Bu gündən yaxın qohumlar evlənə bilməyəcək .....                        Macarıstan Ermənistana yardım ayrılmasını bloklayır .....                        “Paşinyandan xahiş etdik ki, müharibəni dayandırsın” .....                        Azərbaycanda sosial müavinətlər və təqaüdlər artırılıb .....                        Azərbaycanda sammit keçiriləcək - Liderlər ölkəmizə gəlir .....                        Ərdoğan Azərbaycan xalqına təşəkkür etdi .....                        Qukasyandan yeni etiraflar .....                        Paşinyan Kallasla görüşdü .....                        Səfərov qardaşlarının nəşi Bakıya gətirildi - FOTO .....                       
Tarix : 1-04-2024, 17:25
Məhkəmələrə 32 hakim təyin olunacaq - FOTO


Məhkəmələrə 32 hakim təyin ediləcək - FOTO

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin növbəti iclası keçirilib.
İclasda parlament sədrinin birinci müavini, komitənin sədri Əli Hüseynli gündəliyə Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi, M.K.Həsənovun Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin hakimlərinin təyin və vəzifədən azad edilməsi, Gəncə Apellyasiya Məhkəməsinin hakimlərinin təyin və vəzifədən azad edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin hakimlərinin təyin və vəzifədən azad edilməsi, Şəki Apellyasiya Məhkəməsinin hakimlərinin təyin edilməsi, Şirvan Apellyasiya Məhkəməsinin hakimlərinin təyin və vəzifədən azad edilməsi haqqında 7 məsələnin daxil edildiyini bildirib. Qeyd olunub ki, bu məsələlər ölkə Prezidentinin təqdimatı əsasında müzakirəyə çıxarılıb.
Sonra iclasda çıxış edən Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov Məhkəmə-Hüquq Şurası tərəfindən və məhkəmə sistemində görülən işlər barədə söhbət açıb. O, məhkəmə-hüquq sistemində islahatların davamlı olaraq həyata keçirildiyini, Azərbaycan Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 3 aprel 2019-cu il tarixli Fərmanı ilə bu sahədə yeni mərhələnin başlandığını bildirib. Qeyd olunub ki, həmin sənədə əsasən, müəyyən edilmiş istiqamətlər üzrə Məhkəmə-Hüquq Şurası, Ali Məhkəmə, məhkəmə hakimiyyəti tərəfindən müvafiq tədbirlər görülür. Həmçinin Milli Məclisin məhkəmə-hüquq sahəsində aparılan islahatların həyata keçirilməsi üçün qanunvericilik aktlarının təkmilləşdirilməsi istiqamətində atdığı addımlardan da bəhs edilib.
Ç.Əsgərov Məhkəmə-Hüquq Şurasının tərkibinin yenidən formalaşdırıldığını, yeni tərkibin Şuranın fəaliyyətinin gücləndirilməsi və məhkəmə hakimiyyətinin inkişafı istiqamətində gördüyü işlərdən danışıb. O, habelə, hakimlərin təyin edilməsi proseduru, onların peşəkarlığının artırılması, sayının çoxaldılması, məhkəmə icraatının səmərəliliyinin, qərarların keyfiyyətinin yüksəldilməsi barədə fikirlərini açıqlayıb.
Diqqətə çatdırılıb ki, Məhkəmə-Hüquq Şurası və Ali Məhkəmə tərəfindən “Elektron məhkəmə” informasiya sisteminin daha da genişləndirilməsinə xüsusi diqqət yetirilir. Ölkənin bütün məhkəmələri “Elektron məhkəmə” sisteminə qoşulub, elektron kabinet vasitəsi ilə məhkəmə icraatı təşviq olunur.
Bildirilib ki, hakimlərin vəzifələrində irəli çəkilməsi ilə bağlı bir sıra meyarlar müəyyən edilib. Bu gün namizədlikləri irəli sürülmüş hakimlərin peşəkarlığı, iş təcrübəsi nəzərə alınaraq, ümumilikdə 32 hakimlə bağlı məsələlər müzakirəyə təqdim olunur. Onlardan 2 nəfərin Apellyasiya məhkəmələrinin hakimi vəzifəsindən azad edilərək Ali Məhkəmənin hakimləri təyin olunması, 1 nəfərin Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi, 21 nəfərin birinci instansiya məhkəmələrindən azad edilərək Apellyasiya məhkəmələrinə hakim təyin edilməsi, 6 nəfərin Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək birinci instansiya məhkəmələrinə hakim təyin edilməsi, 2 nəfərin isə yerinin dəyişdirilərək bir Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək digər Apellyasiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilməsi təklif olunur.
İclasda çıxış edən komitənin sədr müavini Qüdrət Həsənquliyev, üzvləri Nizami Səfərov, Fəzail Ağamalı, Bəhruz Məhərrəmov, Elşən Musayev, Azay Quliyev, Vüqar İskəndərov, Tahir Kərimli ölkəmizdə məhkəmə-hüquq sisteminin fəaliyyəti ilə bağlı fikirlərini açıqlayıblar, qeyd və təkliflərini səsləndiriblər. Çıxışlarda məhkəmələrin işinin müasir dövrün tələblərinə uyğun qurulmasının, onların fəaliyyətində şəffaflıq prinsiplərinə əməl olunmasının, məhkəmə qərarlarının icra mexanizmlərinin təkmilləşdirilməsinin əhəmiyyətindən söhbət açılıb. Deputatlar namizədlikləri təqdim olunmuş şəxslərin iş təcrübələri, mənəvi keyfiyyətləri barədə danışıblar.
Sonra komitə sədri Əli Hüseynli çıxış edərək Məhkəmə-Hüquq Şurasının fəaliyyətinin yeni qanunvericilik bazasının əsasında qurulduğunu söyləyib. Bildirilib ki, ölkə Prezidentinin 2019-cu ildə imzaladığı müvafiq Fərmanı ilə məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi, bu istiqamətdə qanunvericilik bazasının təkmilləşdirilməsi, Məhkəmə-Hüquq Şurasının yeni tərkibinin formalaşdırılması bu sahədə fəaliyyətin səmərəliliyinin daha da artırılmasına öz töhfəsini verəcək. Komitə sədri hakimlərin təyinatı ilə bağlı məsələyə toxunaraq, yuxarı instansiya məhkəməsinə daha təcrübəli, peşəkar hakimlərin irəli sürülməsinin önəmindən bəhs edib.
İclasda Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov, Məhkəmə-Hüquq Şurası Aparatının rəhbəri Kərəm Mansurov səsləndirilən fikirlərə münasibət bildiriblər, qaldırılan məsələlərə aydınlıq gətiriblər.
Müzakirələrin sonunda gündəlikdəki yeddi məsələnin hamısı Milli Məclisin plenar iclasına tövsiyə olunub.
İclasda komitə üzvləri Əminə Ağazadə, Sabir Hacıyev, Nurlan Həsənov və digər rəsmi şəxslər iştirak ediblər.




Paylaş



Bölmə: Xəbər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!