Bağlı qapılar arxasında 1 saat danışdılar .....                        Paşinyanın yeni imici .....                        Turşudan zəhərlənən qadın xəstəxanada öldü .....                        Mirzoyan iranlı həmkarı ilə danışıqlar apardı .....                        Siz COP prosesini pozmağa çalışırdınız! - Prezidentin köməkçisi .....                        Cəbrayılda ağır qəza: Qohumlar öldülər .....                        "Roma"nın yeni baş məşqçisi .....                        XİN-dən Paşinyana tutarlı cavab .....                        Yaşıl Rəqəmsal Fəaliyyətin açılış sessiyası keçirilib .....                       
Tarix : 14-03-2024, 21:06
Prezident: “İndi biz Ermənistanla heç vaxt olmadığımız qədər sülhə yaxınıq”


Prezident: “İndi biz Ermənistanla heç vaxt olmadığımız qədər sülhə yaxınıq”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin martın 14-də Bakıda işə başlayan “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumunun açılış mərasimində söylədiyi fikirlərə qardaş Türkiyə mediasında da geniş yer verilib.
Anadolu Agentliyi, “TRT”, “Hürriyet”, “Haber Türk”, “Haber Global”, “Sondakika.com”, “Akşam” və bir sıra digər media qurumları dövlətimizin başçısının fikirləri əsasında informasilat hazırlayıblar.
Anadolu Agentliyində dərc olunan xəbərdə Azərbaycan Prezidentinin bu fikirləri yer alıb: “İndi biz Ermənistanla heç vaxt olmadığımız qədər sülhə yaxınıq. Cənubi Qafqaz müstəqillik tarixində heç vaxt sülh bu qədər yaxın olmayıb”.
Azərbaycan Prezidentinin çıxışının geniş işıqlandırıldığı xəbərdə dövlətimizin başçısına istinadla qeyd edilib: “Sonuncu antiterror əməliyyatı zamanı bizim ağır texnika və zirehli maşınlar da daxil olmaqla məhv edilmiş və qənimət olaraq götürülmüş hərbi sursatların dəyəri bir milyard dollara yaxın olmuşdur. İkinci Qarabağ müharibəsi zamanı hərbi qənimətlər və məhv edilmiş texnikanın, sursatın dəyəri 5 milyard dollara yaxın idi”, “Biz tarixi ədaləti və beynəlxalq hüququ bərpa etdik və indi regionda düşmənçiliyə son qoymaq vaxtı yetişib”. Eyni zamanda, Prezident İlham Əliyevin tədbir iştirakçılarına Fransanın Azərbaycana qarşı mövqeyi, sanksiya cəhdləri və Evian şəhərində Natəvanın heykəlinə qarşı törədilmiş vandalizm aktları barədə məlumat verdiyi bildirilib.
“TRT” Azərbaycan Prezidentinin çıxışına dair xəbəri “Aliyev: Cənubi Qafqazda sülh bu qədər yaxın olmamışdır” sərlövhəsi ilə yayımlayıb.
Xəbərdə Prezident İlham Əliyevin İkinci Qarabağ müharibəsinə aparan proseslər, bundan həyata keçirilən antiterror tədbirləri, Azərbaycan torpaqlarının çoxillik işğalından sonra azad olunması ilə tarixi ədalətin bərpası, bu istiqamətdə uzun illər davam edən uğursuz danışıqlar prosesi, hazırda Azərbaycanın sülh prosesini davam etdirməyə hazır olduğu kimi fikirlər yer alıb.
Məqalənin “Fransanın bütün səyləri boşa çıxdı” yarımbaşlıqlı hissəsində dövlətimizin başçısının fikirlərinə istinadən Fransanın Azərbaycana qarşı nümayiş etdirdiyi qərəzli mövqedən, bu ölkədə Natəvanın heykəlinə qarşı törədilmiş vandalizm aktı və hazırda abidənin Azərbaycanın Mədəniyyət Mərkəzinin həyətinə yerləşdirilməsindən bəhs edilib.
“Hürriyet” qəzetində dərc olunan “Əliyevdən sülh mesajı” sərlövhəli yazıda dövlətimizin başçısına istinadla Azərbaycanın sülh prosesini davam etdirməyə hazır olduğu vurğulanıb, “Hər iki ölkənin xarici işlər nazirləri səviyyəsində görüşlər bərpa olunub və indi biz düşünürük ki, sülhə nail olmaq mümkündür. Biz bunu istəyirik”, “...indi regionda düşmənçiliyə son qoymaq vaxtı yetişib” kimi fikirlər oxucuların diqqətinə çatdırılıb.
Məqalə “Sülhə daha yaxınıq”, “Düşmənliyə son verməyin vaxtı yetişib”, “Fransaya reaksiya” adlı yarımbaşlıqlarla yayımlanıb.
Qeyd olunub ki, Azərbaycan Prezidenti 1990-cı illərin əvvəllərində Fransa ilə Azərbaycan arasında münasibətlərin müsbət istiqamətdə inkişaf etdiyini, Fransa hökumətinin İkinci Qarabağ müharibəsinə və antiterror əməliyyatına reaksiyasının tamamilə qeyri-adekvat olduğunu bildirib.
“Haber Türk” saytında yayımlanan xəbərdə Prezident İlham Əliyevin XI Qlobal Bakı Forumundakı çıxışı zamanı hazırda Azərbaycanın Ermənistanla sülhə heç vaxt görünmədiyi qədər yaxın olduğu, Cənubi Qafqazda bərpa edilən ədalət, ikinci Qarabağ müharibəsi, antiterror əməliyyatı, ikinci Qarabağ müharibəsində götürülmüş hərbi qənimətlər, onların dəyərinin beş milyard ABŞ dollarına yaxın olması, rəsmi Bakının regionda ədavətə son qoymaq, sülhə nail olmaq istiqamətində göstərdiyi səylər, Fransanın ölkəmizə qarşı qərəzli münasibəti kimi mövzulara toxunduğu bildirilib.
“Haber Global”, “Sondakika.com”, “Akşam” saytlarında Anadolu Agentliyinə istinadla dərc olunan yazılarda dövlətimizin başçısının İkinci Qarabağ müharibəsi, bu dövrə qədər uzun illər davam edən danışıqlar prosesi, antiterror tədbirləri, Azərbaycan torpaqlarının uzun illər işğal altında qalması, bölgədə tarixi ədalətin bərpası, Fransada Natəvanın heykəlinə qarşı törədilmiş vandalizm aktı ilə bağlı fikirlər yer alıb.
“Ekonomim”, “İHA” və “Beyaz gəzet” portalları isə Azərbaycan Prezidentinin bu fikirlərini oxuculara çatdırıblar: “Bizim ərazi bütövlüyümüzün bərpasına gəldikdə, Fransa öz ərazi bütövlüyünü bərpa etmiş Azərbaycanı cəzalandırmağa çalışır”, “İndi regionda düşmənçiliyə son qoymaq vaxtı yetişib”, “Biz 2020-ci ilin sentyabr-noyabr aylarında onlara dərs vermək məcburiyyətində olduq və düşündük ki, bu dərs onlara kifayət edəcək”, “Hər iki ölkənin xarici işlər nazirləri səviyyəsində görüşlər bərpa olunub və indi biz düşünürük ki, sülhə nail olmaq mümkündür. Biz bunu istəyirik”, “...çünki 1990-cı illərin əvvəlindən Azərbaycan və Fransa arasında münasibətlər müsbət istiqamətdə inkişaf edib”, “Lakin Fransa hökumətinin İkinci Qarabağ müharibəsinə və antiterror əməliyyatına münasibəti tamamilə qeyri-adekvat oldu” və sair.
XI Qlobal Bakı Forumunun ilk günü Türkiyənin televiziya kanallarında da geniş işıqlandırılıb.


Paylaş



Bölmə: Xəbər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!