mövqeyini davam etdirəcəkdir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!