Kadırovdan Puqaçovanın sözlərinə sərt reaksiya .....                        İl ərzində bir həkimin hazırlığına 8 min manat ayrılır .....                        “Benfika” ilə oyuna istədiyimiz kimi hazırlaşa bilməmişik - Qurban Qurbanov .....                        Polşada hökumət binaları üzərində uçan dron vuruldu .....                        Prezident həmin ev barədə tapşırıq verdi .....                        Prezident həmin ev barədə tapşırıq verdi .....                        Qəbul prosesini daha da çətinləşdirməyi düşünürük - Emin Əmrullayev .....                        Bakıda sərnişin avtobus sürücüsünü döydü .....                        Tramp Britaniyaya getdi .....                       
14-07-2023, 14:26
Madar Musayev dünyası dəyişdi


Madar Musayev dünyası dəyişdi

Bu gün dünyasını dəyişən deputat Madər Musayevin feysbuk hesabında 4 saat əvvəl paylaşım edilib.
Onun şəxsi hesabında Ulu Öndər Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsinin 54 illiyi ilə bağlı geniş məqalə dərc olunub.
75 yaşlı deputat bir müddət idi ki, xəstəxanada müalicə olunurdu. Madər Musayevin daxili orqanların çatışmazlığından vəfat etdiyi bildirilir.
Xatırladaq ki, Madər Musayev 26 noyabr 1947-ci ildə Bakı şəhərində anadan olub. XII çağırış Azərbaycan Respublikası Ali Sovetinin, I , II, III, IV, V və VI çağırış Milli Məclisi deputatı seçilib. “Şöhrət” və “Şərəf” ordenləri, 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
14-07-2023, 13:09
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Azərbaycanda iyulun 15-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava yağmursuz olacaq. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 20-25° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütununda 755 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 55-65%, gündüz 35-45% olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Bəzi şimal və qərb rayonlarında arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək. Gecə və səhər bəzi rayonlarda duman.
Havanın temperaturu gecə 20-25° isti, gündüz 33-38° isti, dağlarda gecə 11-16° isti, gündüz 18-23° isti olacaq.
14-07-2023, 12:36
Taksi operatorlarıyla bağlı tələblər sərtləşdirilir


Taksi operatorlarıyla bağlı tələblər sərtləşdirilir

Taksi operatorlarına qarşı fərdi məlumatların mühafizəsi ilə bağlı tələblər sərtləşdirilir. Bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında III oxunuşda müzakirəyə çıxarılan “Avtomobil nəqliyyatı haqqında” qanunda dəyişiklik layihəsində əksini tapıb.
Belə ki, taksi sifarişi operatorları “Fərdi məlumatlar haqqında” qanunun 15-ci maddəsinin tələblərini nəzərə alıb, fərdi məlumatların informasiya sistemlərini dövlət qeydiyyatdan keçirməli olacaqlar.
Sənəddə deyilir ki, taksi sifarişi operatorları hər bir taksi sifarişi üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi (qurum) tərəfindən təsdiq edilən adsızlaşdırılmış məlumatların real vaxt rejimində ötürülməsini təmin etməlidir.
Dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.
14-07-2023, 12:23
Dərmanların tənzimlənən qiymətdən baha satılması qadağan edildi


Dərmanların tənzimlənən qiymətdən baha satılması qadağan edildi

Qeydiyyata alınan dərmanların tənzimlənən qiymətlərdən baha satılmasının qadağan olunmasına dair layihə ilk oxunuşdan keçib. Bununla bağlı "Dərman vasitələri haqqında" qanuna dəyişiklik layihəsi parlamentin bu gün keçirilən plenar iclasında III oxunuşda müzakirəyə çıxarılıb.
Belə ki, təklif olunan dəyişikliklə dövlət qeydiyyatına alınan dərman vasitələrinin qiymətləri tənzimlənmədən satışı və ya tənzimlənən qiymətlərdən yuxarı qiymətlərlə satılması qadağan edilir.
Qanunun hazırki bəndi isə belədir: "Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətləri tənzimlənmədən satışı və ya tənzimlənən qiymətlərdən fərqli qiymətlərlə satılması (dövlət satınalmaları zamanı və ya tibb müəssisələrinə təklif edilən topdansatış qiymətlərdən aşağı qiymətlər istisna olmaqla) qadağandır".
Layihə səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.
14-07-2023, 12:15
Taksi fəaliyyəti üçün dövlət rüsumları müəyyənləşdi


Taksi fəaliyyəti üçün dövlət rüsumları müəyyənləşdi

Azərbaycanda taksi fəaliyyəti üçün dövlət rüsumları müəyyənləşib. Bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında III oxunuşda müzakirəyə çıxarılan "Dövlət rüsumu haqqında" qanunda dəyişiklik layihəsində əksini tapıb. Belə ki, taksi sifarişi operatoru fəaliyyətinə icazənin verilməsi üçün rüsumun 3 min manat olması təklif edilir.
Bundan başqa, taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış vəsiqəsinin verilməsi üçün rüsum 125 manat, hər bir nəqliyyat vasitəsi üçün buraxılış kartının verilməsi üçün isə rüsum 25 manat olacaq.
Eyni zamanda Azərbaycanla xarici ölkələr arasında avtomobil nəqliyyatı ilə daşımaları yerinə yetirmək üçün operatorlara beynəlxalq yük və qeyri-muntəzəm sərnişin daşımalarına buraxılış vəsiqəsinin verilməsi üçün 250 manat, hər bir nəqliyyat vasitəsi üçün buraxılış kartının verilməsi üçün isə 75 manat rüsum ödəniləcək. Dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.
13-07-2023, 22:00
XİN Ermənistanın təkrarlanan mina təhdidiylə bağlı çağırış etdi


XİN təkrarlanan mina təhdidiylə bağlı çağırış etdi

Azərbaycan Xarici İşlər Nazirliyi Kəlbəcərdəki arıçının yaralanması ilə nəticələnən mina partlayışı ilə əlaqədar Ermənistanın bu təhdidinə göz yummamağa çağırır. Bu barədə XİN tviterdə paylaşım edib.
“Bu gün Ermənistanın yerləşdirdiyi növbəti minanın partlaması nəticəsində Kəlbəcərdə bir arıçı ağır yaralanıb, Azərbaycanda 2020-ci ilin müharibəsindən sonra qurbanların sayı 303 nəfərə çatıb.
Azərbaycan Ermənistandan qaynaqlanan mina təhdidinə göz yummamaq çağırışını yeniləyir”, - paylaşımda qeyd olunub.
13-07-2023, 20:52
Kəlbəcərdə arıçılıqla məşğul olan şəxs minaya düşdü


Kəlbəcərdə arıçılıqla məşğul olan şəxs minaya düşdü

Kəlbəcərdə arıçılıq təsərrüfatı ilə məşğul olan şəxs minaya düşüb. DİN-in mətbuat xidmətindən bildirilib ki, iyulun 13-də saat 20 radələrində Kəlbəcər rayonu Çopurlu kəndində arıçılıq təsərrüfatı ilə məşğul olan 1964-cü il təvəllüdlü Əliyev Sahib İsa oğlunun minaya düşməsi ilə polisə məlumat daxil olub. Hadisə rayonun Seyidlər kəndi ərazisində baş verib. S.Əliyev xəsarət alıb. Araşdırma aparılır.
13-07-2023, 20:40
Gədəbəydə fəaliyyət göstərən qalmaqallı şirkət bağlandı


Gədəbəydə fəaliyyət göstərən qalmaqallı şirkət bağlandı

Söyüdlüdə təbiətə, insanların sağlamlığına yaranmış təhlükəni nəzərə alaraq şirkətin fəaliyyətinin müvəqqəti olaraq dayandırılması ilə bağlı qərar qəbul edilib.
Baş nazir Əli Əsədov Gədəbəy rayonunun Söyüdlü kəndində vəziyyətin araşdırılması üçün yaradılmış Komissiyanın ikinci iclasında bu barədə qərar qəbul etdiyini deyib.
Cəlb edilmiş beynəlxalq şirkət tərəfindən aparılacaq qiymətləndirilmənin nəticələrinə və veriləcək tövsiyələrə uyğun olaraq işini təşkil edəcəyi təqdirdə müəssisənin fəaliyyətinin bərpa edilməsi məsələsinə baxıla bilər.
Baş nazir qeyd edib ki, ərazidə fəaliyyət göstərən şirkət tərəfindən növbəti dövrdə istehsalatda müasir texnika və yeni texnologiyaların tətbiqi təmin edilməlidir.
Bildirilib ki, bu müddət ərzində müəssisə müəyyən edilən bütün nöqsanları aradan qaldırmalı, fəaliyyətini müvafiq qanunvericiliyin tələblərinə uyğun qurmalıdır, o cümlədən işçilər qarşısında sosial öhdəliklərini yerinə yetirməlidir.
Vurğulanıb ki, beynəlxalq şirkətlər cəlb edilməklə mövcud tullantı anbarı və gölün bəndinin dayanıqlığının yoxlanılması və istifadə imkanlarının qiymətləndirilməsi, həmçinin ərazidə fəaliyyət göstərən şirkətin sosial-korporativ öhdəlikləri çərçivəsində yerli icmalarla münasibətlərin yaxşılaşdırılması, habelə bütün digər məsələlərin həllində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbərliyi və Komissiyaya üzv olan dövlət qurumlarının iştirakı ilə əlaqələndirilmiş şəkildə ciddi və mütəmadi iş aparılmalıdır. Eyni zamanda Səhiyyə Nazirliyinə aidiyyəti üzrə daimi nəzarətin həyata keçirilməsi və kənd əhalisinin, o cümlədən müəssisədə çalışan əməkdaşların vaxtaşırı dispanzerizasiya olunmalarının təmin edilməsi ilə bağlı Səhiyyə Nazirliyinə göstəriş verilib.
13-07-2023, 20:28
Baş nazir Söyüdlü ilə bağlı tapşırıq verdi


Baş nazir Söyüdlü ilə bağlı tapşırıq verdi

Baş nazir Əli Əsədov Gədəbəy rayonunun Söyüdlü kəndində nöqsanların ciddi araşdırılması və aradan qaldırılması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və Fövqəladə Hallar Nazirliyinə tapşırıqlar verib.
Ə.Əsədov Nazirlər Kabinetinin 2023-cü il 21 iyun tarixli Sərəncamı ilə yaradılmış Komissiyanın ikinci iclasında icra hakimiyyəti orqanları ilə razılaşdırılmadan tullantı anbarında müxtəlif illərdə üç dəfə inşaat işlərinin aparılması, tullantı su anbarının tikintisinə dair layihə sənədlərinin ekspertizadan keçirilməməsi, bəndin dayanıqlığının qiymətləndirilməsinin aparılmaması, tullantı anbarının istismar imkanlarının artırılması ilə əlaqədar şirkət qarşısında heç bir tələbin qoyulmaması, tullantı sularını nəql edən boruların sanitar-mühafizə zonası müəyyənləşdirilməməsi, məhdudlaşdırıcı hasarlarım çəkilməməsi, boru xətti boyu və tullantıxana sahəsində məlumatverici və qadağanedici lövhələrin quraşdırılmaması və digər nöqsanların ciddi araşdırılması və aradan qaldırılması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və Fövqəladə Hallar Nazirliyinə tapşırıqlar verib.
Qeyd olunub ki, ərazidə fəaliyyət göstərən müəssisədə ekoloji və geoloji audit aparılması məqsədilə beynəlxalq şirkət müəyyənləşdirilərək dəvət olunub və onun yaxın günlərdə ölkəmizə səfəri gözlənilir. Bu şirkət tərəfindən ətraf mühit, təhlükəsizlik və sağlamlıq məsələləri qiymətləndiriləcəkdir.
İclasda, həmçinin aparılan monitorinqlərin nəticələrinə dair Komissiya üzvlərinin məruzələri dinlənilib.
13-07-2023, 19:06
Paytaxtda fəaliyyət göstərən tikinti şirkəti şam ağaclarını kəsdi


Paytaxtda fəaliyyət göstərən tikinti şirkəti şam ağaclarını kəsdi

Bakıda tikinti şirkəti tərəfindən şam ağaclarının kəsildiyi müəyyən edilib.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən verilən məlumata görə, Nəsimi rayonu, Moskva prospektində ağacların kəsilməsi ilə bağlı Xidmətə daxil olan şikayət qurumun əməkdaşları tərəfindən yerində araşdırılıb.
Xidmət rəsmisi Qafar Ağayev bildirib ki, araşdırma zamanı sözügedən ərazidə tikinti işləri aparan "Ay İnşaat" MMC tərəfindən iki şam ağacının kəsildiyi müəyyən olunub.
"Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi məqsədilə toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır", - o deyib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!