TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                       
4-02-2026, 17:47
İlham Əliyev Trampa təşəkkür etdi


İlham Əliyev Trampa təşəkkür etdi

Vaşinqtonda Sammitdən sonra, ABŞ Prezidenti Donald Tramp tərəfindən təşkil olunmuş görüşdən etibarən biz (Azərbaycan və Ermənistan – red.) artıq əməkdaşlığı qururuq və uzunmüddətli münaqişəyə son qoyuruq.
Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimində bildirib.
“Mən, həmçinin Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa Azərbaycanla Ermənistan arasında sülhə verdiyi töhfəyə görə təşəkkürümü bildirmək istəyirəm”, - deyə dövlətimizin başçısı əlavə edib.
4-02-2026, 17:41
Biz sülh şəraitində yaşamağı öyrənirik - İlham Əliyev


Biz sülh şəraitində yaşamağı öyrənirik - İlham Əliyev

Biz (Ermənistan və Azərbaycan – red.) 30 ildən artıq müharibə şəraitində olduq. İndi isə 6 aydır ki, biz sülh şəraitində yaşayırıq və biz sülh şəraitində yaşamağı öyrənirik.
Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev “Zayed İnsan Qardaşlığı Mükafatı“nın təqdimolunma mərasimində deyib.
Dövlətimizin başçısı qeyd edib: “Mən bunu əvvəl də söyləmişəm. Bu, xüsusi bir hissdir.”
4-02-2026, 17:33
Azərbaycan və Ermənistan arasında tarix yazılır - Hikmət Hacıyev


Azərbaycan və Ermənistan arasında tarix yazılır - Hikmət Hacıyev

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə fevralın 4-də "Zayed İnsan Qardaşlığı Mükafatı"nın təqdimolunma mərasimindən paylaşım edib.
Bu barədə onun "X" hesabındakı paylaşımında qeyd olunub:
"Azərbaycan və Ermənistan arasında tarix yazılır! Sülh qazanır!!!"
Qeyd edək ki, Əbu-Dabidə fevralın 4-də "Zayed İnsan Qardaşlığı Mükafatı"nın təqdimolunma mərasimi keçirilir, Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.
4-02-2026, 17:22
Prezidentə mükafat təqdim olunur - CANLI


Prezidentə mükafat təqdim olunur - CANLI

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimi keçirilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.
Əvvəlcə Birləşmiş Ərəb Əmirliklərinin Himni səsləndirildi.
“Zayed İnsan Qardaşlığı Mükafatı” ilə bağlı videoçarx nümayiş etdirildi.
Sonra Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalam çıxış etdi.
Mərasimdə Prezident İlham Əliyev çıxış etdi.
Daha sonra Ermənistanın Baş naziri Nikol Paşinyan çıxış etdi.
Tədbirdə əfqanıstanlı qadın hüquqları fəalı və tədqiqatçısı, “Zayed İnsan Qardaşlığı Mükafatı”nın digər laureatı Zarqa Yaftalı çıxış etdi.










[media=https://www.youtube.com/live/tZ84HRZnLpU?si=zIR7BzeZlAKuORGt]
4-02-2026, 17:11
Qusarda avtobus aşdı - Xəsarət alanlar var


Qusarda avtobus aşdı - Xəsarət alanlar var

Qusar şəhərində yolun buzlu olması yol-nəqliyyat hadisəsinə səbəb olub.
Hazırda rayon ərazisinə qar yağır, yollarda sürüşkənlik yaranıb, bəzi hissələr buz bağlayıb. Qusar şəhərinin girişində, enişli-yoxuşlu ərazidə yolun buzlu olması səbəbindən zəncivari qəza baş verib. Hadisə zamanı mikroavtobus aşıb. Qəza nəticəsində nəqliyyat vasitəsində olan 2 nəfər yüngül xəsarətlər alıb. Onlara müvafiq tibbi yardım göstərilib. Hadisə zamanı "Lada" markalı minik avtomobilinə də zərər dəyib.
Faktla bağlı araşdırma aparılır.
4-02-2026, 17:05
Su təchizatı avtomatlaşdırılır - 1.2 milyon ayrıldı


Su təchizatı avtomatlaşdırılır - 1.2 milyon ayrıldı

“İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsi ölkənin iri şəhərlərində su təchizatı infrastrukturunun avtomatlaşdırılması və müasir texnologiyaların tətbiqi məqsədilə irimiqyaslı tender elan edib.
Avtomatika sahəsi üçün lazım olan mal-materialların satın alınmasını nəzərdə tutan bu layihə üçün ehtimal olunan qiymət 1 196 073,19 azn məbləğində müəyyən edilib.
Müsabiqə çərçivəsində əsasən elektrik kabellərinin, idarəetmə aksesuarlarının və digər avtomatika avadanlıqlarının tədarükü planlaşdırılır.
Bu addım şəhərlərdə su idarəetmə sistemlərinin daha effektiv və rəqəmsal üsullarla idarə olunmasına xidmət edəcək.
3-02-2026, 22:20
Nizami rayonunda Gənclər Gününə həsr olunmuş tədbir keçirilib - VİDEO


Nizami rayonunda Gənclər Gününə həsr olunmuş tədbir keçirilib - VİDEO

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatı 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə “Zəfər konsepsiyası və Azərbaycançılıq ideologiyası kontekstində müasir gəncliyin prioritet vəzifələri” mövzusunda tədbir və “Qış məktəbi”nin bağlanış mərasimini keçirib.
Butov.az xəbər verir ki, tədbir Dövlət Himninin səsləndirilməsi və müasir, müstəqil Azərbaycan Respublikasının banisi Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi naminə canını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Sonra Azərbaycanda gənclər siyasəti, Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin gənclərə diqqət və qayğısı, tövsiyə və vəsiyyətləri barədə video-çarx nümayiş etdirilib.
Tədbirdə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Milli Məclisin deputatı Könül Nurullayeva, Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası Nəzarət-Təftiş Komissiyasının üzvü Naqif Həmzəyev, Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nurlan Qələndərli, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov və başqaları çıxış ediblər.
Qeyd olunub ki, 2 fevral - Azərbaycan Gəncləri Günü bütün gəncliyimiz üçün Ulu Öndər Heydər Əliyevin hədiyyəsi, diqqət və qayğısının nümunəsidir. Gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq 1996-cı ildə Azərbaycanda qeyd olunub. Dünyada isə yalnız 1998-ci ildə gənclər günü elan edilib. Bu isə bir daha Ümummilli Lider Heydər Əliyevin Azərbaycan gəncliyinə verdiyi dəyərin parlaq göstəricisidir.
Natiqlər Ulu Öndər Heydər Əliyevin mənəvi mirası olan Azərbaycançılıq ideologiyasının və öz canı, qanı bahasına torpaqları işğaldan azad etmiş, ərazi bütövlüyü və suverenliyi bərpa etmiş gəncliyimizin müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşdırdığı Zəfər Konsepsiyasının ölkə gəncliyi qarşısında müəyyən etdiyi prioritetlər barədə danışıb, qürurlu və qalib xalqımızın gələcəyi olan gəncliyimizin əsas vəzifələrindən bəhs ediblər.
Çıxışlardan sonra Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə təşkil etdiyi “Qış məktəbi”nin bağlanış mərasiminə start verilib. Yanvar ayının 26-dan 30-dək keçirilmiş “Qış məktəbi” haqqında xülasə videosunun nümayişindən sonra gənclər adından rayon təşkilatının könüllüsü Aytac Şahverənli, “Qış məktəbi”nin könüllü iştirakçısı qardaş Türkiyə Respublikasının hakim partiyası AK Partinin gənclik qolunun üzvü Can Yücel çıxış edərək layihə barədə təəssüratlarını diqqətə çatdırıblar.
Daha sonra Nizami rayonunun ictimai və mədəni həyatında fəallığına görə bir qrup gənc Nizami Rayon İcra Hakimiyyətinin fəxri fərmanları, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının ictimai-siyasi həyatında fəallıqlarına görə bir qrup gənc fəxri fərmanlar, təşəkkürnamələr, rayon təşkilatının könüllülük layihəsinin məzunları və “Qış məktəbi”ni uğurla başa vuran iştirakçılar sertifikatlar ilə təltif ediliblər.
Tədbirə Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə yekun vurulub.

3-02-2026, 18:20
Keçmiş vəzifəli şəxslərin yarım milyonluq dələduzluq işinin məhkəməsi


Keçmiş vəzifəli şəxslərin yarım milyonluq dələduzluq işinin məhkəməsi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə yarım milyondan çox dələduzluqda ittiham olunan Daxili İşlər Nazirliyinin Hava Nəqliyyatında Polis İdarəsinin keçmiş rəis müavini, polkovnik Rasim İldırım, Dünya Azərbaycanlıları İctimai Maarif Mərkəzinin rəhbəri, “Bakutime.az” saytının təsisçisi Zaur Mirzəzadə və Balakən dairə seçki komissiyasının keçmiş sədri Qoşqar Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Prosesdə sənədlərin tədqiqi mərhələsinin yekunlaşdığı və məhkəmə istintaqının tamamlanması elan edilib.
Vaxt məhdudiyyətindən dövlət ittihamçısı və müdafiə tərəflərinin çıxışları fevralın 10-da keçirilməsi nəzərdə tutulan prosesdə olması gözlənilir.
Qeyd edək ki, Rasim İldırımzadə, Zaur Mirzəzadə və Qoşqar Məmmədov əlbir olaraq xüsusilə külli miqdarda dələduzluq etməkdə təqsirləndirilir. Onlar barəsində Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq, xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə ittiham verilib.
Xatırladaq ki, Zaur Mirzəzadə daha əvvəl bir qrup şəxslə birgə Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zaur Mirzəzadəyə bəraət verilib. Hökmdən narazı qalan dövlət ittihamçısı protest verib. Bakı Apellyasiya Məhkəməsi protesti təmin edib. Qərara əsasən, Zaur Mirzəzadə 5 il müddətinə azadlıqdan məhrum edilərək məhkəmə zalında həbs edilib. Ali Məhkəmədə keçirilən iclasda isə həmin qərar ləğv edilib və iş yenidən araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib.
Bakı Apellyasiya məhkəməsi qərarı dəyişdirib. Zaur Mirzəzadəyə bəraət verilib və o, məhkəmə zalından azad edilib.
3-02-2026, 17:26
Mərkəzi Hərbi-Həkim komissiyasının sabiq rəisi saxlanılıb


Mərkəzi Hərbi-Həkim komissiyasının sabiq rəisi saxlanılıb

Müdafiə Nazirliyi Mərkəzi Hərbi-Həkim komissiyasının sabiq rəisi Rasim Həsənov saxlanılıb.
R.Həsənov korrupsiya cinayətlərində ittiham olunur.
Hazırda sərəncamda olan tibb xidməti mayoru Baş Prokuror yanında Korruspiayaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən tutulub. Ona Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham verilib.
3-02-2026, 17:01
Kiberpolis haker şəbəkəsini ifşa etdi


Kiberpolis haker şəbəkəsini ifşa etdi

Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KBMİ) bank və bank olmayan bir neçə kredit təşkilatının rəsmi səhifələrinin oxşarını yaradaraq sosial mediada elanlar yerləşdirib aşağı faizli kreditlər təklif edən haker şəbəkəsinə qarşı əməliyyat keçirib. Əməliyyat-texniki tədbirlər zamanı bir qrup zərərçəkənin kart məlumatlarının ələ keçirilməsinin üsul və vasitələrində oxşar elementlər aşkar edilib. Tədbirlərin davamı olaraq 500-ə yaxın şəxsə qarşı qabaqcadan əlbir olaraq kiberdələduzluqlar edən 23 yaşlı Kənan Qasımov və 30 yaşlı İmam İşməmmədov saxlanılıblar.
Bu şəxslərin yaratdıqları fişinq səhifələrinin həqiqi elektron ünvanlarla vizual bənzərliyinə aldanan zərərçəkənlər qarşılarına çıxan saxta elanların real olduğuna inanıb və aşağı faizli kredit təkliflərinə aldanaraq müraciət ediblər. Bundan sonra isə vətəndaşlar onlardan tələb olunan kart məlumatları, yəni CVV və OTP təhlükəsizlik kodlarını K.Qasımovla İ.İşməmmədova göndəriblər. Vətəndaşların kart məlumatlarını ələ keçirən K.Qasımov və İ.İşməmmədov asanlıqla onların hesabına daxil olub və maddi vəsaitləri talayıblar. Onlar “izi” itirmək məqsədi ilə həmin pulları qanunsuz onlayn kazino oyunlarına və müxtəlif hesablara köçürərək nağdlaşdırıblar. Saxlanılan şəxslər ilkin ifadələrində indiyə qədər bu yolla 400.000 manata yaxın maddi vəsaiti ələ keçirdiklərini bildiriblər. Faktla bağlı Baş İdarədə cinayət işi başlanılıb, K.Qasımov və İ.İşməmmədov cinayət məsuliyyətinə cəlb olunaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Bir daha vətəndaşların diqqətinə çatdırırıq ki, kredit və ya bu kimi sorğularla bağlı yalnız Mərkəzi Bank tərəfindən lisenziya verilmiş maliyyə qurumlarına müraciət edilməlidir. Həmçinin şübhəli şəxslərə, səhifələrə və linklərə daxil olaraq kart məlumatları göndərilməməli, risk ehtimalı olan hallarla qarşılaşdıqda isə dərhal bu barədə polisə məlumat verilməlidir.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!