Azərbaycanla bağlı proqnoz dəyişmədi .....                        ABŞ İranın 10 gəmisini məhv etdi .....                        Rusiyalı diplomatlar partlayış nəticəsində yaralandılar .....                        İranda müharibə nə vaxt başa çatacaq? .....                        "Qalatasaray" tarixi qələbə qazandı .....                        Polis daha bir tiktokeri saxladı .....                        Ceyhun Bayramov Omanın yeni qeyri-rezident səfirini qəbul edib .....                        Səfirlik ölən azərbaycanlı ilə bağlı məlumat yaydı .....                        Baş nazir hökumət üzvlərini topladı .....                       
26-12-2025, 16:59
Azərbaycan minaların xəritəsini Ermənistandan israrla tələb edəcək


Azərbaycan minaların xəritəsini Ermənistandan israrla tələb edəcək

"Azərbaycan işğaldan azad olunmuş ərazilərdəki minaların xəritəsini Ermənistandan 2026-cı ildə də israrla tələb edəcək".
Bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına həsr olunan mətbuat konfransında söyləyib.
"Ermənistan iddia edir ki, onların əlində mina xəritəsi yoxdur, hamısını veriblər. Bu səbəbdən də minalarla bağlı vəziyyət kifayət qədər mürəkkəbdir. Belə ki, bir sıra ərazilərdə minalar 2021-2023-cü illər ərzində basdırılıb. Həmçinin ərazilərimizdə 2020-ci ildən sonra ümumilikdə yüz minlərlə mina basdırılıb. Bu minaların tam təhlükəsiz şəkildə çıxarılması qısa müddətdə mümkün görünmür və uzunmüddətli, planlı əməliyyatlar tələb edir”, - deyə nazir bildirib.
26-12-2025, 15:46
Bəşər Əsəd Azərbaycana qarşı qeyri-dost hərəkətlər etmişdi - Nazir


Bəşər Əsəd Azərbaycana qarşı qeyri-dost hərəkətlər etmişdi - Nazir

1 il əvvəl Suriyada baş verən dəyişikliklər Azərbaycan və Suriya münasibətini də inkişaf etdirib.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına dair hesabatı təqdim edərkən deyib.
Nazir qeyd edib ki, Suriyada baş verən dəyişikliklər Azrbaycan üçün müsbət hal idi.
“2012-ci ildən Azərbaycan ilə Bəşər-Əsəd rejimi arasında heç bir münasibət qalmadı. Bunun səbəbi Bəşər-Əsəd rejiminin Azərbaycana qarşı qeyri-dost hərəkətləri idi. Lakin Suriyada baş verən dəyişikliklərdən sonra iki ölkə arasında münaisbətlər normallaşıb”.
Nazir avqust ayından etibarən Suriyaya verilən qaz ixracının önəmindən də danışıb.
“Bu Suriyanın enerji elektrik asıllığını ciddi şəkildə azaldır” – deyə o vurğulayıb.

26-12-2025, 15:40
Cənubi Qafqazda yeni mühit formalaşır


Cənubi Qafqazda yeni mühit formalaşır

Bu gün Cənubi Qafqazda artıq yeni mühitin ilkin elementlərini görürük.
Bunu xarici işlər naziri Ceyhun Bayramov nazirliyin 2025-ci ilin yekunlarına dair hesabatında deyib.
“İllər öncə Azərbaycan-Ermənistan arasında hər hansısa bir mübadiləni təsəvür belə etmək mümkün deyildi. Bunun səbəbi, əlbəttə ki, işğal faktı idi. Bu gün nail olunan bu böyük nəticə on illər ərzində Prezident ilham Əliyevin yürütdüyü siyasət və suverenliyimizin bərpası ilə əldə olunub. Əminəm ki, proses 2026-cı ildə davam etdiriləcək”- deyə nazir qeyd edib.
26-12-2025, 15:36
Azərbaycan bu ölkəyə 44 milyon dollar yardım edib


Azərbaycan bu ölkəyə 44 milyon dollar yardım edib

2025-ci ildə Suriyaya 200 ton, Ukraynaya 44 milyon dollardan çox dəyərdə humanitar yardım göndərilib.
Bu sözləri xarici işlər naziri Ceyhun Bayramov XİN-də ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
"Eləcə də kiçik ada dövlətlərinə, etnik azlıqların yaşadığı ölkələrə təhsil qarntları çərçivəsində vəsaitlər ayrılıb”.
Nazir həmçinin bildirib ki, regiona investisiyaların cəlb edilməsi üçün Azərbaycan xarici ölkələrlə müvafiq təmaslar aparıb: “Ölkəmiz enerji və iqtisadi layihələrin icrasında təşəbbüslər irəli sürüb və əməli addımlar atıb”.
26-12-2025, 15:32
2026-cı ildə sülh prosesini birbaşa dialoq əsasında irəliləyəcək - Nazir


2026-cı ildə sülh prosesini birbaşa dialoq əsasında irəliləyəcək - Nazir

Azərbaycan 2026-cı ildə sülh prosesini daha da irəllətmək məqsədi ilə ikitərəfli, birbaşa və prinsipal dialoq sadiq qalacaq.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına dair hesabatı təqdim edərkən deyib.
Nazir qeyd edib ki, bu konteksdə artıq paraflanmış sülh sazişinin imzalanması üçün Ermənistan konstitusiyasında Azərbayacana qarşı torpaq iddiası aradan qaldırılmalıdır.
26-12-2025, 15:18
Azərbaycan Yaxın Şərqdə diplomatik təmasları davam etdirir


Azərbaycan Yaxın Şərqdə diplomatik təmasları davam etdirir

Azərbaycan Yaxın Şərqdə diplomatik təmasları davam etdirir.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.
“ABŞ və Misir liderlərinin Azərbaycan Prezidentini Şarm əl-Şeyxdə keçirilən sammitə dəvət olunması ölkəmizin sülh təcrübəsinə böyük etimadın göstəricisidir”, - nazir bildirib.
Ceyhun Bayramovun sözlərinə görə, il ərzində Azərbaycan 41 ölkə ilə müxtəlif sənədlər imzalayıb.
Nazir onu da bildirib ki, 2025-ci ildə bir sıra ölkələrdə Azərbaycanın səfirlikləri açılıb: “Suriyada 13 ildən sonra səfirliyimiz fəaliyyəti bərpa edilib. Bu işlər xaricdəki diplomatik nümayəndəliklərimizin genişləndirilməsi işləri çərçivəsində baş verib”.
26-12-2025, 14:39
Xaçmazda yaşayış binasının tikintisinə 2,4 milyon manat ayrıldı


Xaçmazda yaşayış binasının tikintisinə 2,4 milyon manat ayrıldı

Xaçmaz rayonunun Yeni Həyat qəsəbəsində yeni yaşayış binası inşa ediləcək.
Sifarişçi qurum kimi Fövqəladə Hallar Nazirliyi müəyyənləşib. Artıq Nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə Olan Obyektlərin Birləşmiş Müdriyyəti bununla bağlı hazırlıq işlərini yekunlaşdırıb.
Tikintisi nəzərdə tutulan yaşayış binası iki girişli, dörd mərtəbəli və 33 mənzildən ibarət olacaq.
Tikinti işlərinin icrası isə "Balacans İnşaat" şirkətinə həvalə edilib və onunla müqavilə bağlanılıb.
Müqavilənin maliyyə dəyəri 2 milyon 415 min 679 manat olaraq müəyyən olunub.
26-12-2025, 14:26
Ölkə başçısı: Bu il 600-dən çox qızıl medal qazanılıb


Ölkə başçısı: Bu il 600-dən çox qızıl medal qazanılıb

“Ənənəvi olaraq ilin sonunda görüşürük, ilin yekunlarını müzakirə edirik, idmançıları, idman mütəxəssislərini mükafatlandırırıq. Bu il də istisna deyil”.
Bunu Prezident İlham Əliyev 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə deyib.
Dövlət başçısı bildirilib ki, bu il idmançılarımız tərəfindən qazanılan medalların sayı rekord həddə çatıb: “Beynəlxalq yarışlarda idmançılarımız tərəfindən 2000-dən çox medal, təqribən 600-dən çox qızıl medal qazanılıb. Bu, bir daha onu göstərir ki, idmanın inkişafı Azərbaycanda uğurla gedir. Keçən illə müqayisədə medalların sayı daha çoxdur və bu, yəqin ki, təbiidir. Çünki idmanın inkişafına göstərilən diqqət, aparılan dövlət siyasəti, əlbəttə ki, ildən-ilə daha yaxşı nəticələrə gətirib çıxarır”.
Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanda idmanın inkişafı dövlət siyasətidir və dövlət xətti ilə bir çox proqramlar icra edilmişdir.
“İdman infrastrukturu demək olar ki, sıfırdan qurulmuşdur və bu gün ən yüksək səviyyədədir. Bölgələrdə idmanla məşğul olmaq üçün bütün şərait var. Bu il iki Olimpiya İdman Kompleksinin tikintisi başa çatmışdır - Gəncədə və Yevlaxda. Beləliklə, bölgələrdə Olimpiya İdman komplekslərinin sayı 46-ya çatıb”, - dövlət başçısı vurğulayıb.
26-12-2025, 14:21
Xocalının Seyidbəyli kəndinə daha 48 nəfər qayıtdı


Xocalının Seyidbəyli kəndinə daha 48 nəfər qayıtdı

Dekabrın 26-da Xocalı rayonunun Seyidbəyli kəndinə növbəti köç prosesi baş tutub.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bu mərhələdə kəndə 48 nəfərdən ibarət 11 ailə köçürülüb.
Köç edən ailələr bu gün yeni mənzillərinə yerləşdirilib. Mənzillərin açarlarının təqdimatı zamanı Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəliyinin əməkdaşı Xasay Cahangirov, sakinlərə Seyidbəyli kəndində görülən işlər barədə ətraflı məlumat verib.
Bildirib ki, kənddə müasir tələblərə cavab verən fərdi yaşayış evləri bərpa olunub, qaz, elektrik və su xətləri tam yenilənib, eyni zamanda digər sosial infrastruktur obyektləri yenidən qurulub.
Qeyd edək ki, Xocalı rayonunun Seyidbəyli kəndi 1992-ci ildən 2020-ci ilədək Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub.19–20 sentyabr 2023-cü il tarixində keçirilən lokal xarakterli antiterror əməliyyatları nəticəsində Seyidbəyli kəndi işğaldan azad edilib.
26-12-2025, 14:17
Prezident bu idmançılara ev verdi - SİYAHI


Prezident bu idmançılara ev verdi - SİYAHI

Dekabrın 26-da 2025-ci ilin idman yekunlarına həsr olunan mərasim keçirilib.
Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.
Dövlət başçısı 2025-ci ildə yüksək nailiyyətlər qazanmış bir qrup idmançıya və idman mütəxəssisinə - Şəmsi Səfərliyə, Böyükxanım Astanovaya, Morteza Validarviyə, Mehran Həmidzadəyə, Malik Həsənova, İmamverdi Məmmədova, Ramil Vəliyevə, Tofiq Əliyevə, Oqtay Abdullayevə, Nurəddin Məmmədova, Solmaz Adilovaya, Ülvi Qənizadəyə, Murad Məmmədova, Ramil Cəfərova, Aygül Abdullayevaya, Yelizaveta Rubana, Xəyyam Orucova, Elnur İbrahimə, Taleh Nağızadəyə, Nərmin Kazımovaya və Fərid Tağızadəyə yeni mənzillərin orderlərini təqdim edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!