Kadırovdan Puqaçovanın sözlərinə sərt reaksiya .....                        İl ərzində bir həkimin hazırlığına 8 min manat ayrılır .....                        “Benfika” ilə oyuna istədiyimiz kimi hazırlaşa bilməmişik - Qurban Qurbanov .....                        Polşada hökumət binaları üzərində uçan dron vuruldu .....                        Prezident həmin ev barədə tapşırıq verdi .....                        Prezident həmin ev barədə tapşırıq verdi .....                        Qəbul prosesini daha da çətinləşdirməyi düşünürük - Emin Əmrullayev .....                        Bakıda sərnişin avtobus sürücüsünü döydü .....                        Tramp Britaniyaya getdi .....                       
10-07-2023, 13:17
Uzun ildən sonra Ağalıda ilk nişan mərasimi keçirildi


Uzun ildən sonra Ağalıda ilk nişan mərasimi keçirildi

Uzun illərdən sonra işğaldan azad olunan və qısa müddətdə yenidən qurulan Zəngilan rayonunun Ağalı kəndində nişan mərasimi keçirilib. Butov.az AZƏRTAC-a istinadən xəbər verir ki, 30 ildən sonra Ağalıdakı ilk nişan mərasimi Məmmədovlar ailəsinə nəsib olub. Sumqayıt şəhərindən olan Dünyamalıyevlər ailəsi el adəti ilə Ağalıya, Məmmədovlar ailəsinə elçi gəliblər. Beləliklə, valideynlərin də xeyir-duasını alan Rüfət və Arzu üçün nişan mərasimi qurulub və yeni ailənin təməli qoyulub.
Qeyd edək ki, nişan mərasimi Ağalı kəndinin mərkəzində yerləşən şənlik evində keçirilib. İki gəncin sevincli günündə ailələri ilə bərabər, Şərqi Zəngəzur İqtisadi rayonu üzrə xüsusi nümayəndəliyin əməkdaşları, kənd sakinləri də iştirak ediblər.



10-07-2023, 13:09
Hərbiçimiz özünü güllələyərək öldürdü


Hərbiçimiz özünü güllələyərək öldürdü

Azərbaycan hərbçisi özünü güllələyərək öldürüb. Bunu açıqlamasında hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev deyib. Bildirilib ki, Dövlət Sərhəd Xidmətinin "N" saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Bəkiyev Kənan Seymur oğlunun odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə Naxçıvan hərbi prokurorluğuna məlumat daxil olub. Daxil olmuş məlumat əsasında Naxçıvan hərbi prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilmiş, eləcə də digər hərəkətlər icra edilib. Fakt üzrə Naxçıvan hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilmiş və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.
Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.
10-07-2023, 12:58
Prezident MDB ilə bağlı Sərəncam imzaladı


Prezident MDB ilə bağlı Sərəncam imzaladı

Azərbaycan Prezidenti İlham Əliyev “Saxta əmtəə nişanlarının və coğrafi göstəricilərin istifadəsinin qabaqlanması və qarşısının alınması üzrə MDB iştirakçısı dövlətlərinin əməkdaşlığı haqqında Saziş”in icrası ilə bağlı səlahiyyətli orqanların (qurumların) müəyyən edilməsi barədə sərəncam imzalayıb. Sərəncama əsasən, 2021-ci il mayın 28-də Minsk şəhərində imzalanmış “Saxta əmtəə nişanlarının və coğrafi göstəricilərin istifadəsinin qabaqlanması və qarşısının alınması üzrə MDB iştirakçısı dövlətlərinin əməkdaşlığı haqqında Saziş”in Azərbaycan Respublikası tərəfindən həyata keçirilməsi üzrə səlahiyyətli orqanlar (qurumlar) qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi müəyyən ediliblər. Azərbaycan Xarici İşlər Nazirliyi bu sərəncamın 1-ci hissəsində göstərilən Sazişin Azərbaycan Respublikası tərəfindən həyata keçirilməsi üzrə səlahiyyətli orqanların (qurumların) müəyyən edildiyi barədə Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsinə bildiriş göndərəcək.
10-07-2023, 12:32
Ermənistan Arazdəyəndə 70 milyon dollarlıq iri metallurgiya zavodu inşa edir - Baş prokuror


Ermənistan Arazdəyəndə 70 milyon dollarlıq iri metallurgiya zavodu inşa edir - Baş prokuror

"Hazırda Ermənistan Sədərəkdə sərhədyanı bölgədə, Arazdəyəndə 70 milyon dollarlıq iri metallurgiya zavodu inşa edir". Bu fikirləri Naxçıvanda keçirilən Azərbaycan və Türkiyə prokrorluqlarının sərhədyanı əməkdaşlığı konfransında çıxış edən Baş prokuror Kamran Əliyev deyib. Baş prokuror bildirib ki, iri metallurgiya zavodunun inşası və zəhərli maddələrin Cənubi Qafqazın ikinci böyük çayı olan Araz çayına tökülməsi böyük cinayətdir: "Biz bunu dəfələrlə müzakirə etmişik və ötən iki gün ərzində Türkiyəli həmkarlarımızla yenə də müzakirə etdik. Araz çayının çirklənməsi su ehtiyatlarının keyfiyyətinə, həmçinin bu zonada olan fauna və floraya də birbaşa təsir göstərir. Sədərək rayonunun yaxınlığında tikiləcək zavodun fəaliyyəti nəticəsində təkcə Araz çayı çirkləndirilməyəcək, həmçinin havaya buraxılan zəhərli qaz fauna və floraya ciddi tasir göstərəcək. Həmçinin, metallurgiya zavodu fəaliyyətə başlayarsa, geniş zolaqda ətraf mühitin, ekosistemin pozulmasına, havanın zəhərli tullantılarla çirklənməsinə səbəb olacaq. Ermənistan yenə beynəlxalq hüquq norma və prinsiplərini, xüsusilə də BMT-nin Avropa İqtisadi Komissiyasının Transsərhəd kontekstdə ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında Konvensiyasının (Espo Konvensiyası) müddəalarını kobud surətdə pozur. Bu, Ermənistanın beynəlxalq ekoloji hüquq normalarına riayət etməməsi kimi ilk hal deyil".
9-07-2023, 18:05
N hərbi hissəsinin yaradılmasının ildönümü münasibətilə tədbir keçirildi


N hərbi hissəsinin yaradılmasının ildönümü münasibətilə tədbir keçirildi

İyulun 9-da N hərbi hissəsinin yaradılmasının ildönümü münasibətilə tədbir keçirilib. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Tədbirdə Müdafiə Nazirliyinin və rayon icra hakimiyyətinin nümayəndələri, şəhid ailələri, qazilər, hərbi hissənin şəxsi heyəti, ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak ediblər. Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, eləcə də Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Mərasimdə Müdafiə Nazirliyinin rəhbərliyinin təbrikləri şəxsi heyətə çatdırılıb. Çıxış edənlər hərbi hissənin yaranma tarixindən, keçdiyi döyüş yolu, o cümlədən Vətən müharibəsi və son əməliyyatlarda iştirakından, eləcə də qarşısında duran vəzifələrdən danışıblar. Hərbi hissənin qarşıya qoyulan döyüş tapşırıqlarının öhdəsindən layiqincə gəldiyi xüsusi qeyd olunub. Bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Ulu Öndər Heydər Əliyevin ordu quruculuğu istiqamətində apardığı siyasəti uğurla davam etdirdiyi vurğulanıb. Bildirilib ki, dövlətimizin başçısının diqqət və qayğısı nəticəsində şəxsi heyətin döyüş hazırlığı və sosial-məişət şəraiti daim yüksək səviyyədə saxlanılıb. Sonra komandoların nümunəvi çıxışları izlənilib, incəsənət nümayəndələrinin iştirakı ilə konsert proqramı təqdim olunub. Sonda xidmətdə fərqlənən, yüksək nizam-intizamı ilə seçilən bir qrup hərbi qulluqçu mükafatlandırılıb.
9-07-2023, 17:37
XİN əməkdaşları “Heydər Zirvəsi”nə qalxdı


XİN əməkdaşları “Heydər Zirvəsi”nə qalxdı

Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) əməkdaşları peşə bayramı günü qürurla 3 751 metrlik "Heydər zirvəsi"nə qalxıblar. Bu barədə XİN-dən bildirilib. Qeyd edilir ki, Ümummilli Lider Heydər Əliyevin 100 illiyi və “Heydər Əliyev İli” münasibətilə, Azərbaycanın Xarici İşlər Nazirliyinin əməkdaşları 9 iyul peşə bayramı günü qürurla "Heydər zirvəsi"nə (3 751 metr) qalxıb, Ulu Öndərin əziz xatirəsini ehtiramla yad ediblər.
Qeyd edək ki, 9 iyul - diplomatik xidmət orqanlarının əməkdaşlarının peşə bayramı günüdür. Xarici İşlər Nazirliyinin yaradılmasından 104 il ötür.
9-07-2023, 12:15
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Sabah havanın temperaturu aşağı düşəcək, külək əsəcək. Bunu açıqlamasında Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib. Ölkə ərazisində arabir güclənən şimal-qərb küləyi əsəcək, temperatur ötən günlərlə müqayisədə 4-5 dərəcə aşağı düşəcək. Şimal-qərb rayonlarında yağış yağacağı proqnozlaşdırılır. Bakıda və Abşeron yarımadasında 29-34, Aran rayonlarında 32-37, dağlıq rayonlarda isə 22-27 dərəcə isti olacaq.
9-07-2023, 11:23
Ermənilər mövqelərimizi atəşə tutdu


Ermənilər mövqelərimizi atəşə tutdu

İyulun 8-i saat 23:40-dan iyulun 9-u saat 06:05-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca və Zərkənd, Aqaraq rayonunun Karçevan yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Bəzirxana və Dəmirçidam, Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Kilit yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub. Bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib. İyulun 8-i saat 22:35-dən 23:10-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Ordumuzun Şuşa və Kəlbəcər rayonları istiqamətlərində yerləşən mövqeləri də atəşə tutulub. Bölmələrimiz tərəfindən bu istiqamətlərdə cavab tədbirləri görülüb. Bundan əlavə, Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopterlər Ordumuzun Naxçıvan Muxtar Respublikası və Laçın rayonu ərazilərində yerləşən mövqeləri, qeyri-qanuni erməni silahlı dəstələrinə məxsus kvadrokopter isə Xocavənd rayonu Tağaverd kəndi istiqamətində yerləşən bölmələrimizin mövqeləri üzərində kəşfiyyat xarakterli uçuşlar aparmağa cəhd göstərib. Görülən təxirəsalınmaz tədbirlər nəticəsində mövqelərimiz üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən kvadrokopterlərin fəaliyyətinin qarşısı alınıb. Eyni zamanda, mühəndis texnikasının cəlb olunması ilə müxtəlif istiqamətlərdə təminat yollarının genişləndirilməsi, səngərlərin qazılması, sığınacaqların hazırlanması, eləcə də döyüş mövqelərinə müşahidə kameralarının quraşdırılmasına cəhd edən qeyri-qanuni erməni silahlı dəstələrinin fəaliyyəti bölmələrimiz tərəfindən görülən tədbirlər nəticəsində dayandırılıb.
9-07-2023, 11:00
Şabranda yüksələn yanğın söndürüldü


Şabranda yüksələn yanğın söndürüldü

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər nəticəsində Şabran rayonu, Təkyə kəndi yaxınlığında mürəkkəb relyefli ərazidə baş vermiş yanğın geniş ərazilərə yayılmasına imkan verilmədən tam söndürülüb. FHN-dən verilən xəbərə görə, yanğın nəticəsində təxminən 15 hektar sahədə quru ot, kol-kos, xəzəl və qurumuş ağac kötükləri yanıb. Ətraf yaşayış məntəqələri, istirahət mərkəzləri, kommunikasiya xətləri və meşə yanğından mühafizə olunub.
Qeyd edək ki, yanğınla mübarizə tədbirlərində FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri və Aviasiya dəstəsinin iki ədəd helikopteri, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə təsərrüfatı mərkəzinin əməkdaşları və bir qrup kənd sakini iştirak edib.

9-07-2023, 10:57
XİN Başçısından həmkarlarına təbrik mesajı


XİN Başçısından həmkarlarına təbrik mesajı

“Peşə bayramımız münasibətilə ölkəmizin mənafeyinin keşiyində duran həmkarlarımızı təbrik edirəm”. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov tviterdəki hesabında yazıb. “Bu gün, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin yaradılmasından 104 il ötür. Peşə bayramımız münasibətilə ölkəmizin və xalqımızın mənafeyinin keşiyində duran həmkarlarımızı səmimi qəlbdən təbrik edir, fəaliyyətlərində uğurlar arzulayıram. Bayramınız mübarək!”, - Azərbaycanın XİN rəhbəri qeyd edib.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!