Nyu-Yorkda Azərbaycan bayrağı ucaldıldı - FOTO .....                        Bərdədə faciə - nənə və nəvə dəm qazından öldü .....                        Məşhur şirkətdən 40 min manatlıq oğurluq edildi .....                        Şuşa əməliyyatının YENİ DETALLARI - XTQ üzvü gizlinləri açdı .....                        Daha bir cüdoçumuz İslamiadada qızıl medal qazandı .....                        Fransa borclarına görə 74 milyard avro faiz ödəyəcək .....                        Əsgərlərimizin andiçmə mərasimləri keçirilib - VİDEO .....                        İrandakı səfirliyimizdə Zəfər Günü münasibətilə rəsmi qəbul .....                        "ABŞ-la danışıqları bərpa etmək mümkün deyil" .....                       
27-09-2023, 15:03
Erməni əsilli sakinlər üçün növbəti dəfə yanacaq göndərildi


Erməni əsilli sakinlər üçün növbəti dəfə yanacaq göndərildi

Qarabağda yaşayan erməni əsilli sakinlər üçün Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus yanacaqla dolu daha bir nəqliyyat vasitəsi göndərilib.
Yanacaq daşıyan avtomobil Ağdam-Əsgəran-Xankəndi yolu ilə yola salınıb.
Qeyd edək ki, yanacaq Yevlax şəhərində keçirilən görüşdə erməni sakinlərinin nümayəndələrinin bölgəyə yanacaq göndərilməsi ilə bağlı xahişləri nəzərə alınaraq Azərbaycan mərkəzi hökuməti tərəfindən göndərilib. Ötən gün də Xankəndiyə dizel və Aİ 92 markalı benzin daşıyan avtomobillərin gedişi təmin edilib.
26-09-2023, 22:50
Millimiz UEFA Millətlər Liqasında ilk qələbəsini qazandı


Millimiz UEFA Millətlər Liqasında ilk qələbəsini qazandı

Qadın futbolçulardan ibarət Azərbaycan millisi UEFA Millətlər Liqasında ilk qələbəsini qazanıb.
Komanda ikinci oyununda səfərdə Monteneqro yığmasını 1:0 hesabı ilə üstələyib.
Oyunda yeganə qolu 84-cü dəqiqədə Nazlıcan Parlak vurub.
26-09-2023, 22:44
Qarabağdakı ermənilərə yardım bundan sonra da davam edəcək - Hikmət Hacıyev


Qarabağdakı ermənilərə yardım bundan sonra da davam edəcək - Hikmət Hacıyev

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev qeyri-qanuni erməni silahlıllarına qarşı antiterror tədbirləri başa çatdıqdan sonra Azərbaycan tərəfindən atılan addımlar haqqında paylaşım edib.
Hikmət Hacıyev bu barədə “X” hesabında yazıb.
“İndiyədək Azərbaycanın Qarabağ bölgəsindəki erməni yaşayış məskənlərinə humanitar yardımlar çatdırılıb və bundan sonra da davam etdiriləcək!”, - paylaşımda qeyd olunub.
26-09-2023, 21:41
XİN rəsmisi antiterror tədbirlərindən sonrakı vıziyyətlə bağlı paylaşım etdi


XİN rəsmisi antiterror tədbirlərindən sonrakı vıziyyətlə bağlı paylaşım etdi

Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə qeyri-qanuni erməni silahlıllarına qarşı antiterror tədbirləri başa çatdıqdan sonra Azərbaycan tərəfindən atılan addımlar haqqında paylaşım edib.
Bu barədə XİN rəsmisi "X" hesabında paylaşım edib.
"Müsadirə edilmiş minlərlə silah;
Yerli erməni sakinlərə tonlarla humanitar yardım", deyə paylaşımda vurğulanıb.


26-09-2023, 21:16
Zakir Həsənov ABŞ-ın müdafiə katibiylə telefon danışığı apardı


Zakir Həsənov ABŞ-ın müdafiə katibiylə telefon danışığı apardı

Sentyabrın 26-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovla Amerika Birləşmiş Ştatlarının müdafiə katibinin siyasi məsələlər üzrə müavini xanım Saşa Beykerin təşəbbüsü ilə telefon danışığı olub.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
Tərəflər ölkələrimiz arasında əlaqələr, regiondakı vəziyyət və təhlükəsizlik məsələləri ilə bağlı ətraflı fikir mübadiləsi aparıblar.
Telefon danışığı zamanı, həmçinin ölkələrimiz arasında ikitərəfli hərbi əməkdaşlığın inkişaf perspektivləri də müzakirə olunub.
26-09-2023, 21:11
Prezident Anım Günüylə bağlı paylaşım etdi


Prezident Anım Günüylə bağlı paylaşım etdi

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev sosial şəbəkə hesabında 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib.
Paylaşımda "27 Sentyabr - Anım Günü" sözləri yazılıb.

26-09-2023, 21:00
Xankəndində partlayış zamanı 20 nəfər öldü, 300 nəfər..


Xankəndində partlayış zamanı 20 nəfər öldü, 300 nəfər..

Xəbər verdiyimiz kimi, dünən Xankəndi şəhərində yerləşən yanacaqdoldurma məntəqəsində partlayış baş verib.
Partlayış zamanı ölən və yaralananların dəqiq sayı məlum deyil.
Ermənilərə məxsus teleqram kanalları rəsmilərə istinadən yazıb ki, partlayış zamanı 20 nəfər ölüb, 300-ə yaxın yaralı var.
Ermənistan səhiyyə naziri Avenasyan isə bu gün iddia edib ki, partlayış nəticəsində ölən 125 nəfərin qalıqları Ermənistana aparılıb. O, 69 nəfərin yaralandığını deyib.
Azərbaycan hökuməti hadisə ilə əlaqədar yaralanan şəxslərə yardım məqsədilə ilkin olaraq 200 nəfərin müalicəsi üçün yanığa qarşı tibbi ləvazimatlar, sarğı materialları, əlcəklər, dərman preparatları (spreylər, kremlər, ağrıkəsicilər, antibiotiklər və s.) daşıyan təcili tibbi yardım maşını Ağdam-Əsgəran-Xankəndi yolu vasitəsilə yola salınıb.
Yanğın Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələrinin fədakarlığı və peşəkar fəaliyyəti sayəsində genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Ətraf ərazilər, o cümlədən digər yanacaq çənləri yanğından mühafizə olunub.
26-09-2023, 20:49
Türkiyə ilə dost olan qazanır, Türkiyəyə düşmən olan uduzur - Ərdoğan


Türkiyə ilə dost olan qazanır, Türkiyəyə düşmən olan uduzur - Ərdoğan

"Biz hamımız Azərbaycan ordusunun uğurları ilə fəxr edirdik. Allah şəhid qardaşlarımıza rəhmət eləsin, yaralılara şəfalar diləyirəm".
Bunu Nazirlər Kabinetinin iclasından sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O qeyd edib ki, 30 il ərzində yaşadıqları bütün ağrılara baxmayaraq, Azərbaycanın Qarabağda ermənilərə münasibəti hər cür tərifəlayiqdir. Mülki insanlara qarşı həssaslıqla bağlı fövqəladə səylər göstərilib.
"Ümid edirik ki, Ermənistan kənar təxribatlara boyun əyməyəcək. Biz qonşumuz İranı da əhatə edəcək birgə layihələrlə regionumuzu çiçəklənən hövzəyə çevirmək istəyirik.
Türkiyə ilə dost olan qazanır, Türkiyəyə düşmən olan uduzur. Dostlarımızın sayını artırmaq üçün bir yol axtarırıq", - Ərdoğan vurğulayıb.
26-09-2023, 19:52
Xocalıda növbəti silah-sursat anbarı aşkarlandı


Xocalıda növbəti silah-sursat anbarı aşkarlandı

Qarabağ bölgəsində Ermənistan silahlı birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələrinin hərbi məqsədlər üçün istifadə etdiyi mülki təyinatlı tikililərin aşkar olunması üzrə tədbirlər davam edir.
Müdafiə Nazirliyindən verilən məlumata görə, Xocalı rayonu ərazisindəki mülki infrastruktur obyektlərinə baxış zamanı növbəti silah-sursat anbarı müəyyən edilib.
Anbardan aşkar edilmiş külli miqdarda patron, əl qumbaraları, minaatan, müxtəlif çaplı ağır artilleriya və tank mərmiləri, həmçinin tankəleyhinə raket komplekslərinin idarəolunan raketləri və digər döyüş sursatları müsadirə edilib.
Ərazidə, həmçinin qoşqulara yüklənmiş halda xeyli sayda sursatla dolu yeşiklər də aşkar edilərək götürülüb.


26-09-2023, 19:43
Avropa Bakı və İrəvandan gözləntilərini açıqladı


Avropa Bakı və İrəvandan gözləntilərini açıqladı

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında Brüsseldə baş tutmuş görüş zamanı Azərbaycan və Ermənistan liderlərinin oktyabrın 5-də Avropa Siyasi İcması Sammiti çərçivəsində Qranadada keçirilməsi gözlənilən görüşünə dair intensiv fikir mübadiləsi aparılıb.
Bu barədə Aİ Şurasının Prezidenti Şarl Mişelin mətbuat xidmətinin görüşdən sonra yaydığı bəyanatında bildirilib.
Qeyd olunub ki, görüş iştirakçıları normallaşma səylərinin davam etdirilməsi üçün Qranadada mümkün görüşdən istifadə etməkdə Ermənistan və Azərbaycanın ortaq marağı olduğunu vurğulayıblar.
Əlavə olunub ki, bununla əlaqədar olaraq, Armen Qriqoryan və Hikmət Hacıyev Ermənistan-Azərbaycan sülh prosesinin irəliləyişinə nail olmaq üçün mümkün Qranada görüşündə sərhədlərin delimitasiyası, təhlükəsizlik, kommunikasiya, humanitar məsələlər və daha geniş sülh müqaviləsi kimi mümkün konkret addımlarla bağlı danışıqlarda iştirak ediblər.
“Normallaşma prosesinin bütün istiqamətlərində konkret fəaliyyət və qətiyyətli kompromis həllərə ehtiyac var. Aİ hesab edir ki, Qranadada keçiriləcək mümkün görüşdən həm İrəvan, həm də Bakı daha əvvəl Praqada və Brüsseldə əldə edilmiş razılaşmalara uyğun olaraq, bir-birlərinin ərazi bütövlüyü və suverenliyinə sadiqliklərini açıq şəkildə bəyan etmək üçün istifadə etməlidir”, - bəyanatda vurğulanıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!