Nyu-Yorkda Azərbaycan bayrağı ucaldıldı - FOTO .....                        Bərdədə faciə - nənə və nəvə dəm qazından öldü .....                        Məşhur şirkətdən 40 min manatlıq oğurluq edildi .....                        Şuşa əməliyyatının YENİ DETALLARI - XTQ üzvü gizlinləri açdı .....                        Daha bir cüdoçumuz İslamiadada qızıl medal qazandı .....                        Fransa borclarına görə 74 milyard avro faiz ödəyəcək .....                        Əsgərlərimizin andiçmə mərasimləri keçirilib - VİDEO .....                        İrandakı səfirliyimizdə Zəfər Günü münasibətilə rəsmi qəbul .....                        "ABŞ-la danışıqları bərpa etmək mümkün deyil" .....                       
30-08-2025, 23:54
İranın Bakıdakı yeni səfirinə hansı tapşırıq verilib?


İranın Bakıdakı yeni səfirinə hansı tapşırıq verilib?

İranın Azərbaycandakı yeni səfiri Müctəba Dəmirçilu onun qarşısında qoyulan vəzifələri açıqlayıb.
Bu barədə səfir AzTV-yə müsahibəsində deyib.
"Yeni səfir təyin olunanda ona göstəriş verilir ki, iki ölkə arasında əlaqələri dərinləşdirmək lazımdır. Bu hədəfə nail olmaq üçün biz yeni layihələr ortaya qoymalı və keçmiş layihələrin icrası ilə məşğul olmalıyıq. Bu baxımdan mənə göstəriş verilib ki, müxtəlif sahələrdə bütün səy və bacarığımı ortaya qoymalıyam. Odur ki, çox nikbinəm. Ümid edirəm ki, iki ölkə və xalqın getdikcə yaxınlaşmasının şahidi olacağıq", - səfir qeyd edib.
30-08-2025, 22:36
Zakir Həsənov Türkiyədə səfərdədir


Zakir Həsənov Türkiyədə səfərdədir

Avqustun 30-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Gülerin dəvəti ilə qardaş ölkədə işgüzar səfərdədir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, səfər çərçivəsində müdafiə naziri Türkiyə Respublikasının Milli Müdafiə Universitetinin Quru Qoşunları, Hərbi Dənizçilik və Hərbi Təyyarəçilik məktəblərinin buraxılış mərasimlərinə qatılıb.
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mərasimlərdə çıxış edərək məzunları təbrik edib.
Ali hərbi məktəbləri müvəffəqiyyətlə bitirən azərbaycanlı məzunlara diplomlar Azərbaycan Respublikasının müdafiə naziri tərəfindən təqdim olunub.
Sonda məzunlar hərbi marşın sədaları altında tribuna önündən keçiblər.
30-08-2025, 21:23
13 yaşlı uşağın ölüm səbəbi bilindi


13 yaşlı uşağın ölüm səbəbi bilindi

Sumqayıtda 13 yaşlı uşaq ölüb.
2012-ci il təvəllüdlü Yusif Sahib oğlu Məcidzadənin boğazında yad cisim qalıb.
O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.
30-08-2025, 19:57
“Zirə” “Kəpəz”i darmadağın etdi


“Zirə” “Kəpəz”i darmadağın etdi

Azərbaycan Premyer Liqasında 3-cü turun oyunları davam edir.
“Zirə” bu gün evdə “Kəpəz”lə üz-üzə gəlib.
Qarşılaşma zirəlilərin 5:0 hesablı qələbəsi ilə başa çatıb.

Azərbaycan Premyer Liqası

3-cü tur

“Zirə” – “Kəpəz” 5:0

Qollar: Qismət Alıyev, 13. İssa Cibrilla, 32. Junior Martins, 37. Yeqor Boqomolski, 71. Davit Volkov, 85.

Hakimlər: Kamranbəy Rəhimov, Asiman Əzizli, Eyyub İbrahimov, Tural Qurbanov.

Zirə İdman Kompleksinin stadionu.
30-08-2025, 19:18
Neftçilər prospektinə çıxış bağlanır - Sürücülərin nəzərinə!


Neftçilər prospektinə çıxış bağlanır - Sürücülərin nəzərinə!

Avqustun 30-u saat 22:00-dan etibarən Azadlıq prospektindən Neftçilər prospektinə çıxış Formula 1 yarışları bitənədək nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq.
Bu barədə Bakı Şəhər Halqasından məlumat verilib.
Məhdudiyyətlər sentyabrın 19-dan 21-dək keçiriləcək Formula 1 üzrə Azərbaycan Qran-prisinə hazırlıq çərçivəsində şəhərin mərkəzi küçə və prospektlərində aparılan quraşdırma və infrastruktur işləri ilə bağlıdır.
Qeyd edək ki, məhdudiyyətlər mərhələli şəkildə tətbiq ediləcək və yarış ərəfəsində digər küçə və prospektlərdə də müəyyən dəyişikliklər olacaq.
Sürücülərdən hərəkət zamanı alternativ marşrutlardan istifadə etmələri xahiş olunur.
30-08-2025, 19:05
Bakıda taksi qiymətləri artırılıb?


Bakıda taksi qiymətləri artırılıb?

Bakıda taksi xidmətlərində gedişhaqqının artırıldığı bildirilir.
Sərnişinlər bildirir ki, əvvəllər minimum 2.50 manata başa gələn yaxın məsafəli marşrutlar indi ən azı 3.40–4.00 manata təklif olunur.
Qiymət artımının süni ola biləcəyi istisna edilmir.
Bahalaşma ilə bağlı rəsmi açıqlama verilməyib.
30-08-2025, 18:25
Maşın piyadanı vurdu: sıxlıq yarandı


Maşın piyadanı vurdu: sıxlıq yarandı

Sabunçu rayonu, Yavər Əliyev küçəsində piyada vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatında deyilir.
Xəsarətlə nəticələn qəza səbəbindən Bakıxanov qəsəbəsi istiqamətində nəqliyyat sıxlığı yaranıb. Polis əməkdaşları tərəfindən yolda zəruri tədbirlər görülür.
30-08-2025, 17:42
30 avqust 1991-ci il: Müstəqilliyə gedən yolun önü belə açıldı


30 avqust 1991-ci il: Müstəqilliyə gedən yolun önü belə açıldı

30 avqust tarixi müstəqil Azərbaycan Respublikası üçün əlamətdar günlərdən biridir.
30 avqust 1991-ci ildə Azərbaycan Respublikasının Ali Sovetinin növbədənkənar sessiyasında "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında" Bəyannamə qəbul edilib. Bəyannamədə deyilirdi:
“Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan xalqının ali dövlət mənafelərini rəhbər tutaraq və onun iradəsini ifadə edərək,
1918-ci ildən 1920-ci ilədək Azərbaycan Respublikasının beynəlxalq birlik tərəfindən tanınmış müstəqil dövlət kimi mövcud olduğunu qeyd edərək,
Azərbaycan Respublikası Konstitusiyasına, Azərbaycan Respublikasının suverenliyi haqqında və Azərbaycan Respublikasının iqtisadi müstəqilliyinin əsasları haqqında konstitusiya qanunlarına əsaslanaraq,
Azərbaycan xalqının müqəddəratı və azad inkişafının təmin olunması üçün məsuliyyətini dərk edərək,
Milli mənsubiyyətindən və dini etiqadından asılı olmadan Azərbaycan Respublikasının bütün vətəndaşlarının beynəlxalq aktlarda nəzərdə tutulan bütün insan hüquqlarına və əsas azadlıqlarına təminat verərək,
Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyü üçün təhlükəni aradan qaldırmağa çalışaraq, Azərbaycan Respublikasının təhlükəsizliyini və dövlət sərhədlərinin toxunulmazlığını təmin etmək kimi müqəddəs borcu rəhbər tutaraq,
Respublikanın bütün vətənpərvər qüvvələrinin sıx birləşməsinin zəruriliyini dərk edərək,
Azərbaycan Respublikasının və onun xalqının mənafeyinə zidd olmayan beynəlxalq paktları, konvensiyaları və başqa sənədləri qəbul edərək, SSR İttifaqına daxil olan bütün respublikalarla dostluq münasibətlərini bundan sonra da saxlamağı arzu edərək,
Beynəlxalq birliyin üzvü olan dövlətlərlə bərabər hüquqlu münasibətlər yaratmağa hazır olduğunu bildirərək,
Azərbaycan Respublikasının dövlət müstəqilliyinin Birləşmiş Millətlər Təşkilatının nizamnaməsində, digər beynəlxalq hüquq paktlarında və konvensiyalarında təsbit edilmiş prinsiplərə müvafiq surətdə beynəlxalq birliyin üzvü olan dövlətlər və Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınmasına ümid bəsləyərək Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa olduğunu elan edir”.
Bəyannamənin qəbulundan bir müddət sonra - 18 oktyabr 1991-ci ildə isə Azərbaycan parlamenti Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Haqqında Konstitusiya Aktını qəbul edib və bu Akt 29 dekabr 1991-ci ildə ümumxalq referendumu ilə təsdiq edilib.
Hər iki sənədə əsasən, Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin siyasi-hüquqi varisi elan olunub. Cümhuriyyətin himni, gerbi və bayrağı da olduğu kimi qəbul edilib.
30-08-2025, 16:21
İlham Əliyev Çində səfərdədir


İlham Əliyev Çində səfərdədir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinin dəvəti ilə avqustun 30-da bu ölkəyə işgüzar səfər edib.
Tiencin şəhərinin Binxay Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Çin Xalq Respublikasının sənaye və informasiya texnologiyaları naziri Li Leçen və digər rəsmi şəxslər qarşılayıblar.







30-08-2025, 15:03
"Qarabağ" tarixinin ən bahalı transferi - Yeni oyunçu gəlir


"Qarabağ" tarixinin ən bahalı transferi - Yeni oyunçu gəlir

“Qarabağ” Fransanın “Loryan” (Lorient) komandasının hücumçusu Sambu Sumanonu (Sambou Soumano) heyətinə cəlb etmək istəyir.
Hazırda tərəflər arasında intensiv danışıqlar gedir. Transfer 1-2 gün ərzində yekunlaşmalıdır. Çünki “Qarabağ” Çempionlar Liqası üçün sifariş ərizəsini sentyabrın 2-də UEFA-ya göndərməlidir.
İnsayder Rudi Qaletti isə özünün X səhifəsində yazıb ki, Ağdam təmsilçisi 24 yaşlı seneqallı futbolçu üçün onun klubuna 2,5 milyon avro+500 min avro bonus təklif edib. Bu məbləğ paketi indiyədək onunla maraqlanan digər klubların hamısının təklif etdiyindən daha yüksəkdir.
Bu gün və sabah futbolçunun transferi məsələsində açar gün olacaq.
Futbolçu özü Çempionlar Liqasında yarışacaq “Qarabağ”da oynamaq istəyir, lakin hələlik klubla yekun razılaşma yoxdur. Saytımıza o da məlum olub ki, Sambo Sumano “Qarabağ”a transfer olunsa, onun illik gəliri 1 milyon avrodan artıq olacaq. Əgər keçid baş tutsa, bu, "Qarabağ" tarixinin ən bahalı transferi olacaq.
Sumano ötən mövsüm Liqa-2-nin qalibi olmuş “Loryen”də 32 oyunda 14 qol vurub, 3 qolun ötürməsini edib. Bu mövsümdə isə o, Liqa-1-də 2 oyunda 1 qol vurmağı bacarıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!